Azərbaycan ozan-aşıq sənəti gürcü mənbələrində

 

 

 

Azərbaycanda şifahi xalq yaradıcılığının əsas qollarından biri aşıq sənətidir. Dastanlar, nəğmələr, rəvayətlər nəsildən-nəslə ötürülür söyləyənin bacarığından, süjetin təfsilatını, rəngarəng poetik obrazları yaddaşına köçürmək qabiliyyətindən asılı olaraq, dəyişikliyə məruz qalır. Şifahi yaradıcılığın qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində xalqın mənəvi sərvətinin keşiyində duran xalq dastançılarının xidməti böyükdür.

 

Azərbaycan qədim zamanlardan belə dastançılar - ozanlar yaşayıb-yaradıblar. Onlar sonradan -XVI-XVII əsrlərdən aşıq adlanıb. Aşıq sənətinə qədim epik dastanlar, xalq azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Dastançı fəaliyyəti ilə yanaşı, fərdi poetik yaradıcılıqla da məşğul olan belə fitri istedada malik şair aşıqlar təkcə aşıq poeziyasına deyil, Azərbaycanın yazılı ədəbiyyatına da güclü təsir göstəriblər. Ümumiyyətlə, aşıq sənəti xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır təsir gücü, məşhur olması kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu kiçik bir tamaşadır, burada musiqi, saz müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm oxuyaraq sazda çalır rəqs edir. Azərbaycan aşıqlarının əcdadları olan qədim ozanların həyatından, sevgisindən, qəhrəmanlığından bəhs edən ən qədim epik əsər VII əsrə aid olan "Kitabi-Dədə Qorqud" dastanıdır. 1300 il bundan əvvəl dastançı Dədə Qorqud sülhə çağırır, şücaəti, dəyanəti məhəbbəti vəsf edirdi. Aşıq yaradıcılığında milli poeziyanın qoşma, müxəmməs, ustadnamə, qıfılbənd kimi janrları, həmçinin onların gəraylı, divani, təcnis kimi poetik şəkilləri geniş yayılıb. Aşıq poeziyası xalq tərəfindən sevildiyi üçün əsrlər boyu qorunub saxlanıb yalnız XIX-XX əsrlərdə aşıq poeziyası nümunələri intensiv toplanıb nəşr olunmağa başlanıb.

 

Şifahi xalq ədəbiyyatının, o cümlədən, Azərbaycan folklorunun təbliğində aşıqlar həmişə mühüm rol oynayıblar. Onlar zəhmətkeşlər arasından çıxır, öz əsərlərində əməkçi xalqın zövqünü tərənnüm edir, xalqla gülür, xalqla ağlayır, necə deyərlər, xalqla birgə nəfəs alırlar. Xalq isə aşığı sevir, onun yaratdığı əsərləri həvəslə öyrənir, məclislərdə oxuduğu mahnılara, çaldığı havalara maraqla qulaq asır.

 

Görkəmli şair alim İosif Qrişaşvili yazırdı: "Köhnə Tiflisdə bir nigah, bir ad günü, bir toy, bir şənlik belə aşığın sazandarın iştirakı olmadan keçməzdi".

 

Gürcüstanda aşıqlar həm sadə xalq, həm kübar cəmiyyət arasında böyük hörmət nüfuza malik idilər. Əksəriyyəti sənətkarlar arasından çıxırdı. Onlar əsasən sənətkarlıqla məşğul olur, boş vaxtlarını isə aşıqlığa sərf edirdilər. Tiflis aşıqları bir neçə dildə-gürcü, erməni, türk, Azərbaycan, fars dillərində oxuyurdular. Belə ki, onların sənəti Tiflisin çoxmillətli əhalisi üçün anlaşılan idi.

 

Tiflisin bəzi yerlərində Zaqafqaziyanın bir çox bölgələrində Azərbaycan dilinin dominant dil olması danılmaz faktdır. Bu onun nəticəsidir ki, yeri gələndə ruslar da, gürcülər , ermənilər , yunanlar da, osetinlər bizim dildən istifadə edirdilər.

 

Ədəbiyyatşünas Yusif Ramazanov aşıq yaradıcılığının maraqlı tədqiqat obyekti olduğunu nəzərə alaraq XIX əsrdə azərbaycanca yazıb-yaradan Zaqafqaziyada qeyri-azərbaycanlı aşıqların yaradıcılığını öyrənib, həmin sənətkarların Azərbaycan dilində yazmalarının səbəblərini, onların yaradıcılıq üslublarını, istifadə etdikləri şeir şəkillərini, beynəlmiləlçilik nümayiş etdirən xalqların aşıq ədəbiyyatı üçün maraqlı olan bir sıra məsələləri aydınlaşdırmağa təşəbbüs göstərib.

 

Aşıq şeirinin gürcü yazılı ədəbiyyatına, gürcü şairlərinin yaradıcılığına təsiri çox güclü idi. Aleksandr Çavçavadzenin Qriqol Orbelianinin, Aleksandr Tumanişvilinin Besikinin əsərləri bunu sübut edir. Onların bir çox müxəmməsləri, gəraylıları, təcnisləri bayatıları vardır.

