Bişkekdə Azərbaycan Musiqisi
Günü
"Roza Otunbayevanın Təşəbbüsü" Fondu Azərbaycan Respublikasının Qırğız
Respublikasında Səfirliyi
ilə birgə 2015-ci
ilin mart ayının
17-də Bişkek şəhərində,
Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyasının
böyük salonunda
"Musiqi - xalqın ürəyidir" adlı,
Azərbaycan musiqisinə
həsr olunan tədbir
keçirəcək.
Tədbirdə Qırğız Respublikası
Prezidenti Aparatının
yüksək vəzifəli
təmsilçiləri, hökumət
üzvləri, parlamentin
deputatları, bu ölkədə akkreditə
olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və Qırğızıstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri
iştirak edəcəklər.
Qırğız Respublikasının dövlət
kanalı olan İctimai Televiziya və Radio Verilişləri
Korporasiyası tərəfindən
birbaşa efirə veriləcək tədbirdə
Azərbaycanın və
Qırğızıstanın görkəmli müğənnilərinin,
Opera və Balet Teatrının solistlərinin
ifasında Üzeyir Hacıbəyovun "Arşin
mal alan" operettasından
duetlər, "Azəri"
Mədəniyyət Mərkəzinin
nəzdində fəaliyyət
göstərən mahnı
və rəqs qruplarının, Qırğız-Türk
"Manas" Universitetinin
"Türk Dünyası
Orkestrası"nın repertuarlarında
olan Azərbaycan mahnıları ilə zəngin proqram nümayiş olunacaq.
Novruz bayramının
Azərbaycanda necə
qeyd olunması ilə bağlı səhnələr göstəriləcək
və videomateriallar təqdim ediləcək.
525-ci qəzet.- 2015.- 13 mart.-
S 7.