"Azərbaycanda Qafqaz almanları muzeyi" müzakirə edilib

 

 

Mədəniyyət Turizm Nazirliyində "Azərbaycanda Qafqaz almanları muzeyi" konsepsiyası layihəsinin müzakirəsi keçirilib.

 

Müzakirədə mədəniyyət turizm naziri Əbülfəs Qarayey, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul işçiləri, Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel layihəyə aidiyyəti olan qurumların nümayəndələri iştirak ediblər.

 

"Cənubi Qafqazda yerli özünüidarəetmə" proqramının Azərbaycan üzrə rəhbəri Katarina Lampe layihənin əhəmiyyəti barədə danışıb: "Bu, Azərbaycanda Qafqaz almanlarının mədəniyyətini yaşam tərzini nümayiş etdirən ilk muzey olacaq. Layihə Azərbaycanla Almaniya arasında mədəni-humanitar əməkdaşlığa töhfə verəcək".

 

"EuroKaukAsia" elmi-mədəni cəmiyyətinin sədri, professor Eva-Maria Aux (Auch) "Azərbaycanda Qafqaz almanları muzeyi" layihəsini təqdim edib. Bildirib ki, layihə çərçivəsində Göygöl şəhərində (keçmiş Helenendorf qəsəbəsi) yaşamış sonuncu alman kolonisti Viktor Klaynın evi muzeyə çevriləcək. Muzeyi yaratmaqda əsas məqsəd XIX əsrin əvvəllərindən etibarən Azərbaycanda məskunlaşmış çoxmillətli mühitdə yaşamış almanların tarixini mədəniyyətini nümayiş etdirmək, alman irsini qorumaq ölkələrimiz arasındakı münasibətlərini daha da inkişaf etdirməkdir.

 

Müzakirə qarşılıqlı diskussiya şəraitində davam etdirilib.

 

S.ABDULLAYEVA

525-ci qəet.- 2015.- 5 mart.- S.7.