ZaqataladaBilik” və “Multikulturalizm” dəyərləri ilə bağlı tədbirlər keçirildi

 

 

Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət Müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə iyun ayının 19-21-də Zaqatala rayonununda silsilə tədbirlər keçirilib.

 

Millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Bilik Fondunun, Multikulturalizm Mərkəzinin, AMEA Bakı Slavyan Universitetinin alim-professor heyətinin, KİV təmsilçilərinin iştirakı ilə keçirilən tədbirlərə Zaqatala, Qəbələ, İsmayıllı, Qax, Balakən Bakı məktəbliləri qatılıblar.

 

Tədbirin ayrıntılarına keçməzdən öncə qeyd etməliyəm ki, müasir dünyada ictimai həyatın bütün sahələrində texniki-humanitar intellektual biliklərin funksional rolu cəmiyyətin inkişafında əsas amillərin birinciləri sırasında yer alır. Ölkəmizdə yüksək səviyyədə bilikli cəmiyyətin formalaşmasına yönəlik keçən il yaradılan Bilik Fondu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bölgələrimizdə bilik multikultural dəyərlərin inteqrativ differensial əlaqələrini bu qəbildən tədbirlər vasitəsilə  həyata keçirir. Ölkədəinsan kapitalı”nın inkişafı məsələsinə beləcə dəstək verilmiş olur.

 

İyunun 20-də ilk olaraq Zaqatala rayonunun Əliabad qəsəbə məscidini ziyarət, tarixçi tərəfindən toplananlara məscid haqqında informasiyaların verilməsi aparılan təmir-bərpa işləri ilə tanışlıq hər kəs tərəfindən rəğbətlə qarşılandı. Daha sonra məscidin həyətində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Ceyhun Məmmədovun moderatorluğu iləAzərbaycanda dövlət-din münasibətlərimövzusunda müzakirələr keçirildi ki, burada səslənən fikirlər rayon qəsəbə sakinlərində böyük marağa səbəb oldu.

 

Məscidin həyətində məktəblilərin yeni ağaclar əkməsi, təzə şitillər gül kollarını  salması müzakirə mövzusu olan dövlət-din münasibətləri baxımından da əhəmiyyət kəsb edir. Şagirdlərin, alim-professor heyətinin yerli icra hakimiyyəti qurumları işçilərinin məscid həyətində bu tədbirlərin həyata keçirilməsində dünyəvi dövlət təmsilçiləri vətəndaşları qismində birgə iştirak etmələri Azərbaycanda dövlət-din münasibətlərinin rasional tarixi ənənəyə istinadla inkişafından da xəbər verir. Bu kontekstdə başqa bir əlamətdar məqamı da qeyd etməliyəm: Əliabad məscidinin təmir-bərpa işlərinə Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Mövsüm Ağa ziyarətgahının 30 min  manat məbləğində yardım göstərməsi ölkəmizdə yaradılan sağlam dini mühitin nəticəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xeyriyyəçi insanlar da  bu işə öz töhfələrini verirlər.

 

Günün ikinci yarısında tədbir iştirakçıları Azərbaycanda bilikli cəmiyyətin qurulmasında multikultural atmosferin yaradılmasında əvəzsiz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Əliabad qəsəbəsinin mərkəzində, mədəniyyət evinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra Əliabad qəsəbəsi Mədəniyyət Evində qonaqların qəsəbə sakinlərinin iştirakı iləQafqaz Albaniyası onun hazırkı varislərimövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə Zaqatala rayonu icra hakimiyyətinin başçısı  Mübariz Əhmədzadə açaraq rayonda inkişaf etməkdə olan bilikli cəmiyyətin səviyyəsindən bölgədə çoxmillətli multikultural mühitdən bəhs etdi. Yeri gəlmişkən, icra başçısı Mübariz müəllimin dediklərinə səfər iştirakçılarının özləri şahid oldu. Əlbəttə, sözügedən nailiyyətlər rayonda dövlət qurumları ilə ictimaiyyət arasında yaradılan yüksək səviyyədəki münasibətlərin təzahürüdür.

 

Konfransda alimlərdən Mübariz Xəlilov, Şirinbəy Əliyev Rəşad İlyasov məruzələrlə çıxış etdilər. Məruzələrdə Qafqaz Albaniyasının tarixi müasir etnik varisləri haqqında səslənən zəngin məlumatlar yerli ictimaiyyət şagird-müəllim kollektivləri tərəfindən maraqla qarşılandı. Aydındır ki, tarixi bir fenomen olan Qafqaz Albaniyasının keçmişi bugünü qlobal dünya üçün multikultural dəyərlər baxımından zəngin məzmun daşıyır. 2500 ildən çoxdur ki, müxtəlif etnik qruplar Qafqaz Albaniyası tərkibində tarixin mərhələlərindən keçərək hazırda Azərbaycan ərazisində tolerant, Vil Kimlikanın təbirincəmultikultural vətəndaşlıq”, Yurgen Habelmasın təbirincə isəkonstitusional vətandaşlıqşəraitində yaşayırlar. Tədbir sonunda multi-etnik folklor nümunələrinin səsləndirilməsi rayondakı multikultural estetizmin yüksək səviyyədə olduğunu təsdiq etdi.

