Gənc yaşlarından siyasətdə...

 

 

Martın 10-da Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun 55 yaşı tamam olur. Ə.Həsənov Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan dövlət adamlarındandır. Son 20 ilə yaxın bir müddətdə dövlətçiliyimiz üçün mühüm xidmətlər göstərmiş Ə.Həsənovun fəaliyyəti daim cəmiyyətin, medianın diqqət mərkəzində olub. Xüsusən milli mətbuatın inkişafı yönündə görülən işlərdə əhəmiyyətli rol oynamış Əli Həsənovu 55 illiyi münasibətilə təbrik edir, ona cansağlığı, dövlətçiliyimiz naminə fəaliyyətində yeni uğurlar arzulayırıq. HəmkarımızAzərbaycan Radiosunun redaktoru Şəlalə Məhyəddinqızının professor Əli Həsənovun 55 illik yubileyi ilə bağlı yazısını oxuculara təqdim edirik.

 

“525”

 

Hər bir liderin dövlətçilik tarixində ən böyük uğurlarından biri odur ki, güclü potensiala mailk kadrları, əqidə məslək  adamlarını öz ətrafında toplaya bilir. İntellektual səviyyəli, siyasi cəhətdən savadlı insanlar bir ideya ətrafında birləşib dövlətçiliyin inkişafı üçün çalışanda qarşıya qoyulan məqsədə asanlıqla nail olunur. Ümummilli Lider Heydər Əliyev tanıdığı, dəfələrlə sınaqlardan çıxartdığı, əqidəsinə, saflığına inandığı insanlarla müasir Azərbaycan dövlətçiliyinin təməlini qoydu. Xalqımız zaman keçdikdən sonra Ulu Öndərin  kadr seçimində uzaqgörənlik nümayiş etdirdiyinin  şahidi oldu. Onun etibar etdiyi, güvəndiyi ziyalılar, Heydər Əliyev məktəbinin yetirmələri, bir sözlə, Prezident İlham Əliyev başda olmaqla siyasi komandası bu gün Azərbaycan dövlətini göz bəbəyi kimi qoruyur, inkişaf etdirir gələcəkdə daha böyük uğurların qazanılması üçün var qüvvəsi ilə mübarizə aparır.

 

Heydər Əliyevin diqqətini çəkən kadrlardan biri Əli Həsənov olub. Əli Həsənov özü çıxışlarından birində o dövrləri belə xatırlayır: “Mən o zamanlar gənc idim. Biz hamımız Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdik. Çünki anlayırdıq ki, bu xalqın tək xilaskarı Heydər Əliyevdir... Heydər Əliyev hakimiyyətə gəlişi ilə xalqımızın gələcəyini təyin edən addımlar atdı. O, öz liderlik bacarığı ilə xalqımıza müstəqillik gətirdi, insanlara azadlıq düşüncələrini aşıladı...”

 

Ulu Öndər gəncliyin düşüncəsinə hörmətlə yanaşırdı. Heydər Əliyev qurucusu olduğu rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsini Əli Həsənova gənc yaşlarında həvalə etdi. 1994-1995-ci illərdə təşkilatda şöbə müdiri çalışdığı müddətdə birillik əməli fəaliyyəti göz qabağında oldu qısa zamandan sonra  daha məsul bir vəzifəyəPrezident Aparatının İctimai-siyasi məsələlər şöbəsinə müdir müavini aparıldı. Burada da bir il çalışdı, etimadı doğruldaraq şöbə müdiri vəzifəsinə yüksəldi. Əli Həsənov ardıcıl şəkildə ona tapşırılan işin öhdəsindən uğurla gələrək, yeni yaradılan dövlətin cəmiyyətlə sıx münasibətlərinin qurulması istiqamətində öz üzərinə düşən funksiyanı yerinə yetirməyə çalışdı. Nümunəvi xidmətinə görə Prezident İlham Əliyevin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəliVətənə xidmətə görəordeni ilə təltif olundu. 2015-ci ildə Əli Həsənovun  Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsinə təyinatı onun əməli fəaliyyətinə verilən növbəti qiymətdir.

