Fəxrəddin Teyyubun
şeirləri
Fəxrəddin TEYYUB
Xalq yazıçısı Anara
Üzümə yad baxıb həyat həmişə,
Kitabam, qoyublar
kənara məni.
Bir adam gəzirəm,
qabağa düşə,
Aparıb tanıda Anara məni.
Deyə,
bu yetim də söz adamıdı,
Kövrək təbiəti, saf ürəyi var.
Dünyanın sözünə düz
adamıdı,
Süfrəsində halal duz-çörəyi
var.
Sonra da tanıya özümə görə,
Yaxın,
doğma bilə, dost saya bir gün.
Böyük xətir qoya sözümə görə,
Apara özüylə
Göyçaya bir gün.
Ora – ata yurdu Rəsul
Rzanın,
Ora – son
mənzili Əli Kərimin...
Nisgili çox olar şeir yazanın:
Gözlərim qurumur, qəlbim kirimir.
Ötən hər anımı
dərd edirəm mən,
Zaman pərvazlanır,
uçur ömür-gün.
Gecə
də, gündüz də yol gedirəm
mən,
Sözün dərgahına yetişmək
üçün.
SÖZ
Ürəklərə yatırsa,
Ünvanına çatırsa,
Əllərimdən tutursa,
Dayı, əmidi mənə.
Sərin
sudu, içirəm,
Dar cığırdı, keçirəm,
Təb gələndə biçirəm
–
Qızıl zəmidi mənə.
Könlümün nidasıdı,
Nazıdı, ədasıdı.
Ruhumun qidasıdı,
Sarı simimdi mənə.
Bir alınmaz qaladı,
Duyğumla qol-qoladı.
Elə bil ki, baladı
–
Övlad kimidi mənə.
AĞACLAR
ÜŞÜYÜR
Ağaclar üşüyür sərt havalarda,
Çəkir xiffətini gələn baharın.
Yarpaqlar
darıxır boş yuvalarda,
Uçurlar dalınca qaranquşların.
Ürək çəkə bilmir
hər dərdi-səri,
Sinəmə bir aləm düşüb
qəm indi.
Bu incə, bu zərif
budaq əlləri,
Gərək nəfəsimlə isidəm
indi.
Nə vaxtdır, təbiət bahara möhtac:
Gah külək,
gah da ki
qışın qarı
var.
Bir yetim uşaqdı hər çılpaq ağac –
Nə geyindirəni,
nə paltarı var.
ÜMİD
PAYLAYIRAM...
Günahın yoxdursa, başını
əymə,
İşini bilənə tənə yaraşmır.
Zövqü olmayanın xətrinə
dəymə,
Demə ki, bu paltar
sənə yaraşmır.
Təpəyə: “Zirvəsən” – deyirəm
bəzən,
Yamac inciyəndə deyirəm:
“Dağsan!”
Gözündə həyatın işığı
sönən
Xəstəyə deyirəm: “Sağalacaqsan!”
İçimdə ölçü var,
məhək daşı
var,
Çatır harayıma, düşsəm
dara mən.
İşimin nə adı, nə maaşı var:
Ümid paylayıram adamlara mən.
ARX
Bir müqəddəs sirrə
dönüb,
Göyə dönüb, yerə dönüb.
Gözlərimdə pirə dönüb,
Hamı gəlsin ziyarətə.
Şırıltısı layla-layla,
Tükənməzdir suyu – payla.
Dostu, yadı çağır,
hayla,
Hamı gəlsin ziyarətə.
Möcüzədi, sehrdi bu,
Arx deyil ki, nəhrdi bu.
Bir ilahi möhürdü bu,
Hamı gəlsin ziyarətə.
TANIMADI
Sinəsinə baş qoyduğum,
Hasarına daş qoyduğum,
Ağacında quş qovduğum,
Bağlar məni tanımadı.
Kimi zəmi biçib gedib,
Kimi cığır
keçib gedib.
Yaşıdlarım köçüb
gedib,
Sağlar məni tanımadı.
Bulaq güldü: “Di yan, alış!”
Cığır oldu bircə qarış.
Meşə dedi: “Səsin tanış...”
Dağlar məni tanımadı.
GÖYƏRƏR
Bir damlanı göl eylə,
Bağ-bağçanı gül eylə.
Yaxşılığı bol eylə,
Qalsa bir iz – göyərər.
Üzlər dönsə, nə
dərdin,
Dostlar gensə,
nə dərdin.
Ocaq sönsə, nə dərdin:
Kül altda köz göyərər.
Nə gərəkdi
şairə?!
Könlünü ver şeirə.
Ürəyin düşsə yerə,
Torpaqda söz göyərər.
DEDİM
– DEDİN
Dedim: “İlk eşqimin gül qönçəsisən”,
Dedin: “Gül olaram, gələndə bahar”.
