Həqiqət və Rəzalət

 

Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Eduard Çeburdanidze müsahibinə sərt nəzər salaraq:

 

– Adını daşıdığınız Andranik Ozanyanın türk dünyasına qarşı məkrli xain hərəkətləri məgər birdir, beşdir?! Hansını deyim. Axırda da, daha doğrusu, 1917­ci ildə rus ordusunda fərarilik, hərc­mərclik başlayan kimi, orada da duruş gətirməyib və fürsəti fövtə vermədən Ermənistana üz tutub. Minlərlə ermənini tovlayıb ordu düzəldib. Sonra azərbaycanlılara qarşı hücuma başlayıb, yüzlərlə Azərbaycan kəndini məhv eləyib. Mənim elmi işim Qafqaz xalqlarının tarixi ilə əlaqəli olduğu üçün bir çox dəhşətli faktlar tapıb üzə çıxarmışam. Bayaq dediyimi bir də təkrar edirəm. Zəngəzur qəza rəisinin 1918­ci il 11 dekabr tarixli 185 nömrəli teleqramında göstərilir ki, Andranikin qonşu müsəlman kəndlərinə hücumu başlayıb. Onlar qadına, kişiyə, qocaya, cavana baxmır, hamısını vəhşicəsinə qətlə yetirir, meyitlərini eybəcər hala salırlar...

 

Eduard Çeburdanidze həyəcanlandığından bir qurtum su içib ikrahla başını buladı:

 

– Andranikin qoşunu növbəti hücumda belə bir plan cızır ki, Azərbaycanın Qarabağ camaatına divan tutsun, – sözünə davam etdi. – Ancaq Laçının Zabux dərəsində Sultan bəyin müdafiə dəstəsinin mühasirəsinə düşüb, ordusunu görünməmiş qırğına verib. Andranik sağ qalan bir neçə silahlı ilə suyu süzülmüş halda geri çəkilməyə məcbur olub.

 

Andranik Laçının, Zabuxun, Sultan bəyin adlarını eşidəndə hirsindən qədəhini konyakla doldurub heç bir sağlıq demədən başına çəkdi və doluxsunub xırıltılı bir səslə:

 

– Laçın döyüşü mənim ən ağrılı yerimdir, – deyib Eduardın sözünü kəsdi: – Bizim kəndin adamları ən çox orda qırılıb, – əlavə etdi. – Mıkırtıç, Sergey adlı iki qardaşım həmin döyüşdə həlak olub. Ermənistandan Qarabağa gedən yeganə magistral yol Zabux kəndinin yanından keçir. Hər dəfə o yerləri görəndə qəlbim qan ağlayır...

 

Eduard Çeburdanidze Laçın, Zabux, Sultan bəy məsələsində  Andranik Vazgenoviçi təbdən çıxartdı.  Onu yüzlərlə erməninin və ya müsəlmanın qanına qəltan olması yox, qardaşlarının ölümü kövrəltdi. Ona görə də Eduard müsahibinə üzrxahlıq etmək istədi:

 

– Bilsəydim, bu Zabux, Laçın, Sultan bəy söhbətini dilə gətirməzdim-dedi. İndi siz təsəvvür edin, milli qəhrəmanınız minlərlə mıkırtıçları, sergeyləri tovlayıb güdaza verib. Arvadları ərsiz, uşaqları yetim qoyub. Sizin qəhrəmanın axıtdığı göz yaşlarını bir məcraya yığmaq mümkün olsaydı, Kürdən dərin çay əmələ gələrdi. Qan tökmək! Göz yaşı axıtmaq! Kəndləri məzarlığa çevirmək... Bu cür insan qatillərini milli qəhrəman kimi mədh etmək, şəxsən mənə olduqca miskin təsir bağışlayır. Bütün bunları bilən bir şəxsi onun şərəfinə badə qaldırmağa sövq edirsiniz!! Açığı, sizin yerinizə xəcalət çəkirəm. Barı eybinizə kor olun.

 

Bu cür rəzalətləri açıb ağartmayın!

