"Bizim
olimpiada" adlı
festival keçirilib
Bakı
şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə fevral ayı ərzində
"Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş "Bizim olimpiada" adlı
festival gerçəkləşdirilib.
Festival Bakı Şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
şəbəkəsinə daxil olan mədəniyyət
müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri
arasında təşkil
edilib.
Festivalın məqsədi "Bakı-2015"
ilk Avropa Oyunlarının
keçirilməsi ilə
əlaqədar istedadlı
uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması,
onların milli-mənəvi
dəyərlərə hörmət
ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının
artırılması, təsviri
və tətbiqi-dekorativ
sənətin inkişaf
etdirilməsidir.
Festivala
278-i rəsm əsəri,
44-ü isə müxtəlif
əl işləri olmaqla cəmi 322 iş təqdim olunub. Onların arasından 105 iş seçilərək sərgi
təşkil olunacaq. Bunlardan 78-i rəsm əsəri, 27-si isə müxtəlif əl işləridir.
Sərginin açılışı martın 5-də Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Q.Abbasov adına mədəniyyət
sarayında baş tutacaq və bir həftə davam edəcək.
Qeyd edək
ki, festivalın qaliblərini müəyyən
etmək üçün
mədəniyyət və
incəsənət xadimlərindən,
peşəkar rəssamlardan
ibarət münsiflər
heyəti yaradılıb. Açılış mərasimində münsiflər
heyəti tərəfindən
10 nəfər rəsm
işləri üzrə,
5 nəfər isə əl işləri üzrə qalib seçilərək diplom
və hədiyyələrlə
təltif ediləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 5 mart.- S 7.