Gürcüstan nümayəndələri
Azərbaycan Milli Kitabxanasında
Gürcüstan Milli Parlament Kitabxanasının direktoru
Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili mart ayının 17-də Azərbaycan
Milli Kitabxanasında olublar.
Qonaqların direktor Kərim
Tahirovla görüşündə
Georgi Kekelidze son bir il ərzində Gürcüstan
Milli Parlament Kitabxanasında baş verən yeniliklərdən
danışaraq deyib ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir.
Görüşdə məqsəd Azərbaycan Milli Kitabxanası və Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış əməkdaşlıq
haqqında Memorandumun şərtlərinə müvafiq
olaraq elektron kitab mübadiləsinin həyata keçirilməsidir. Bu mübadilə hər iki ölkənin milli kitabxanalarının fondunun zənginləşməsinə
səbəb olacaq, kitabların təkrar surətinin çəkilməsinin,
vaxt və əmək itkisinin, əlavə maddi xərclərin qarşısını
alacaq.
Söhbət əsnasında Memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi
üçün qarşılıqlı
razılaşma əsasında
Müqavilə hazırlanması
və Tbilisidə imzalanması qərara alınıb.
525-ci qəzet.-
2015.- 18 mart.- S 7.