 

Andranik dillənmək istəyəndə Eduard əlinin hərəkəti ilə onu saxladı:

 

– İmkan verin sözümü tamamlayım, – dedi. – Sizin bilmədiyiniz hələ çox şey var. O vaxtlar Andranikin törətdiyi fitnə­fəsada görə türk ordusunun hücuma keçəcəyindən ehtiyat edən erməni hökuməti 31 avqust 1918­ci ildə Moskvaya, İstanbula, Berlinə söz verir ki, Andranik öz dəstəsi ilə Ermənistana ayaq bassa, elə həmin andaca həbs olunub hərbi tribunala veriləcək.

 

Eduard Çeburdanidze bunları danışıb yerində yırğalanaraq:

 

– Bax, belə­belə işlər, mənim din qardaşım, – dedi. – Andranikin axır­aqibəti də o oldu ki, qorxusundan başını götürüb Amerikaya qaçdı. Çünki nə Qafqazda, nə də ki türk dünyasında üz yeri qoymamışdı.

 

Onların qabaq­qənşər oturduğu yumşaq kupeyə ağır sükut çökdü. Yerevan­Moskva qatarı isə heç nəyin fərqinə varmadan fit verib ucsuz­bucaqsız rus çöllərində sürətlə irəliləyirdi. Dəmir relslərin üzərində diyirlənən təkərlərin səsindən başqa heç nə eşidilmirdi. Eduard Çeburdanidze ilə Andranik Vazgenoviç həmin qanlı­qadalı illərdə baş verən faciələri xatırlayırmış kimi sükuta dalmışdılar. Yarım litrlik konyak butulkası da son damlasına qədər içilib boşaldıldığına görə, sanki lazımsız şüşə kimi nə vaxt kupenin balaca pəncərəsindən çölə atılıb cilik­cilik olacağı anı gözləyirdi.

 

Andranikin xumarlanmış gözləri tez­tez yumulub­açılırdı və hiss olunurdu ki, yatmaq istəyir. Eduard Çeburdanidze qəddini düzəldib ayağa qalxdı və yuxarıdakı çamadanı açıb səliqə ilə qəzet kağızına bükdüyü bir şüşə konyakı çıxardıb ortalığa qoydu. Çamadanı örtmək istəyəndə içərisindəki kağız­kuğuzlarla dolu olan göy qovluq diqqətini cəlb etdi. Qovluqdakı kağızlarını ötəri vərəqləyəndə gözü bəzi qeydlərə sataşdı. O, çamadanı örtüb kupe yoldaşını dümsükləyərək ayıltdı. Andranik özünü cəmləşdirib qəddini düzəltdi və:

 

– Ara, Eduard, dediklərin bəsdir, qoy yataq. – Tənbəl­tənbəl azaylandı.

 

Eduard Çeburdanidze:

 

– Sizin üçün təzə konyak çıxartmışam, gərək içək, – dedi.

 

Andranik konyak sözünü eşidən kimi dirçəldi və şən əhvali­ruhiyyə ilə yaxasını düzəldib, qızarmış gözlərini konyak dolu şüşəyə zillədi. Eduard Çeburdanidze butulkanı aça­aça:

 

– Çamadanımdakı qovluğa baxanda yadıma nə düşsə yaxşıdır? – Öz­özünə sual verdi və allanmış sifətində kinayə dolaşdı: – Hələ bu harasıdır? Kremlin zirvəsində əyləşmiş ədalət keşikçilərindən biri olan Anastas Mikoyan deyir ki, Andranik dinindən, millətindən asılı olmayaraq, insanlara humanist münasibət göstərmişdi. O imkansızlara, məzlumlara, dinc sakinlərə qibtə doğuracaq qayğı bəsləmişdir. Azərbaycanda iki rayona adı qoyulmuş, neçə yerdə büstü ucaldılmış Stepan Şaumyan qeyd edir ki, “Andranik əfsanəvi xalq qəhrəmanı adını qazanıb”. Azərbaycan torpağında pərvazlanan marşal Baqramyan onu əsl xalq qəhrəmanı adlandırır. Onların dediklərini xatırlayanda, andraniklərin süngüsündə çapalayan körpə uşaqların məşum çığırtıları, nişanlı qızların, ağbirçək anaların, ərsiz gəlinlərin fəryadı gəlib gözlərimin önündə dayanır və özümdən asılı olmayaraq, yer üzünün əşrəfi dediyimiz insan xislətinə, daşıdığım insan adına nifrət eləyirəm. Mikoyanların, şaumyanların, baqramyanların həqiqətdən uzaq olan qatı millətçi ibarələri, qətlə yetirilən minlərlə günahsız insanların ruhunu təhqir etməkdən başqa bir şey deyil. Siz də bilərəkdən və ya bilməyərəkdən qatilə allı-güllü çiçəkdən qəhrəman donu biçib, onun şərəfinə badə qaldırmaq istəyirsiniz.

