Eldar İbrahimov:"Almaniyanın anti-Azərbaycan "xor"unda yer alması hiddət doğurur"

 

"Almaniyanın bəzi dairələri tərəfindən son zamanlar Azərbaycana qarşı atılan haqsız addımlar böyük təəssüf hissi doğurur".

 

Bunu mətbuata açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov dilə gətirib. Onun dediyinə görə, Azərbaycanla bağlı sərgilənən bu yalnış mövqe, atılan bu haqsız addımlar təəssüfedici olmaqla yanaşı,  həm bir qədər təəccübləndiricidir: "Burada da təəccübləndirici qəribə görünən cəhət odur ki, bir çox Qərb dövlətlərindən fərqli olaraq Almaniya Azərbaycan müstəqillik əldə etdikdən  ötən dövr ərzində bir çox məsələlərdə Azərbaycana dəstək verib. Xüsusilə, 27 ildən bu yana davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın mövqeyinə yaxın mövqe ortaya qoyub. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb".  O deyib ki, hətta, Almaniya çox az sayda  dövlətlərdən biridir ki, bir neçə il öncə parlament-Bundestaq səviyyəsində Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən qətnamə qəbul edib.

 

E. İbrahimovun sözlərinə görə,  eyni zamanda, Azərbaycan dövləti ölkə rəhbərliyi  hər zaman Almaniya ilə qarşılıqlı ikitərəfli əməkdaşlıq tərəfdaşlıq münasibətlərinin qurulmasında, bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirib:  "Bu istiqamətdə öz səmimi real addımlarını atıb. Elə bir necə ay öncə Almaniyada səfəri kansler Angela Merkellə görüşü zamanı da ölkə Prezidenti cənab İlham Əliyev bir daha Almaniyanın Azərbaycan üçün mühüm önəm daşıyan ölkələrdən biri olduğunu bəyan edib.

 

 Bununla yanaşı, heç kimə sirr deyil, istər dövlət rəhbərliyi, istərsə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti səviyyəsində Qarabağ münaqişəsin ədalətli həllində yer alması üçün qardaş Türkiyə ilə bərabər Almaniyanın da ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb olunması məsələsi dəfələrlə gündəmə gətirilib. İndi bütün bu xoş niyyətli məramların, səmimi münasibətlərin fonunda Almaniyanın son illər, xüsusilə , "Eurovision" manhı yarışmasından bu yana-ilk Avropa Oyunlarının başlamasına kimi öz mövqeyini 180 dərəcədə dəyişməsi, anti-Azərbaycan "xor"una qoşulması, hətta, burada daha aktiv rol alması böyük təəssüf qəzəb hissi doğurur".

 

E. İbrahimov bildirib ki, Avropa Oyunlarının başlamasına iki gün qalmış əslən alman olan Martin Şultsun təşəbbüsü ilə Avroparlamentdə "İdman insan hüquqları" adlı "dinləmələr"in təşkil olunması, eyni zamanda, Oyunların açılşı günü Almaniya Bundestaqında Azərbaycanla bağlı qətnamənin qəbul olunması bütövlükdə Azərbaycan cəmiyyətinin haqlı narazılğı hiddəti ilə qarşılanıb. "Çünki Azərbaycan cəmiyyəti əsla əsla bu haqsız addımları qəbul edən onlarla barışan deyil. Bu, mümkünsüz bir məsələdir.

 

Görünür, Almaniyanın  bu addımlarının arxasında da  həmin ölkədə son zamanlar hegemonluq iddialarının  yenidən baş qaldırması dayanır. Bildiyiniz kim, son 4-5 ilə kimi Avropada əsas söz nüfuz sahibi Böyük Britaniya ilə Fransa idi. Amma son illər dünyada Avropada yaşanan hadisələrin fonunda artıq Almaniya Avropada əsas söz nüfuz sahibi olan ölkəyə çevrilib. İndi görünür, bu digər məqamlar Almaniyada hegemonluq iddiasını yenidən qüvvətləndirib nəticədə onu obyektivlikdən uzaqlaşmağa gətirib çıxarıb.

 

Onu da deyim ki, bir çox dövlətlər  zaman-zaman açıq gizli şəkildə Azərbaycanı öz nəzarətləri altlına almağa cəhd göstəriblər. Ancaq çox əlamətdar sevindirici haldır ki, bu cəhdlərin heç biri bu günə kimi baş tutmayıb. Azərbaycanı müstəqil siyasət dinamik inkişaf yolundan sapdırmaq, geri döndərmək mümkün olmayıb. Ona görə  Almaniyanın bəzi dairələrinin addımlarını da eyni aqibət gözləyir. Onlar da öz addımları ilə heç nəyə nail ola bilməyəcəklər. Buna onlar da , elə  anti-Azərbaycan kampaniyası "xor"unda yer alan digər dairələr, dövlətlər birdəfəlik əmin olsunlar".

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2015.- 25 iyun.- S.3