Moldovada Azərbaycan mədəniyyəti ilə bağlı tədbir keçirilib

 

Kişineu şəhərində UNESCO üzrə Azərbaycan Moldova respublikalarının Milli Komissiyaları tərəfindən Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə həyata keçirilən "Bir-birimizi duyaq dinləyək" layihəsinin nəticələri ilə bağlı Azərbaycana həsr olunan tədbir keçirilib.

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından "Azərtac"a bildiriblər ki, tədbir çərçivəsində Azərbaycan xalq nağıllarına moldovalı uşaqların çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil olunub, həmçinin Moldovanın dövlət dilində "Azərbaycan nağılları moldovalı uşaqların gözü ilə" kitabının təqdimat mərasimi keçirilib.

 

Layihə 2014-cü ildən UNESCO üzrə Azərbaycan Moldova respublikalarının Milli Komissiyaları Azərbaycanın Moldovadakı səfirliyinin iştirakı ilə baş tutub. Məqsəd Azərbaycan incəsənəti milli mənəvi dəyərlərinin təbliğ olunması, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, eləcə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.

 

Moldovanın mədəniyyət turizm naziri Monika Babuk layihənin əhəmiyyətindən, Moldova-Azərbaycan münasibətlərinə, xalqlarımız arasında olan dostluq əlaqələrinin möhkəmləndirilməsinə təsirindən danışıb.

 

Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və UNESCO üzrə Moldova Milli Komissiyasının baş katibi Konstantik Rusnak tədbirdə çıxış edərək iştirakçılara həyata keçirilən layihə haqqında geniş məlumat veriblər. Onlar layihənin Azərbaycan-Moldova münasibətlərinin inkişafına dəstək verdiyini və gələcək əməkdaşlıqlar üçün stimul yaratdığını vurğulayıblar.

 

Tədbirdə, həmçinin UNESCO üzrə Moldova Milli Komissiyasının baş katibinin müavini Luminiça Drumya, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov, "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Azərbaycan Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edib. Tədbir çərçivəsində qonaqlar UNESCO-nun əhatə etdiyi müxtəlif istiqamətlər üzrə bir sıra ikitərəfli görüşlər də keçiriblər.

 

UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə daxil olan Moldovanın 8 lisey, gimnaziya və məktəblərinin yer aldığı tədbirdə 500-ə yaxın məktəbli iştirak edib. Şagirdlər tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və təbiəti ilə bağlı müxtəlif teatr tamaşaları nümayiş etdirilib. Layihədə fərqlənən məktəblərə və şagirdlərə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından müxtəlif hədiyyələr təqdim olunub. Həmçinin UNESCO üzrə Moldova Milli Komissiyası tərəfindən səfir N.Əliyev "Moldova və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və UNESCO ideyalarının təşviq edilməsində böyük töhfələrinə görə" medalı ilə təltif edilib.

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi G.Əfəndiyeva və səfir N.Əliyev Moldova dövlət televiziyasının qonağı olub, tədbirin əhəmiyyəti və Azərbaycan-Moldova münasibətlərindən danışıblar.

 

 

 

 

 

 

525-ci qəzet.- 2015.- 17 mart.- S .7.