 

Tarixi-dini multikulturalizm məsələləri ətrafında çıxışlardan sonra Əliabad qəsəbə 1 saylı tam orta məktəbində Bilik FondununQardaşlaşmış məktəblər  layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlərdən birində iştirak etdik. Bir ildən artıqdır ki, həyata keçirilən bu layihə işlərindən biri kimi tədbirə qatılan məktəblilər arasında Qardaşlaşma Sazişi imzalandı. Bilik Fondunun icraçı direktor Oqtay Səmədovun da haqlı olaraq qeyd etdiyi kimi, “məktəblilərin  imzaladıqları bu sazişlər onların şagird həyatlarında həm məsuliyyətin, qardaşlaşmanın Zaqatala rayonunda şahidi olduqları multikultural dəyərlərin böyük rol oynayacağını gələcəkdə göstərəcək”.

 

Layihə çərçivəsində müxtəlif bölgələrdən olan məktəblilər arasındabilik körpüsü”nün yaradılması, bunun da xüsusilə müxtəlif etnik qrupların daxil olduqları bu layihədə məktəblilər arasında həyata keçirilməsi şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olur. məşhur multikulturalizm nəzəriyyəçisi Çarlz Teylorun ifadəsi ilə desək, beləcə qarşılıqlıtanışmahadisəsi baş verir.  Tədbirin konsertlə yekunlaşan hissəsində qardaşlaşmış məktəblərin şagirdləri folklor nümunələrindən ibarət parçalar səsləndirdilər ki, bunu da  bilik multikulturalizm dəyərlərinin inteqrativ təcəssümü kimi dəyərləndirməmək mümkün deyil.

 

Məlum olduğu kimi, hazırda Ramazan ayındayıq. Əliabad qəsəbəsində tədbirlər bitdikdən sonra axşam iftarının vaxtı yaxınlaşırdı. Ardıcıl tədbirlərin çoxluğuna iştirakçıların fiziki yorğunluqlarına baxmayaraq iştirakçıların üz-gözündə təbəssüm parlayırdı. Oruclular iftarlarını Zaqatala rayonu Əliabad qəsəbəsində  açdılar. “Qardaşlaşmış məktəblər  layihəsinə müvafiq olaraq müxtəlif region məktəblərindən gəlmiş şagirdlər Əliabad qəsəbəsindəki şagirdlərin evlərində gecələdilər. Tədbirlərin bu qaydada multikultural həyatı təcrübədə yaşayan şagirdlərin dünyagörüşünə necə hansı müsbət təsiri göstərəcəyi bəllidir.

 

Proqramın ikinci günü Heydər Əliyev MərkəzindəKitabi-Dədə Qorqud”un Zaqataladakı izləriadlı konfrans keçirildi. İcra başçısının,  rayon ictimaiyyətinin Bakıdan gəlmiş alimlərin iştirakı ilə keçirilən konfransdakı çıxışlar da çox maraqla qarşılandı. İştirakçıların diqqətini çəkən əsas məqamlardan biri bu oldu ki, Zaqatala rayonu ərazisində hazırda Dədə Qorqud dastanında yer alan yer adları qalmaqdadır. Bu toponimlər bölgənin multikultural mühitinə müsbət təsir göstərir, Dədə Qorqud dastanlarının ruhundan gələn yaşantılı tarixi multikultural dəyərlər sakinlərin qan yaddaşında keçmişlə gələcəyin bütünləşməsinə səbəb olur.

 

Konfransın moderatoru Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov bu silsilə tədbirlərin böyük nəticələr verəcəyini vurğuladı qeyd etdi ki, Azərbaycanda bilikli cəmiyyətin multikultural mühitin yaradılmasına xüsusilə Zaqatala rayonu yeni töhfələr  verəcək. O, çıxışını  Dədə Qorqudun bu deyimi ilə tamamladı: “Haqq yandıran çırağımız sönməz olsun”.

 

Bakıya qayıdarkən tədbir iştirakçıları yolustü Qax rayonu ərazisində yerləşən qədim Alban abidəsi - Kürmük məbədini ziyarət etdilər. Burada Şüvəlan İvanovkadan gəlmiş məktəblilərə tarixi abidə haqqında məlumat verildi.

 

Beləliklə, Zaqatala səfərində şagird, tələbə, dövlət məmurları alim-professor heyətinin iştirakı ilə keçirilən tədbirlər silsiləsi bir daha onu göstərdi ki, Azərbaycanda mövcud multikultural mühit, dövlətin multikulturalizm siyasəti cəmiyyətdə möhkəm, perspektivli dayaqlara malikdir bu sahədə inkişaf dinamikası günü-gündən artmaqdadır.

 

Rəşad İLYASOV

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 26 iyun.- S.6.