Dedim: “Sən qızların ən incəsisən”,
Dedin:
“Eh, məndən də
incələri var”.
Dedim: “Bir qərar ver, keçir qış, bahar”,
Dedin: “Ürəyimə hakim deyiləm”.
Dedim: “Qəlbimə bax, yaraları var”,
Dedin: “Neyləyim ki, həkim deyiləm”.
Dedin: “Dilim mənim zəhərdir, inan”,
Dedim: “Dodağında qaymaq görmüşəm”.
Dedin: “Məhəbbətlə iş
bitmir, oğlan,
Axı şalvarında
yamaq görmüşəm”.
OLMAYIB
Bu dünyaya imtahana gəlmişik,
Hələ “Əla” alanımız olmayıb.
Adəm,
Həvva verib bizi güdaza,
Bizə qalsa, yalanımız olmayıb.
Rahat olur insan düz
yol seçəndə,
Nə aparır
bu dünyadan köçəndə?!
Lap suyu da üfürürük
içəndə,
Töhmətimiz-filanımız olmayıb.
Kimik, nəyik – nə bilirik, a Tanrım,
Nə tapdıq
ki, nə bölürük, a Tanrım.
Dərgahına yol gəlirik, a
Tanrım,
Bu cərgədən qalanımız
olmayıb.
BİRİNDƏ
Bir çiynim yüngüldü,
bir çiynim ağır,
Günah birindədir, savab birində.
Görən hansı işi
düz görməmişəm,
Sual birindədir,
cavab birində.
Arada qalıbdır, neyləsin
ürək,
Bu ona arxadır,
o buna söykək.
Sol çiynim fağırdı,
sağ çiynim zirək,
İştah birindədir, hesab birində.
Çətin çörək tapa
yolunu azan,
Başdan belə yazıb o tale yazan.
Biri tərəzidi, o biri mizan,
Sevinc birindədi,
əzab birində.
QARDAŞLARIMA
Bu sərsəm dünyada məni tək qoyub,
Mənim əzizlərim, hara köçdünüz?
Sizdən
nə ürəyim, nə gözüm doyub,
Vurdunuz qəlbimə
yara, köçdünüz.
Bir nəslin gur yanan ocağı söndü,
Əcəl badəsini içib getdiniz.
Ömrünüz qaranquş ömrünə
döndü,
Hər payız
biriniz köçüb
getdiniz.
Duyğular geyinib qəm paltarını,
Bəyaz arzularım qaralıb daha.
Mənim
ümidimin bağçalarını,
Boran vurub daha, qar alıb
daha.
Nə təmkin qalıbdı, nə də ki səbir,
Yoxsunuz, bu dünya başıma dardı.
Yan-yana düzülmüş
doğma dörd qəbir,
Mənim şeirimdə şah misralardı.
İNCİDİM
Gözüm yoxdu parıltında,
Bəsim idi qaraltın da.
Qoydun məni
qar altında.
Səndən incidim, incidim.
Hər bir dərdə dözür adam,
Dərd
ümmandı, üzür
adam.
Uman yerdən küsür adam,
Səndən incidim, incidim.
Dost qeydinə qalan ürək,
Bərbad ürək, talan ürək.
Məni
dərdə salan ürək,
Səndən incidim, incidim.
Niyə
qıymaz oldun, atam,
Nəyim var ki, nəyi
satam.
Məni
Tanrım qoymaz batam,
Səndən incidim, incidim.
VAR OL...
Günahdı – günümü qara
istəsəm,
Əllərim çatacaq vara, istəsəm.
Gedirəm, gəlirəm hara
istəsəm,
Aparan, gətirən
ayağım, var ol.
Bəzən sevincimi qəmə
qatmışam,
Bəzən də bağçamda gülə batmışam.
Gecələr asudə, rahat yatmışam,
Mənə keşik çəkən
oyağım, var ol.
Duanı
quş olub uçan görmüşəm,
Çox bağlı könüllər
açan görmüşəm.
Bəndəni dar gündə
qaçan görmüşəm,
Sənsən, ulu Tanrı, dayağım, var ol.
XOŞUMA
GƏLMİR
Bulaq olub axmıram,
Günəş kimi çıxmıram.
Nə çox güzgü... baxmıram –
Üzüm xoşuma gəlmir.
Qəm-kədər qucaq-qucaq,
Üzüm güləcək haçaq?
Alışmır,
sönür
ocaq,
Közüm xoşuma gəlmir.
Gördüm azı, çoxu
da,
Gördüm acı, toxu da.
Səbrim
dərin yuxuda,
Dözüm xoşuma gəlmir.
Şivi
budaq görürəm,
Təpəni dağ görürəm,
Qaranı
ağ görürəm,
Gözüm xoşuma gəlmir.
525.-2015.-14 mart.-S.29.