Azərbaycan Dillər Universitetində konfrans

 

 

Dünən Azərbaycan Dillər Universitetində "Qadınların ictimai, iqtisadi sosial sahələrdə hüquqlarının qorunması" mövzusunda konfrans keçirilib.

 

Univeristetin Qadınlar Şurasının sədri, professor Məsməxanım Qazıyeva qadınların ailə cəmiyyət həyatında iştirakının olmadığı halda, bəşər sivilizasiyasından danışmağın mümkünsüzlüyünü bildirib.

 

O vurğulayıb ki, respublikamızın ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən, öz nəcib əməlləri ilə xalqımızın tərəqqisinə çalışan qadınlar çoxdur. M. Qazıyeva Azərbaycan qadınlarının tarix boyu milli dövlətçiliyin təşəkkülündə, möhkəmləndirilməsində idarə olunmasında böyük rol oynadıqlarını deyib.

 

Konfransda Sosial elmlər kafedrasının baş müəllimi Sevda Tağıyeva "Qadınların ictimai, iqtisadi sosial sahədə hüquqlarının qorunması dövlətin ümumi inkişaf strategiyasının prioritet sahələrindəndir", Linqvokulturologiya kafedrasının baş müəllimləri Vüsalə Ağabəyli "Azərbaycan qadınlarının dövlət qurumlarında rolu" Səidə Orucova "Azərbaycan qadınlarının idmanda, Qeyri-hökümət təşkilatlarında lider kimi rolu. Azərbaycanın rektor qadınları" mövzusunda məruzələri ilə çıxış ediblər.

 

Qeyd edək ki, Azərbaycan Dillər Universitetində Qadınlar Şurası 1991-ci ildən fəaliyyət göstərir.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 5 mart.- S 3.