Elçinin "Teleskop" əsərinin London premyerası
böyük maraqla qarşılanıb
"Buta" İncəsənət
Mərkəzinin təşkilatçılığı
ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" incəsənət festivalı
çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elçinin
"Teleskop" əsəri
əsasında hazırlanan
eyniadlı tamaşanın
premyerası keçirilib.
İngilis dilində immersiv
tamaşa formasında
ilk dəfə səhnələşdirilən
"Teleskop"un rejissoru Metyu Qulddur.
Dünyanın böyük teatrlarında
müxtəlif dillərdə
səhnəyə qoyulmuş
bu pyesin 11 nəfərlik aktyor heyətindən ibarət Böyük Britaniya tərtibatında baş rolları tanınmış
britaniyalı aktyorlar və televiziya ulduzları Kris Simmons və
Tanya Frenks ifa ediblər.
Xalq yazıçısı
Elçinin acılı-şirinli
satirası bizlərə
öldükdən sonra
cənnətə gedən
yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə
gözləyən digər
ruhlarla dolu cənnətə gedən
yol stansiyasına düşür. Keçmiş
sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan
kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına - onların özü haqqında həqiqi düşüncələrinə
göylərdən baxmaq
üçün qeyri-adi
bir imkan qazanır və bu zaman mühüm
həqiqətləri aşkar
edir.
Görkəmli ədibimiz Elçin müasirliyin üzərimizdə
olan təzadlı təsiri haqqında cəlbedici və çoxqatlı müşahidələrini
qeyd edir. Onun xarakterik
qəhrəmanları çox
vaxt Sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. "Teleskop"
əsəri Elçinin
sərrast və eyni zamanda, incə
satirik üslubunun bütün əlamətlərini
özündə birləşdirir.
Tamaşada baş rolu
- "Kişi" obrazını
Kris Simmons, "Qadın" rolunu isə Krisin əksini ifa edən Tanya Frenks oynayır.
Aktyor heyətində, həmçinin
Co Eyr, Serxio Kovino, Anna Darvas, Pol Brennan, Reyçel Esposti, Amanda Rid, Eliot Bornman,
Felisiti Colli və Hanna Genesius da yer alıb.
Tamaşa Azərbaycan mədəniyyətinin
və incəsənətinin
tanınmasına xidmət
edən "Buta" festivalının zəngin
repertuarı çərçivəsində
"Alov" teatrı
tərəfindən səhnələşdirilib.
Tamaşanın premyerasında Britaniya ictimaiyyətinin nümayəndələri,
bu ölkədə yaşayan həmvətənlərimiz,
Londonda fəaliyyət
göstərən Azərbaycan
diaspor təşkilatlarının
təmsilçiləri, yerli
və xarici sənətsevərlər iştirak
ediblər.
Tamaşadan sonra jurnalistlərə müsahibə verən baş rolların ifaçıları, televiziya
ulduzları Kris Simmons və
Tanya Frenks əsərdə
rol almalarından məmnunluqlarını ifadə
ediblər. Elçinin Azərbaycanın görkəmli yazıçılarından
biri kimi Britaniyada tanındığını
və çox sevildiyini diqqətə çatdıran baş rolların qəhrəmanları
əsərin səhnələşdirilməsi
prosesi haqqında da məlumat veriblər.
UNESCO üzrə Azərbaycan
Milli Komissiyasının
baş katibi Günay Əfəndiyeva deyib ki, Elçinin
tamaşaları Britaniya
ictimai həyatında
gözəl mədəni
hadisəyə çevrilib. Onun fikrincə,
Azərbaycan yazıçısına
Londonda böyük maraq göstərilməsi
qürurverici haldır
və bu tamaşa Azərbaycanın
incəsənətinin və
mədəniyyətinin tanıdılmasında
böyük rola malikdir.
"Əsərin mövzusu
əslində bütün
insanlıq üçün
maraqlıdır. Bunu dünya haqqında
bilmədiyimiz və dərin maraqla qarşıladığımız mövzuların incəsənətdə
təzahürü kimi
də qiymətləndirmək
olar. Hamı tərəfindən sevilən yazıçının
əsərinin səhnələşdirilməsində
baş rolları oynamaq böyük bir məsuliyyətdir.
Ümid edirik ki, bunun öhdəsindən
layiqincə gəlməyi
bacarırıq", - bunu
isə əsrdə rol aktyorlardan biri qeyd edib.
Tamaşanın hazırlıq qrupu
haqqında məlumat verən K.Simmons və T.Frenks işgüzar bir kollektivlə çalışdıqlarını
vurğulayıblar.
Tamaşaçı Fəridə Pənahova Elçinin əsərinin
Londonda səhnələşdirilməsini
Azərbaycan mədəniyyətinin
təbliği və tanınması baxımından
böyük əhəmiyyət
daşıdığını bildirib. Tamaşanın çox maraqlı
və maarifləndirici
olduğunu söyləyən
F.Pənahova Şərq
mədəniyyətini də
özündə əks
etdirən tamaşanın
xüsusilə Qərb
ictimaiyyətində böyük
maraq doğurduğunu
diqqətə çatdırıb.
Tamaşa martın 7-dək nümayiş
etdiriləcək.
525-ci qəzet.-
2015.- 3 mart.- S7.