 

Eduard Çeburdanidze bu sözləri dedikcə müsahibi xəcalət çəkirmiş kimi başını aşağı salıb, oturduğu yerdə büzüşür, kiçilir və öz­özünə düşünürdü: “Pah, guya ki, xristiandır! Öz dinimizdəndir! Əbləhin bu dərəcədə türkpərəst olduğunu bilsəydim, onunla kəlmə kəsib danışmazdım”.

 

Andranik düşdüyü gülünc vəziyyətdən çıxmaq üçün nə etmək barədə fikirləşirdi. Əlacı olsaydı, qatarın sürətini yüz dəfə artırıb, bir göz qırpımında mənzilbaşına çatardı və Eduarda tüpürüb ondan biryolluq yaxa qurtarardı. Həm də xəyalından keçirdi ki, ilk adı olan Xaçaturu dəyişdirib Andranik qoymasında gorbagor olmuş atam necə də səhv edib.

 

Eduardın heç nədən çəkinmədən, onun üzünə dediyi açıq­saçıq sözlər Andraniki çaşdırmışdı. Andranikin qəlbində adını daşıdığı qəhrəmana qarşı getdikcə ikrah hissi yaranırdı. Lakin bu ötəri hisslər Ermənistan  tərəfdən əsən millətçilik küləyinə qərq olur və yenə də öz əqidəsində qalıb, pişik kimi kürəyini yerə vurmaq istəmirdi. Eduard ona mane olmasaydı, saxta erməni tarixçilərinin uydurduğu kimi, humanistliyi, insanpərvərliyi, qəhrəmanlığı erməni daşnaklarının qəlbində heykəlləşmiş Andranik Ozanyanın şərəfinə yenə də badə qaldırıb, bayraq ucaldardı. Andranik Vazgenoviç başını qaldırıb Eduardın üzünə baxdı və nə isə demək istədi. Eduard isə əlinin hərəkəti ilə ona imkan vermədi:

 

– Bir­iki sözüm də var. İcazə ver, onu da deyim, sonra növbə sizindir, mənim din qardaşım. – O, bu sözü kinayə ilə dedi və sola çevrilərək:

 

– Xahiş edirəm, pəncərədən çölə baxın. Yerdən ruzi çıxartmaq üçün traktorlar torpağın altını üstünə çevirir. Ucsuz­bucaqsız düzlərdə cərgələnən elektrik dirəkləri ilə şəhər və kəndlərə nur paylanır. Əyləşdiyimiz qatar canlı məxluq kimi tövşüyə­tövşüyə bizi mənzilbaşına çatdırmağa tələsir... Dərin­dərin dəryalarda üzən gəmilər, səmanın ənginliklərində uçan təyyarələr, rahat yollarda şütüyən avtomaşınlar, daha nələr, nələr... Bütün bunları icad eləyib yaradanları yer adlı məkanın əfsanəvi, yenilməz qəhrəmanları hesab edirəm. Məlum məsələdir ki, heyvanların başına bıçaq çəkənlərə qəssab, insanları qətlə yetirənlərə cəllad deyirik. Qulağını aç, yaxşı­yaxşı eşit. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, Tanrının xəlq etdiyi bəndələrə göz yaşları yox, sevinc bəxş etməyi özünə şərəf bilənlər tarixin qızıl səhifələrində əbədiləşir, bütün məxluqatın qəlbində heykəlləşirlər. Fitnə­fəsad törədənlərin yalnız bir mükafatı var – o da nifrət və lənətdir!

