Parisdə azərbaycanlı rəssamın
əsərləri sərgilənir
Fransada rəsm əsərlərinin
sərgisini təşkil
edən Stella Beynəlxalq
İncəsənət Cəmiyyətinin
dəstəyi ilə Parisin məşhur "İsveçrə şəhərciyi"nin Beynəlxalq İncəsənət Qalereyasında
azərbaycanlı rəssam
Nigar Nərimanbəyovanın
fərdi sərgisi açılıb.
Sərginin açılışında Fransa
ictimaiyyətinin nümayəndələri,
tanınmış incəsənət
xadimləri, Azərbaycanın
bu ölkədəki səfirliyinin əməkdaşları
və diasporumuzun təmsilçiləri iştirak
ediblər.
Sərgidə rəssamın yağlı
boya ilə ağ kətan
üzərində ərsəyə
gətirdiyi 14 əsəri
nümayiş olunur. Sevimli "Uşaqlıq yuxuları"
və "Bütün
həyat-teatr" mövzularına
sadiq qalan N.Nərimanbəyova fərdi
sərgisində də
həmin mövzularla bağlı yeni əsərlər təqdim
edib. Bu əsərlərdə
uşaqlıq arzularının
mənalı çalarları
müxtəlif rənglərdə
öz əksini tapıb. Əsərlərə tamaşa edənlər
bir anlıq olsa da unudulmaz,
saf və ecazkar uşaqlıq illərinə səyahət
edirlər. Məhz bu
baxımdan rəssamın
əsərləri tamaşaçılar
tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Nigar Nərimanbəyovanın
sərgidə 20 rəsm
əsəri nümayiş
etdirilir. Sərgi iştirakçılarının əksəriyyəti azərbaycanlı
rəssamın fırçasından
çıxan "Sınmış
qanadlar", "Uçuş
illüziyası", "Gecə
sehri", "Nostalgiya"
və "Arlekina və balerina" tablolarına xüsusi maraq göstəriblər.
Fransanın "İncəsənət qəzeti"nin əməkdaşı Şantal
Gionne sərgi ilə bağlı verdiyi müsahibəsində
deyib: "Nigar Nərimanbəyovanın rəsm
əsərləri çox
maraqlı olmaqla yanaşı, böyük
rəmzi məna daşıyır. Rəssamın rəng seçimi onun bu sahədə
böyük təcrübəsindən
xəbər verir".
Qalereyanın əməkdaşı Jorj
Levi isə müsahibəsində
bildirib ki, sərgidə nümayiş
etdirilən əsərlər
bir tarixi - insanların yaddaşlarında
əbədi iz salan uşaqlıq yuxularını tam əks
etdirir. Tablolardakı rənglərin hər
biri müəyyən
dövrü xatırladır.
Sərgi martın 16-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 3 mart.- S 7