Fikrət Əmirov musiqisi
Meksikada səslənib
Meksikanın paytaxtı Mexiko şəhərində Livan
Respublikasının Mədəniyyət
Günləri çərçivəsində
silsilə konsert proqramları təşkil
olunub.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhər filarmonik orkestrinin ifasında xalqımızın böyük
bəstəkarı Fikrət
Əmirovun "Ərəb
mövzularında fortepiano və
orkestr üçün
konsert" adlı əsəri təqdim olunub.
Mexiko Şəhər
Teatrında keçirilən
konsertdə orkestr tərəfindən həmçinin
livanlı bəstəkar
Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa olunub. Orkestri livanlı
bədii rəhbər
və baş dirijor Lubnan Baalbaki idarə edib.
Fikrət Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, xəlqiliyi ilə dinləyiciləri özünə
cəzb edib və alqışlarla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 4 mart.- S 7