"Muğam aləmi"
IV Beynəlxalq Muğam Festivalının
açılışı olub
Heydər Əliyev Mərkəzində
"Muğam aləmi"
IV Beynəlxalq Muğam
Festivalının açılış
mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Muğam
aləmi" IV Beynəlxalq
Muğam Festivalının
iştirakçılarına müraciəti oxunub.
Müraciətdə qeyd olunur ki, hər
bir xalqın və millətin ən böyük sərvəti onun mədəni irsidir: "Azərbaycan xalqını
əsrlər boyu bir millət kimi qoruyub saxlayan
onun zəngin mədəniyyəti, dili,
ədəbiyyatı, poeziyası
və musiqisi olub. Bu gün
bu irsi qorumaq,
saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur. Milli-mədəni
irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən,
Azərbaycan muğamının,
aşıq, xalçaçılıq,
tar ifaçılığı, kəlağayı sənətinin
və Novruz bayramının UNESCO-nun "Bəşəriyyətin
qeyri-maddi mədəni
irs üzrə Reprezentativ Siyahısı"na
daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən
diqqət və qayğının təzahürüdür.
Azərbaycan həm milli mədəni irsin, həm də bəşəriyyətin mədəni
irs xəzinəsinin
nadir incilərinin qorunması
və təbliğinə
dair beynəlxalq miqyaslı bir çox layihələr həyata keçirir. Muğam sənəti də artıq təkcə bizim yox, bütün
dünyanın sərvətidir.
Muğam
aləmi hüdudsuz, sərhədsiz bir məkandır və bu məkanı yaşadan insanların artıq daimi bir görüş yeri var - bu,
ənənəvi olaraq
Bakıda keçirilən
"Muğam aləmi"
Beynəlxalq Muğam Festivalıdır. Artıq dördüncü
dəfədir ki, qədim muğam sənəti dünyanın
müxtəlif ölkələrindən
gələn incəsənət
xadimlərini, sənətkarları,
alimləri Bakıda bir araya toplayır
və musiqisevərlərə
xoş anlar bəxş edir".
"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının ilk günü
tamaşaçılara Üzeyir
Hacıbəyli adına Dövlət
Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında konsert təqdim olunub. Orkestrə Fəxrəddin Kərimov dirijorluq edib.
Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm Nazirliyi və Bəstəkarlar İttifaqı tərəfindən
keçirilən festival martın
18-dək davam edəcək.
Festival çərçivəsində
həm Bakıda, həm də ölkəmizin bir sıra bölgələrində
Azərbaycanın və
xarici musiqiçilərin
iştirakı ilə
konsertlərin, habelə
beynəlxalq elmi simpoziumun, beynəlxalq muğam müsabiqəsinin
keçirilməsi nəzərdə
tutulur.
Festivala
Türkiyə, İran,
İraq, Özbəkistan,
Tacikistan, ABŞ, Fransa,
İngiltərə, Livan,
İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli
musiqiçilər və
musiqi qrupları dəvət olunub. Konsertlərdə xarici musiqiçilərlə yanaşı,
Azərbaycanın görkəmli
muğam ustaları Arif Babayev, Mənsum
İbrahimov, Zabit Nəbizadə, Nəzakət
Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev və istedadlı gənc ifaçılar - Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü
Muradova, Mirələm
Mirələmov və
başqaları çıxış
edəcəklər.
Eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Qara Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, "Sinfonietta"
orkestrinin çıxışları
planlaşdırılır.
Festival günlərində qonaqlara
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir
Hacıbəylinin "Leyli
və Məcnun",
"Əsli və Kərəm" operaları
təqdim olunacaq.
Həmçinin Bakı Caz Mərkəzində görkəmli
caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı
ilə konsertlər də nəzərdə tutulub.
Ötən gün Bəstəkarlar
İttifaqında "Muğam
aləmi" IV Beynəlxalq
Muğam Festivalı çərçivəsində "Muğam aləmi" dördüncü beynəlxalq
musiqişünaslıq simpoziumu
işə başlayıb.
Ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən
beynəlxalq muğam festivalının böyük
maraq doğurduğunu
söyləyən Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə milli musiqimizin təbliğində
belə tədbirlərin
mühüm rolu olduğunu vurğulayıb.
"Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının ölkəmizin
mədəni həyatında
böyük əhəmiyyət
daşıdığını diqqətə çatdıran
xalq artisti bildirib ki, bu
möhtəşəm musiqi
bayramı təkcə
paytaxt Bakıda deyil, bu gün
Azərbaycanın bütün
bölgələrində geniş
şəkildə qeyd
olunmaqdadır.
