"Yazıçı"nın yeni sayı Anara həsr olunub

 

 

"Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı"nın mart sayı Xalq yazıçısı Anara həsr olunub. Nəşrin ilk səhifələrində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Əbülfəz Elçibəyin yazıçıya təbrik məktubları yer alıb.

 

Daha sonra Rəsul Rzanın, Nigar Rəfibəylinin Anara həsr olunmuş şeirləri, yazıçının bacılarının onun haqqında sözləri, fikirləri, ailə üzvlərinin - həyat yoldaşı, musiqişünas-alim, AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın "Məhəbbətin yaşı", qızı Günel Anarqızının "Nöqtələr", oğlu Turalın "Atam Anar" esselərindən parçalar oxuculara təqdim olunur.

 

"Yazıçı"da Anar yaradıcılığı haqda ölkədən kənarda çap olunmuş müxtəlif müəlliflərin - Türkiyədən İrfan Ülkü, Atilla İlhan, Əli Yavuz Akpınar, Orxan Pamuk, Oktay Akbal, Rusiyadan Lev Anninski, Larisa İvanova, Almaniyadan Friderike Buxner başqa xarici tənqidçilərin yazılarından parçalar verilib. Eyni zamanda Azərbaycan ədəbiyyatşünas-tənqidçiləri Həmid Araslının, Məmməd Cəfərin, Akif Hüseynovun, İsa Həbibbəylinin, Vilayət Quliyevin, Tofiq Məliklinin, Nizami Cəfərovun, Vaqif Yusiflinin, Cavanşir Yusiflinin yazıçı haqqında məqalələrindən bəzi abzaslar dərgidə yer alıb.  Xalq yazıçısı Elçinin, Xalq şairi Sabir Rüstəmxanlının, yazıçı Əjdər Olun, şair Xəlil Rza Ulutürkün, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin, yazıçı Elçin Hüseynbəylinin, şair Səlim Babullaoğlunun Anar haqqında müxtəlif vaxtlarda mətbuat səhifələrində yayımlanmış yazılarından, müsahibələrindən müəyyən məqamlar da nəşrdə işıqlandırılıb.

 

Gənc nəslin nümayəndələrindən Pərvinin Fərid Hüseynin yazıçı haqqında düşüncələri buraxılışda yer alıb.

 

"Yazıçı"nın bu sayı Anara aid dostluq şarjları ilə yekunlaşır.

 

NƏZRİN

525-ci q?zet.- 2015.- 3 mart.- S 7