Fazil Güney "Yalanın gerçəkliyi"ni təqdim edib

 

 

Martın 4-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı Fazil Güneyin "Yalanın gerçəkliyi" kitabının təqdimatı olub.

 

"Azərtac"ın xəbərinə görə, mədəniyyət xadimlərinin, ədəbiyyatşünasların ədəbiyyatsevərlərin iştirak etdikləri tədbirdə kitabın məziyyətlərindən söz açılıb.

 

Təqdimat mərasimində şair Çingiz Əlioğlu Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan, fərqli üslubundan danışıb.

 

Tədbirdə bildirilib ki, müəllif Suriya, İraq Liviyada hərbi mülki tərcüməçi kimi çalışdığı illərdə ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib. "Qara qan" kitabı ilə böyük oxucu məhəbbətini qazanan yazıçı bu gün öz əqidəsinə sadiq qalaraq yeni əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.

 

Tədbirdə politoloq Reyhan Mirzəzadə, general-leytenant Ədalət Paşayev, Xalq yazıçısı Sabir Rüstəmxanlı başqaları çıxış edərək Fazil Güney yaradıcılığından söz açıblar.

 

Diqqətə çatdırılıb ki, kitabda müəllifin müxtəlif illərdə yazdığı hekayə, esse povestlərdən seçmələr toplanıb. Müxtəlif janrlarda yazılmış bu əsərlər fərqli mövzularda olsalar da, onların aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış "Yalanın gerçəyi" povestində, "Amazon", "Cənnəti pulla almaq istədi", "Nostalji" hekayələrində yazıçı qəhrəmanlarının dünyasını açmaq üçün düşündürücü satiradan, "Qloballaşma dərsi" digər hekayələrində islahedici yumordan istifadə edib.

 

Vurğulanıb ki, filologiya elmləri namizədi Fazil Güney yüzlərlə publisistik yazıların, felyeton, pamflet hekayələr, elmi məqalələr müəllifidir. "Ulduz sövdəsi" pamfletlər toplusunun, Qarabağ müharibəsindən bəhs edən "Qara qan" tarixi romanının, ABŞ-da ingiliscə çap olunan "Reality in Lie" hekayələr povestlər toplusunun, Suriya bədii nəsrinin tədqiqinə dair "Müasir Suriya romanı", "Suriya qadın yazıçılarının əsərlərində qadın azadlığı" monoqrafiyalarının müəllifi kimi şöhrət qazanıb.

 

Diqqətə çatdırılıb ki, hazırda müəllif "Qara qan" tarixi romanının üçüncü cildi üzərində işləyir.

 

Fazil Güney tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib, yeni əsərində təqdim olunan yaradıcılıq nümunələrindən söz açıb. Deyib ki, gərək hər bir qələm adamı ədəbiyyatımızın dünyada tanınmasına öz töhfəsini versin.

 

Müəllif bundan sonra da Azərbaycan ədəbiyyatının inkişafı naminə bütün qüvvəsini səfərbər edəcəyini yeni əsərləri ilə oxucuların görüşünə gələcəyini söyləyib.

 

525-ci qəzet.- 2015.- 6 mart.- S.7.