Hər il simpoziumun
mövzu baxımından
zənginləşdiyini söyləyən
F.Əlizadə deyib ki, bu da
özlüyündə musiqiyə,
xüsusilə də muğamların tədqiq və təbliğinə olan böyük maraqdan irəli gəlir.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib ki, muğam
keçmişlə bu
gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında
mənəvi körpüdür. Təsadüfi deyildir ki, Azərbaycan
muğamı 2003-cü ildə
bəşəriyyətin şifahi
və qeyri-maddi şah əsərləri siyahısına daxil edilib.
Milli Elmlər
Akademiyası (AMEA) prezidenti,
akademik Akif Əlizadə çıxış
edərək Heydər
Əliyev Mərkəzində
"Muğam aləmi"
IV Beynəlxalq Muğam
Festivalının təntənəli
açılış mərasiminin
keçirildiyini xatırladıb. Akademik diqqətə
çatdırıb ki,
Azərbaycan xalqının
musiqiyə, xüsusilə
muğama olan sevgisi bütün dünyaya məlumdur.
Muğamın UNESCO tərəfindən yüksək qiymətləndirilməsi,
eyni zamanda, Azərbaycanın birinci xanımının onun inkişafına böyük
töhfəsi bu gün artıq öz bəhrəsini verməkdədir.
Tədbirdə UNESCO-nun "Ənənəvi Musiqi üzrə Beynəlxalq Şura"sının
(İCTM) baş katibi,
Lyublyana Universitetinin professoru Svanibor Pettan tədbirin böyük əhəmiyyət
daşıdığını söyləyərək şuranın
fəaliyyətindən danışıb.
Bildirib
k, əsas məqsədi
dünyada ənənəvi
musiqinin təbliği
ilə məşğul
olmaq, onlar arasında əlaqə və təcrübə mübadiləsi aparmağa
xidmət etməkdir.
Qonaq deyib ki, "Muğam/maqam və müasir
musiqi yaradıcılığı"
mövzusunda keçirilən
simpoziuma 13 ölkədən
30-dan çox mütəxəssislər
qatılıb. Onlar simpozium vasitəsilə
təcrübələrini bir
araya gətirirlər.
Qonaq deyib ki, bir neçə
dildə çap edilmiş simpozium materialları hər bir iştirakçıya müzakirələrdə yaxından
iştirak etmək imkanı yaradacaq.
Simpozium
iştirakçılarını salamlamaqdan böyük qürur hissi duyduğunu söyləyən
Prezident Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin
müdiri Fatma Abdullazadə muğam festivalının tarixi əhəmiyyətindən, bu
festivalın Azərbaycan
xalqına məxsus qədim və zəngin irsin daha geniş şəkildə tanınmasına
xidmət etməsindən
söz açıb.
Fatma Abdullazadə deyib ki, bu beynəlxalq festivalın keçirilməsi Azərbaycan üçün olduqca vacibdir: "Bu festival müxtəlif ölkələrdə elmlə, musiqi ilə məşğul olan alimlərə, mütəxəssislərə Bakıda muğam problemlərini müzakirə etmək imkanı yaradır. Ən önəmlisi isə odur ki, bu simpoziuma qatılanlar əsasən bilavasitə muğamı inkişaf etdirən, onunla məşğul olan insanlardır. AMEA-da muğamşünaslıq şöbəsinin yaradılması artıq əyani surətdə sübut edir ki, Azərbaycanda muğamşünaslıq doğurdan da yeni bir mərhələyə qədəm qoyur. Biz artıq təsvirlərdən, təsnifatdan, hansısa musiqi xadiminin, xanəndənin həyat və yaradıcılığı haqqında yazılanlardan muğam tədqiqatları istiqamətində tamamilə yeni bir mərhələyə keçirik. Bu mərhələnin əsas problemi ondan ibarətdir ki, Azərbaycan muğamı hədsiz dərəcədə zəngin olduğundan onu tədqiq etmək olduqca çətindir. Muğam irrasional sənətdir".
Bu gün Alim Qasımovun Qərbdə fenomenal ifaçı kimi qəbul olunduğunu söyləyən Fatma Abdullazadə bildirib ki, o ruha qida verməyi bacardığı, muğamın aliliyini, ülviliyini çatdıra bildiyi üçün onun ifaları dünyada belə rəğbətlə qarşılanır.
Simpoziumun açılış mərasiminə həsr edilmiş tədbirə yekun vuran Azərbaycan Milli Elmlər Akademiyası prezidenti, akademik Akif Əlizadə vurğulayıb ki, sorağı dünyanın ən müxtəlif guşələrindən gələn bu nəhəng mədəniyyət hadisəsi bizi daim qürurlandırır.
Sonra elmi simpozium öz işini bölmə iclaslarında davam etdirib.
Simpoziuma martın 14-də yekun vurulacaq.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 13 mart.- S 7.