Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yerirolu

 

 

(Əvvəli 14 mart sayımızda)

 

Kiş kəndi Şəkinin qədim tarixə malik kəndlərindən biridir.  Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd qədim yaşayış məntəqələrindəndir. Alban tarixcisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqribən 74-cü ildə Uti vilayətinin Kiş kəndinə gələrək kilsə tikib. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilib. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər qeydə alınıb.

 

Kiş kəndində tapılan qədim əşyalar, həm son dövrlərdə Azərbaycan - Norveç arxeoloqlarının Şəkinin Kiş kəndində apardıqları qazıntılar sübut edib ki, albanlar xristianlığı ermənilərdən çox-çox əvvəl, Suriya Fələstindən gəlmiş missionerlərin təsiri ilə qəbul ediblər. Kəndin çay kənarında yerləşməsi onun qədim insan məskənlərindən birinə malik olmasına əyani bir sübutdur. Qaya daşlarında daşlaşan yosun balıq qalıqlarının tapılması buranın arxeoloqlar tərəfindən hələ tam araşdırılmadığına işarədir. Tarixi hələ tam arşdırılmayan kənd qədim toponim abidələrlə zəngindir. "Kiş"- Əfqanıstan İraqda bu növ adlara rast gəlinir, hələ qədim dövrdə eradan əvvəl mesapatomiya ərazisində Kiş adlı şəhər dövlətə rast gəlinir.

 

"Tamerlan talası" - Teymurləngin hücumları zamanı bu ərazilərdən keçməsinin sübutudur. Kiş çayının "Tamarçin" qolu - daha çox monqol hökmdarı Çingiz xanın (Temuçin) adı ilə bağlı toponimdir. "Xan yaylağı" "Xan talası"- xanlıqlar dövründə xanların istirahət yerlərindən olub. Təsadüfi deyil ki, bu kəndin hazırkı məhəllə adları qədimi toponimlərdən ibarətdir. "Maaflar" məhəlləsi ( bütün vergilərdən azad olan, lakin buna görə dövlət sərhədlərini, dinc vaxt asayişi qoruyan təbəqənin adı), "Duluzlar" məhəlləsi (dulusçuların qədimi məhəllələrindən biri buradakı sənətkarlar dulusçuluqla məşğul olurdular) s. bu kənddə yerləşir. İndi Duluzlar məhəlləsində qazıntılar zamanı qədimi saxsı qablara digər tapıntılara rast gəlinir. Kiş kəndində dörd qala kompleksi mövcuddur: üçü işarə, biri isə müdafiə xarakterlidir.

 

İşarəverici qalalar "Salayuşağı"məhəlləsində, "Maaflar məhəlləsi"ndə "Duluzlar məhəlləsi"ndə yerləşir.

 

"Gələsən-Görəsən" qalası ("Gəl - Gör - Get qalası "mağaralıq " deyilən yer , heç şübhəsiz bu ölkədə (Şəkidə) idi. Əmir Teymurun Şəkiyə hücumlarından bəhs edilərkən, Şəki diyarının o vaxtkı tarixi coğrafiyasına dair az-çox məlumat verilib. İbn Ərəbşahın "Əcaibül-məqdur fi nəvaib timur" əsərində isə Gəl-Gör-Get qalası "mağaralıq"dan söhbət gedir ki, heç şübhəsiz, onların da hər ikisi bu ölkədə idi birincisi Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi "Gələsən-Görəsən" adı ilə tanınan qaladır!", yəni elə həmin ərazidə yerləşən indiki məşhur Gələsən-Görəsən qalası) müdafiə xarakterli olmuşdur. Digər mənbələrdə isə Nadir şahın hücümu zamanı qalanın müdafiəsini sarsıtmaq mümkün olmadığından Nadir şah əli boş İrana qayıdır. Ondan soruşanda ki, "Nəyə görə qalanı ala bimədin?" Cavabında: "Gələrsən, görərsən!"- demişdir. Həmin qaladan xan sarayına tunel olduğu güman edilir. Qala nadır arxitektura quruluşuna malikdir. Hündürlükdə qayanın üstündə tikilən qalanın, üstündən neçə əsr keçdiyinə baxmayaraq, divarları möhkəm halda qalıb.

 

Mənbələrdə əsasının IV əsrdə qoyulduğu ehtimal olunan Alban kilsəsi əvvəl tanrıçılıq məbədi kimi fəaliyyət göstərdiyi, lakin sonra Albaniyada xristianlığın yayıldığı dövrdə xristian kilsəsi kimi fəaliyyət göstərdiyi qeyd edilir. Cənubi Qafqaz üzrə ən böyük dini mərkəzlərdən sayılırdı. Kilsə daxilində qazıntılar zamanı çoxlu qəbirlər aşkar edilmişdir. Gürcü mənbələrinə görə Kiş kəndinin əhalisi təxminən 10-cu əsrdə xristianlığı qəbul edib. Buradakı kilsədə ətraf ərazilərin yepiskopu fəaliyyət göstərirdi. Kəndin əhalisi 1720-ci illərdə İslamı qəbul edib, lakin Rusiya imperiyası bu əraziləri işğal etdikdən sonra burada aktiv olaraq xristianlaşdırma siyasəti apararaq kəndlilərin bəzisini yenidən xristianlığa qaytara bilib. Buna baxmayaraq kəndin əhalisinin əksəriyyəti müsəlmandır. Kənddə çoxlu sayda qədim tikililər mövcuddur. Kiş məbədi məşhur qədim tikililərdən biridir.

 

Zaqafqaziyada ilk apostol kilsəsi hesab olunur.

 

Təxminən XII əsrə aid edilən Gələsən-Görəsən qalasını kişlilər Qız, gah da Qızlar qalası adlandırırlar. Qız "alınmazlıq" "məğlubedilməzlik" anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala "Qızlar" adı ilə deyil, "Gələsən-Görəsən" adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə "Gələsən-Görəsən" adının Qızlar qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm Qızlar qalasında müdafiə olunduqlarını hər iki mənbə aydın şəkildə təsdiq etməkdədir.

 

"Gələsən-Görəsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır.

 

Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü adlanır. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir.

 

Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunub Kiş qalası alındığı zaman qaçmağa cəhd edib şahın adamları tərəfindən qətlə yetirilib. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu. Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparmış ona sərt müqavimət göstəriblər.  "Gələsən-Görəsən" adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş.

 

Bir dəfə Nadir şah özü danışığa girirsoruşur: "O necə qaladır ki onu almaq olmur?". Ona cavab verirlər: "Gələrsən-Görərsən". Elə o vaxtdan qala belə adlanır.

 

Şəkidəki Xan sarayı şəhərində yerləşən əsas tarixi sənət əsərlərindən biri hesab olunur. Dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana" adlanıb. Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən burada şəhər məhkəməsi (rus. qorodskoy sud) yerləşdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.

 

Şəkidəki Ömər Əfəndi məscidi Ömər Əfəndi tərəfindən XVIII-XIX əsrlərdə inşa edilmiş dini abidədir.

 

Məscidin fasadı bişmiş kərpic naxışları ilə diqqəti cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic və daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayır. Binanın tikintisi özünəməxsusluğuna, bədii ifadəliyinə görə Şəki memarlığı ruhunda yerinə yetirilib. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq və qabiliyyətlərini özündə əks etdirir. İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənib.

 

Məscidin həyətində hovuz yerləşir. Məscidin həyətindəki hovuzun suyundan dəstəmaz almaq üçün istifadə olunur.

 

(Ardı var)

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 18 mart.- S 6.