"Yol" filmi İranda keçirilən
festivalın baş mükafatını
alıb
Rejissor Fehruz Şamıyevin quruluş verdiyi "Yol" filmi İranda keçirilən IX "Ruyesh"
Beynəlxalq qısametrajlı
film festivalının baş
mükafatına layiq görülüb.
Rejissor filmin festivalın "Müsəlman ölkələri"
proqramında qalib olduğunu bildirib: "Filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş,
uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında
hər şeyi gözə alıb doğulduğu kəndə
getmək istəməsi
və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı
və dünya üçün çox mühüm mesajdır.
Bunu mükafatı alan
zaman çıxışımda
da söylədim, indi də deyirəm.
Filmə verilən bu mükafatı Xocalı soyqırımında
amansızlıqla qətlə
yetirilən 613 həmvətənimizin,
xüsusən də
106 qadın və 63 uşağın adından
qəbul etdim".
Filmin ssenari müəllifləri Fehruz
Şamıyev, Elçin
Hüseynbəyli, redaktorları
Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı
Firudin Allahverdidir. Filmdə baş
rolları Qabil Quliyev, Rauf Şahsuvarov
canlandırıb.
Qeyd edək ki, "Doğulduğun yerdə ölməli..." sloqanı
ilə təqdim edilən "Yol" filmi Elçin Hüseynbəylinin "Gözünə
gün düşür"
hekayəsinin motivləri
əsasında çəkilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 mart.- S 7.