ABŞ hindularının
"Oklahoma Fancy Dancers" qrupu Naxçıvanda konsert verib
Naxçıvan şəhərindəki "Gənclik"
Mərkəzində Amerika
Birləşmiş Ştatlarının
Azərbaycandakı səfirliyinin
təşəbbüsü ilə aborigen amerikalıların - hinduların
rəqs ənənələrini
nümayiş etdirən
"Oklahoma Fancy Dancers" qrupunun konsert proqramı təşkil olunub.
ABŞ səfirliyinin təhsil
və mədəniyyət
attaşesi Kelli Cullum tamaşaçıları salamlayaraq
qədim tarixə malik Naxçıvan şəhərində olmaqdan
məmnunluğunu bildirdi. Qeyd etdi
ki, bugünkü konsert proqramı Azərbaycanda keçirilən
"Amerika günləri"
festivalı çərçivəsində
təşkil olunub.
Bu kimi tədbirlər
Azərbaycan ilə
ABŞ arasında mədəni
əlaqələrin güclənməsinə
xidmət edəcək.
"Oklahoma Fancy Dancers" truppasının
nümayiş etdirdiyi
maraqlı konsert proqramı tamaşaçılarda
xoş təəssüratlar
oyatdı.
Qeyd edək
ki, yerli Amerika rəqslərinin peşəkar və tanınan ifaçılarından
ibarət olan
"Oklahoma Fancy Dancers" truppasının
üzvləri qədim
hindulara xas kahin rəqslərinin mahir ifaçılarıdır. Rəqqasların hamısı rəsmi qeydə alınan qəbilələrin üzvləridir.
Hər bir rəqqasın geyindiyi ənənəvi,
mötəbər mərasim
paltarları və əşyaları al-əlvan
rənglərlə boyanıb
və onlar rəqqasın məxsus olduğu və ifa etdiyi rəqsi
tərənnüm edir.
Ənənəvi olaraq bu qrupun ifası mahnı, musiqi və rəqslə müşayiət olunan bir hekayənin canlandırılması səhnəcikləri
üzərində qurulur.
İfalarında maarifləndirici elementlərdən
istifadə edən
"Oklahoma Fancy Dancers" truppası müxtəlif vaxtlarda dünyanın bir sıra ölkələrinə
səfərlər edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 17 mart.- S7