"Muğam aləmi"
ərəfəsində daha
bir konsert
Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və
dəstəyi ilə keçirilən
IV Beynəlxalq Muğam Festivalına həsr olunmuş silsilə tədbirlər davam edir.
"Çahargah" dəstgahına
həsr olunan növbəti konsert əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və "Muğam sənəti",
"Xalq Çalğı
Alətləri İfaçılığı"
kafedrasının tələbələrinin
ifası ilə keçib. Ustad xanəndələrin və
tələbələrin ifasında
həyəcan hissi ilə zəngin "Çahargah" dəstgahının
xarakteri tam şəkildə
öz əksini tapıb.
İfadan əvvəl Teyyub Aslanov ifa olunacaq
dəstgahının tarixi,
şöbələri haqqında
ətraflı məlimat
verib.
Universitetin müəllim və
tələbələrinin, muğam biliciləri və muğamsevərlərin
iştirak etdiyi konsertdə səs imkanları, seçilmiş
qəzəllər və
Hacıbaba Hüseynovun
təsnifləri vəhdət
təşkil edərək,
dinləyicilərə zövq
verib.
525-ci qəzet.- 2015.- 5 mart.-
S .7.