Mədəniyyət və İncəsənət Universitetində gənc rəssamın işləri sərgilənir

 

 

Azərbaycan Mədəniyyət İncəsənət Universitetində gənc rəssam, Rəssamlar İttifaqının üzvü, ADMİU-nun müəllimi Mətin Şərifovun sərgisi nümyiş olunub.

 

Sərgini Universitetin rektoru, professor Fərəh Əliyeva açaraq, rəssamın işi ilə tanış olduğunu, gələcəkdə belə sərgilərin keçiriləcəyinin vacibliyini söylədi.

 

Xalq rəssamı Xanlar Əhmədov da çıxış edərək gənc rəssama uğurlar arzuladı.Sərgidə rəssamın müxtəlif mövzularda çəkdiyi rəngkarlıq əsərləri nümyiş olunub.

 

Tədbirdə Universitetin müəllim tələbə heyəti, rəssamlar iştirak ediblər.

 

 

 

 

525-ci qəzet.- 2015.- 11 mart.- S7