 

Eduard Çeburdanidze amansız bir qəzəblə bunları deyib tarıma çəkilmiş əsəblərini sakitləşdirmək üçün heç bir sağlıq demədən əlindəki qədəhi başına çəkdi və:

 

– Mənim hörmətli din qardaşım, sizin Andranik, Hamazas, Nijdeh, Dro, Mikoyan, Şaumyan kimi “ağıllılarınız” artıq öz millətinə belə bir bədnam “mükafatı” qazandırıblar. İndi sizdən soruşuram, deyin görüm, “Qabusnamə” əsərini oxumusunuzmu?

 

– Xeyr. Belə bir kitabın adını ilk dəfədir eşidirəm, – Andranik cavab verdi.

 

– “Qabusnamə” on birinci əsrdə yazılıb.fars nəsrinin qiymətli nümunələrindən biri sayılan nadir əsərdir. Orada ermənilər barədə deyilənləri açıb danışmağa dilim gəlmir. Desəm, özünüzü qatardan atarsınız. Ermənilər barədə belə bir qanqaraldıcı fikrin formalaşmasının günahkarı kimdir?! Xəstə təfəkkürlü erməni ziyalılarının qatı millətçilik xisləti. Erməni xalqı həmişə öz başıbəlalı başbilənlərinin əzabını çəkib və bundan sonra da çəkəcək. Siz isə bəşər övladına xas olmayan xilqətinizlə fəxr edirsiniz. Mən buna milli faciə, milli bədbəxtçilik kimi baxıram.

 

– “Qabusnamə”di­nədi, orada ermənilər barədə nə yazılıb? – Andranik dərin bir maraqla soruşdu.

 

– Sizin barənizdə yaxşıdan başqa nə desən.

 

– Məsələn.

 

– Siz məni məcbur etməyin, çünki verəcəyim cavab çətin ki, kupe yoldaşımda nikbinlik yaratsın, – Eduard Çeburdanidze daha da qəzəbləndi.

 

Andranik:

 

– Onda uydurma danışırsınız, – dedi. – On birinci əsr hara, ermənilər hara?!

 

Eduard Çeburdanidze:

 

– Əzizim, xahiş edirəm, gəl bu söhbətə nöqtə qoyaq. İstəyirsinizsə, aramızda qanqaraçılıq olmasın, bu “Qabusnamə” məsələsini açıb­ağartmayaq. Ayrı söhbətə keçək.

 

– Yox! Mən bunu bilmək istəyirəm. – Andranik əlini kupenin balaca stoluna vurub Eduardı təbdən çıxartdı:

 

– Bir halda ki, təkid edirsən, qoy deyim. – Eduard sözünə davam etdi. – “Qabusnamə”də yazılıb ki, ermənilər vəfasız, riyakar, ürəyi xıltlı, yersiz hay­küy salan, gözü götürməyən, oğru məxluqdur. Mən “Qabusnamə”də bunları oxuyanda, düzü, din qardaşlarımın əvəzinə xəcalət çəkdim. Ancaq nə etməli?! Neçə əsr bundan əvvəl barənizdə yazılan eyiblərinizdən hələ də nəticə çıxartmamısınız. Bir az da üstünə qoymusunuz. Ermənilərin qatı millətçiləri nə özlərinə hörmət qoyur, nə də ki, xalqına.

 

Eduard Çeburdanidze təəccüb və təəssüf mənasında başını yırğalayaraq sözünə dəvam etdi:

 

– Ütük ermənilər “Qabusnamə”də onların ünvanına deyilənnifrətamiz fikirləri ört­basdır etmək üçün dəridən­dırnaqdan çıxırlar. Cürbəcür yollar axtarırlar ki, əsərin tərcümələrində ermənilər haqqında deyilənlər əsas mətndən çıxarılsın. Düzdür, buna müəyyən qədər nail olublar. Böyük şərqşünas akademik Bertelsin rus dilinə tərcüməsində həmin bədnam mətləb ixtisar olunub. Ancaq cidanı çuvalda gizlətmək olmaz. Siz çalışın ki, bu qara ləkə “Qabusnamə”dən və yaxud başqa əsərlərdən yox, xəbis ermənilərin məkrli xislətindən silinsin.

 

(Ardı var)

525-ci qəzet.-2015.-14 mart.-S.22.