 

XVIII-XIX əsrlərdə Azərbaycan gürcü poeziyası sıx qarşılıqlı əlaqədə inkişaf edirdi. Azərbaycan şairləri xanəndələri Gürcüstana gedir, orada uzun müddət yaşayır, azərbaycanca bilən gürcü şair aşıqları ilə tanış olur onlara müəyyən təsir göstərirdilər. Məhz bu təsirin nəticəsində gürcü şair aşıqları da müxəmməs, müstəzad, təcnis, bayatı, gəraylı, qoşma, dodaqdəyməz, qəzəl sair şeir formalarından istifadə edirdilər. Bu proses XIX əsrin axırları XX əsrin əvvəllərində xüsusilə güclənmişdi. Başlıca səbəb isə Zaqafqaziyada aşıq sənətinin güclü inkişafı, Azərbaycan dastan yaradıcılığının Gürcüstanda geniş yayılması idi.

 

İ. Qrişaşvili Tiflis aşıqlarından danışarkən yazırdı: "Onlar əsl aşıq idilər üç dildə - gürcücə, azərbaycanca ermənicə oxuyurdular. Bu aşıqların bəzisi tiflisli, bəzisi irəvanlı, gəncəli, şamaxılı, həştərxanlı idilər".

 

Aparılmış tədqiqatlar nəticəsində gürcücə yazan şair-aşıqların əksəriyyətinin Azərbaycan dilində əsərlər yaratdığı müəyyənləşdirilib.

 

Vano Esağov "Dərya kənarında" Azərbaycan xalq nəğməsi motivində yazdığı şeirində sevgilisinə əsasən azərbaycanca yalvarır:

 

Canımnan bezar olmuşam man da,

Dzmobilo, şentan movdivar manda (gürcücə)

(Əzizim, gəlirəm yanına sənin).

Bir öpüş alım, qoy qalsın manda

Əlimdə gülüm, gəl, mənim gülüm,

Yaşmanır, küsüb, barışmır gülüm.

 

Azərbaycan dilini bilən gürcülər danışıq zamanı çox vaxt  "səni", "məni" əvəzinə "sənə" (sanğa), "mənə" (manğa) işlədirlər. Həmin əlamət özünü Vano Esağovun şeirində özünü göstərir. Deməli, gürcülər qədim Azərbaycan dilinə məxsus olan formanı mühafizə edib saxlamışlar. Özü bu forma vaxtilə təkcə danışıq dilində deyil, şeir-sənət dilində saxlanıb.

 

Anton Qanciskareli bir şeirində zəmanəsində hökm sürən ədalətsizlikdən, ac-yalavacların saysız-hesabsız olmasından şikayətlənir:

 

Tanrı, məgər gözünnən görmürsənmi,

Bu tərs dünyada heç düz divan yoxdur.

Biri doyurmuş camaatı qannan,

Çörəkdən ac qalmış hesabdan çoxdur.

 

Azərbaycanca əsərlər yaratmış qeyri-azərbaycanlıların yaradıcılığının gürcü mənbələri əsasında öyrənilməsi sahəsində görülmüş işləri o qədər də qənaətbəxş saymaq olmaz. Bir sıra  aşıqların, o cümlədən, XVIII əsrin ikinci yarısında yaşayıb yaratmış Kiçik Nova kimi məşhur aşığın gürcü əlifbası ilə yazıya alınmış 27 şeiri ötən əsrin 80-ci illərində tapılıb. Bu şeirlərdə onun Azərbaycan aşıq sənətinin incəliklərini dərindən bildiyi göstərilir.

 

Aşıqların əksəriyyətində olduğu kimi, Kiçik Novanın yaradıcılığında da məhəbbət mövzusu mühüm yer tutur. "Pərvanəyəm" şeiri bu cəhətdən çox xarakterikdir:

 

Gəl, dilbər, məni qul eylə, pərvanəyəm, pərvanə,

Eşqin odunu kül eylə, pərvanəyəm, pərvanə.

Namə yazmaqdan yorulmazqolum, nə barmağım,

Oxu, dilin bülbül eylə, pərvanəyəm, pərvanə.

 

Çaxmaxçı Aslanın, Dülgər oğlunun, Şamçı Melkonunbir çox başqalarının gürcü mənbələrində rast gəldiyimiz azərbaycanca şeirləri də Aşıq yaradıcılığının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Akademik Həmid Araslı haqlı olaraq yazırdı: "Azərbaycan aşığı təkcə Azərbaycan şəraitində deyil, onun zəngin yaradıcılığı Zaqafqaziya xalqlarının içərisində dərin məhəbbət və hörmətlə qarşılanmış, aşıqlıq sənəti gürcü və erməni xalqlarının içərisində də inkişaf etmişdir. Biz hələ XVI əsrdən Azərbaycan dilində qoşmalar yaradan gürcü və erməni aşıqlarına təsadüf edirik ki, bu sənətkarların zəngin irsi də Azərbaycan aşıq şeirinin xəzinəsinə əlavə edilmiş sərvətidir".

 

 

Almaz YURDSEVƏR

525-ci qəzet.- 2015.-12  mart.- S .6.