Fransada Azərbaycan cazının təqdimatı
olub
Azərbaycanın Fransadakı səfirliyinin,
Bezye şəhər meriyasının və Azərbaycanın Dostları
Assosiasiyasının dəstəyi
ilə, sözügedən
şəhərdə ifaçılarımızın
etno-caz janrında geniş konsert proqramı təşkil edilib.
Mərasimi açan Bezye şəhərinin meri Rober Menar Azərbaycanın
qədim tarixi və zəngin mədəniyyəti barədə
tamaşaçılara məlumat
verib. O, ölkələrimiz
arasında müxtəlif
sahələrdə, o cümlədən
mədəniyyət sahəsində
əlaqələrin inkişaf
etdiyini, Fransanın bir çox şəhərlərində Azərbaycan
mədəniyyət günlərinin
keçirildiyini diqqətə
çatdırıb.
R.Menar bu əlaqələrin davamı
kimi Bezyedə ilk dəfə Azərbaycan mədəniyyəti ilə
bağlı tədbirin
keçirilməsindən məmnunluğunu
ifadə edib. Tarixilik
baxımdan müəyyən
oxşarlıqlar olduğunu
xatırladan R.Menar orta əsrlərdə Bezye şəhərində
kütləvi qırğının
törədildiyini və
dörd min insanın qətlə yetirildiyini, buna oxşar hadisənin Azərbaycanda da baş verdiyini,
Xocalı faciəsi zamanı yüzlərlə
günahsız insanın
soyqırımına məruz
qaldığını vurğulayıb.
Azərbaycanda müxtəlif azsaylı
xalqların yaşadığını
bildirən R. Menar etnik qrupların əsrlər boyu yerli əhali ilə dostluq və mehribançılıq
şəraitdə yaşadıqlarını,
onların dininin, dilinin, mədəniyyətinin,
ədəbiyyatının və
incəsənətinin inkişafı
üçün dövlətimiz
tərəfindən hər
cür qayğı göstərildiyini, ölkəmizin
tolerantlığının dünyanın inkişaf etmiş dövlətləri
üçün bariz
nümunə olduğunu
diqqətə çatdırıb.
Sonda mer belə tədbirin keçirilməsinə xüsusi dəstək verən Azərbaycanın Fransadakı səfirliyinə və Azərbaycanın Dostları Assosiasiyasına təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva qurum barədə iştirakçılara məlumat verib, həyata keçirdikləri bir çox mədəni layihələrdən bəhs edib.
Azərbaycanı gənclər və idman diyarı kimi iştirakçılara təqdim edən M.Fətəliyeva ölkəmizin bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini, cari ilin iyununda isə " Bakı-2015 " ilk Avropa Oyunlarının keçiriləcəyini bildirib və tamaşaçıları bu oyunların iştirakçısı olmağa dəvət edib.
Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev ölkəmizin tarixən qədim və zəngin mədəniyyətə malik olduğunu, əsrlər boyu öz mədəni dəyərlərini inkişaf etdirdiyini, caz musiqisinə marağın XX əsrin ikinci yarısından artdığını, tanınmış ifaçılar Vaqif Mustafazadə və Rafiq Babayev kimi cazmenlərin ənənələrinin bu gün də davam etdirildiyini, artıq bu sahədə dünya şöhrətli gənc virtuoz ifaçıların yetişdiyini vurğulayıb.
Konsertdə ifaçılar etno-caz janrında Azərbaycan bəstəkarları ilə yanaşı, müəllif olduqları əsərləri də səsləndiriblər.
Sonda iştirakçılara Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və turizm imkanları ilə bağlı çap olunan kitablar, broşürlar və bukletlər təqdim edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 5 mart.- S .7.