Aşıq Əhlimanın 60 illiyi qeyd olunub
- Fotoreportaj
R. Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin
tanınmış nümayəndələrindən
biri, Şirvan aşıq mühitinin yetirməsi, əməkdar
mədəniyyət işçisi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
aşıq sənəti
kafedrasının müdiri
Əhliman Rəhimovun
60 illik yubileyi qeyd olunub.
Tədbir Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı
ilə reallaşıb.
Tədbirdə Azərbaycan Aşıqlar
Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub Aşıq Əhlimanı
60 illik yubileyi münasibətilə təbrik
edərək ona yeni yaradıcılıq uğurları arzulayıb:
" Əhliman Rəhimov aşıq sənətinə hörmət
gətirən, onu zənginləşdirən, bu
sənətin inkişafına
böyük təkan verən ifaçılardandır".
Qeyd edilib ki, Ə.Rəhimov
1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad
kəndində anadan olub. Hazırda vaxtilə təhsil
aldığı Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində aşıq
sənətini elmi əsaslarla tədris edir.
Şirvan aşıq məktəbinin qədim ənənəl
ərindən söz açan Zəlimxan Yaqub deyib ki, bu ənənələr Aşıq Əhliman kimi sənət adamlarının timsalında yüksək səviyyədə, ləyaqətlə qorunur və davam etdirilir.
Aşıqlar Birliyinin sədri əminliklə vurğulayıb ki, yubilyar hələ qarşıdakı neçə-neçə onilliklərdə Dədə Qorqud yadigarı olan qədim saz-söz sənətimizin inkişafına, gələcək nəsillərə çatdırılmasına töhfələr verəcək.
Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev Aşıq Əhliman Rəhimovun sənət yolundan, ifaçılıq məharətindən, gənc aşıqların yetişməsindəki xidmətlərindən söz açıb. Bildirib ki, o, bir alim kimi də bu sənətin təbliğinə, inkişafına yardımçı olur. Belə ki, aşıq-alimin gərgin axtarışları sayəsində ərsəyə gətirdiyi kitablar Şirvan aşıq mühitinin neçə-neçə yaradıcı simasının daha geniş auditoriyaya təqdim olunmasına, onların yaradıcılıq irsinin tədqiqinə təkan verib.
Gecədə akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək yubilyara ən xoş arzularını çatdırıblar.
Vurğulanıb ki, şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhlimanın sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislərin hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Tədbirdə ustad aşığın sənət dostları, tələbələri çıxış edərək, onun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.
İrandan gəlmiş aşıqlar da ifaları ilə yubilyarı təbrik ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 11 mart.- S7