“Bizim
Olimpiada” festivalının
qalibləri mükafatlandırılıb
Bakı
şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Q.Abbasov adına mədəniyyət
sarayında “Bizim Olimpiada” adlı festivalın qaliblərinə
mükafatların təqdimatı
ilə bağlı mərasim keçirilib.
Bu ilin fevral ayı ərzində qurumun şəbəkəsinə
daxil olan mədəniyyət müəssisələrinin,
uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri
arasında təşkil
edilən festival “Bakı
2015” Avropa Oyunlarına
həsr olunub.
Şagirdlərin rəsm və əl işlərindən
ibarət festivalın
məqsədi “Bakı
2015” ilk Avropa Oyunlarının
keçirilməsi ilə
əlaqədar istedadlı
uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması,
onların milli-mənəvi
dəyərlərə hörmət
ruhunda tərbiyə olunması, onlara dövlət qayğısının
artırılması, təsviri
və tətbiqi-dekorativ
sənətin inkişaf
etdirilməsidir.
Festivala 7-16 yaş qrupu üzrə şagirdlər
qatılıblar. Nəzərinizə çatdıraq ki,
rəsm işləri kağız, kətan və digər materiallar üzərində
işlənilib. Festivalda istənilən
texniki üsulda (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsmlər
və istənilən
materialdan hazırlanmış
əl işləri qəbul olunub.
Festivalda iştirak etmiş 322 işdən 44-ü əl
işi, 278-i isə rəsm işidir. Qeyd edək
ki, qalibləri müəyyən etmək
üçün mədəniyyət
və incəsənət
xadimlərindən, peşəkar
rəssamlardan ibarət
münsiflər heyəti
yaradılıb. Münsiflər
heyəti tərəfindən
ümumilikdə 105 iş
seçilib ki, bunların 27-si əl işi, 78-i isə
rəsmdir.
Təqdimat mərasimində münsiflər
heyəti tərəfindən
10 nəfər rəsm
işləri üzrə,
5 nəfər isə əl işləri üzrə qalib seçilərək Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
diplom və hədiyyələrlə mükafatlandırılıb.
Sərgi bir həftə davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 7 mart.- S.17.