"Azərbaycanla Yunanıstan elm və mədəniyyət
işığında"
"Elm çırağı" İctimai Birliyi "Azərbaycanla Yunanıstan
elm və mədəniyyət
işığında" mövzulu seminar keçirib.
İctimai Birliyin sədri
professor Naidə Məmmədxanova
müzakirə edilən
mövzunun əhəmiyyətindən
danışıb: "Azərbaycan
və Yunanıstan arasında əlaqələr
əsrlərin dərinliklərinə
gedib çıxır
və müxtəlif sahələri əhatə
edir. Yunan mütəfəkkirlərinin əsərləri,
antik yunan ədəbiyyatı, tarixi,
mədəniyyəti ölkəmizin
ali məktəblərində
tədris edilir. Bakı Slavyan Universitetində Müasir Yunan dili və Mədəniyyət
Mərkəzi fəaliyyət
göstərir. Yunanıstanda da Azərbaycanın müasir həyatının
müxtəlif sahələrinə
böyük maraq var. Təsadüfi deyil ki, Afinada Azərbaycan
musiqisindən ibarət
konsert təşkil olunub. Ədəbiyyatımızdan nümunələr yunan dilinə tərcümə edilib.
Elm çırağı"
İctimai Birliyinin təşkil etdiyi seminar da bu baxımdan
əhəmiyyətlidir".
N.Məmmədxanova vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu, yüksək sürətlə inkişaf
edən dövlətdir
və ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
"Elm çırağı" İctimai Birliyinin başlıca məqsədi
cəmiyyətdə elmə
və mədəniyyətə
marağı artırmaq,
habelə elmi seminarlar və kütləvi tədbirlər
vasitəsilə əhalini
maarifləndirməkdir. Birliyin məqsədləri
sırasında Azərbaycanın
və xarici ölkələrin təhsil,
elm və mədəniyyət
müəssisələri, habelə
diplomatik missiyaların
və diasporun nümayəndələri ilə
əməkdaşlığa, istedadlı gənclərin
qurumun sıralarına
cəlb olunmasına,
regional və beynəlxalq
layihələrin həyata
keçirilməsinə xüsusi
yer ayrılır.
Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz
Abdullazadə Yunanıstanın
Avropa mədəniyyətinin
beşiyi olduğunu vurğulayıb, çalışdığı
bu təhsil ocağı, habelə Bakı haqqında kitabları səfirə hədiyyə edib.
Seminarda Yunanıstanın ölkəmizdəki
səfiri Dimitrios Tsounqasın "Yunanıstan
əsrlərin arxasından"
mövzusunda məruzəsi
dinlənilib. Diplomat təmsil
etdiyi ölkənin tarixi, mədəniyyəti,
müasir durumu haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra Yunanıstan bu ölkə ilə birbaşa diplomatik münasibətlər
qurub. Hər iki dövlətin
prezidentlərinin qarşılıqlı
səfərləri bu
əlaqələrin daha
da genişlənməsi
üçün əlverişli
imkanlar yaradıb.
Səfir diqqətə çatdırıb ki, Azərbaycanda "Arqo" yunan icması fəaliyyət göstərir. Bu ölkədə yaşayan yunanlar öz milli xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı Azərbaycan xalqının mədəniyyətinə də böyük maraq göstərirlər.
Seminarda "Yunan mentaliteti və yunan fəlsəfəsi", "Yunan mifologiyası və müasirlik", "Yunan mifologiyasında mənəviyyat məsələləri", "Azərbaycanda yunan diasporu" mövzularında məruzələr dinlənilib.
Tədbirdə mövzu ilə bağlı tətbiqi sənət əsərlərindən ibarət sərgi nümayiş olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 mart.-
S .7