 

Milli dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün tarixdə uzun bir dövr tələb olunur. Ancaq Azərbaycan dövləti qısa zaman kəsiyində, cəmi iki onillikdə  böyük uğurlara imza atdı. Siyasi arenada nüfuz qazanaraq dünya dövlətləri arasında özünə layiqli yer tutdu. Güclü  dövlətlərin tanıdığı, xüsusi rəğbətlə yanaşdığı ölkələrdən birinə çevrildi. Aparılan xarici siyasətin uğurlu nəticəsi olaraq öz varlığını tanıtmağa müvəffəq oldu.

 

Əli Həsənov mətbuata açıq məmurdur. Bəli,  bu onun birbaşa rəhbərlik etdiyi strukturun başlıca funksiyasıdır. Ancaq burada vəzifədən başqa daha bir amil var. Əsas məsələ onun cəmiyyətdə nüfuz qazanmasıdır. Tədbirlərdə özünü olduqca  sadə aparmasından, mehriban davranışından, vətəndaşlıq mövqeyindən, milli düşüncə tərzindən irəli gəlir.

 

    Bəzən şahidi oluruq ki, konkret bir sahədə çalışan məmur ancaq öz işinə uyğun məsələləri dərindən öyrənir.  Rəhbərlik etdiyi sahədən kənar suallar qarşısında acizlik nümayiş etdirir. Elə bu səbəbdən çox vaxt jurnalistlərdən qaçmağa çalışırlar. Əli Həsənov bu baxımdan tam fərqli insandır. Ölkənin daxili xarici siyasəti ilə bağlı bütün nüansların, ən incə məqamların doğru-dürüst təhlilini verən, mükəmməl şəkildə izah edə bilən səriştəli analitikdir. İstənilən anda jurnalistin ona yaxınlaşaraq hər hansı bir mövzuda verdiyi sual dolğunluqla cavablandırılır. Natiqlik məharəti faktlarla zəngin nitqi, iqtisadi siyasi savadı ona əsl məmur ucalığı gətirir.

 

Əli müəllim hər il çoxlu sayda jurnalistlərlə görüşür, xarici mətbuata, yerli KİV-lərə müsahibələr verir.  Əgər qəzetlərdəki fikirlərini televiziya çıxışlarını müqayisə etsək görərik ki, danışığında təkrarçılıq, sözçülükdən  əsər-əlamət yoxdur. İllərlə verilən eyni suala, mövzuya fərqli, yaradıcı düşüncə tərzi ilə yanaşır. Rəsmi cavabları günün nəbzinə kökləndiyindən siyasi plüralizm nümunəsi kimi zamana uyğun aktuallığı ilə seçilir.

 

Dediklərimizə sübut kimi Əli Həsənovun ayrı-ayrı illərdəki müsahibələrindən bəzi məqamlara nəzər salaq. Amerikanın nüfuzlu “The New York Times” qəzetinə verdiyi müsahibədəki fikirləri onun tək dövlət rəsmisi kimi deyil, həm Vətənini ürəkdən sevən, adını uca tutan əsl vətəndaş kimi mövqeyi ortaya qoyur. Bizə müharibə yox, dinc yanaşı yaşamaq lazımdır. Bizə dinc inkişaf lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyünü suverenliyini heç əvəz edə bilməz. Lazım gəlsə, biz ərazi bütövlüyümüz uğrunda canımızı da verməyə hazırıqfikri, eləcə bu səpkili digər çıxışları bir tərəfdən əsl məmurun öz xalqını, dövlətini Vətənini necə sevməli olduğunu göstərirsə, bir tərəfdən Azərbaycan gəncliyinə bir çağırış kimi səslənir.

 

Yaxud Türkiyənin “www.gazetekars.com” xəbər portalında dərc olunan yazıda Əli müəllim Ermənistanın işğalçılıq siyasətini tutarlı dəlillərlə ifşa edir.  İkili standartlarla siyasət aparan dünyanın bəzi dövlətlərinin  işğalçı genosid siyasətə  göz yummasını tənqid edərək, heç olmasa özlərinə, çıxartdıqları qətnamələrə  hörmətlə yanaşmasının zəruriliyini vurğulayır, beynəlxalq təşkilatların fəaliyyətindən narazı qaldığı məqamları siyasi ustalıqla şərh edir.

 

Bloomberg” agentliyinə müsahibəsində ABŞ-Azərbaycanın münasibətlərinə ətraflı şəkildə toxunan Əli Həsənov verilən məqsədli suallara elə peşəkarlıqla aydınlıq gətirir ki, sonda jurnalistin özü fakt qarşısında acizliyini etiraf etmək məcburiyyətində qalır. Bu müsahibədə diqqət çəkən məqamlardan biri  ölkənin imicinə ziyan gətirən olayların şişirdilərək iki ölkə arasına nifaq salmaq məqsədi güdən bəzi avantürist qüvvələrə qarşı sərt və qətiyyətli münasibətin ortaya qoyulmasıdır. Müsahibədə  daxilixarici aləmdə  gedən proseslərin təhlili, siyasi uğurların fonunda ilbəil nail olduğumuz nəticələr, dövlətin möhkəmlənməsi üçün aparılan islahatlar, iqtisadi səviyyənin yüksəlişini reallaşdıran mühüm sənədlər ardıcıllıqla sadalanır və şərh olunur. İqtisadi, siyasi, eləcə də mədəniyyət sahəsinə, elmi-texniki tərəqqinin inkişafına, bir sözlə, bütün prioritet məsələlərə aid suallara Əli Həsənov dövlətin maraqlarına uyğun olaraq öz baxış bucağından işıq salır. Dövlətçilik prinsiplərini üstün tutan bu cavablar əsl intellektual səviyyəsinin göstəricisidir. Moskva Dövlət Universitetinin məzunu, Tarix elmləri doktoru, professor Əli Həsənov elmi titullara da yuxarıda sadaladığımız şəxsi keyfiyyətləri, individual qabiliyyəti, dərin və intellektual zəkası ilə yiyələnib.

 

Azərbaycanımızın uğurlarına sevinənlərlə yanaşı, milli dövlətçiliyimizi gözü götürməyən qüvvələr də çoxdur. Məmləkətimiz inkişaf etdikcə bədxahların bağrı yarılır, piar kampaniyalar təşkil etməyə çalışırlar ki, ölkəmizin nüfuzuna beynəlxalq aləmdə ziyan gətirsinlər. Bu il  Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunları yenə bədxahları hərəkətə gətirib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə  bəyan edir ki, “Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Yeni idman qurğularının tikintisi, mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyadakı qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi,  qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir. Avropa Olimpiya Komitəsi öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək l Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq...”

 

...Martın 10-da Əli Həsənovun 55 yaşı tamam olur. Siyasi fəaliyyətə gənc yaşlarından başlayan, gəncliyə  örnək olan, fəxarətlə millətinə xidmət edən dəyərli ziyalımız, tarix elmləri doktoru,  professor Əli Həsənovu ad günü münasibəti ilə təbrik edir, Azərbaycan dövlətçiliyinə xidmət kimi şərəfli işində, siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq.  Əli müəllim kimi peşəkar kadrların olması millətin xoşbəxtliyidir. Məhz belə dəyərli ziyalıların vətənə, dövlətə sədaqəti, yorulmaz fəaliyyəti hər bir vətəndaşa nümunədir.

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan Radiosunun redaktoru

525-ci qəzet.- 2015.- 7 mart.- S 10