TÜRKSOY - türk dünyasının UNESCO-su

 

TÜRKSOYLU JURNALİSTLƏRİ MÜKAFATLANDIRMA TƏDBİRLƏRİ BUNU BİR DAHA SÜBUT EDİR

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondundan aldığım xoş xəbər məni az qala uşaq kimi sevindirdi: TÜRKSOY-un (Uluslararası Türk Mədəniyyət Təşkilatı) baş katibi Düsen Kaseinovun imzası ilə göndərilən məktubda "TÜRKSOY-un Mətbuat Mükafatı"na layiq görülənlər sırasında mən var idim. Eyni zamanda məktubda o da bildirilirdi ki, "TÜRKSOY-un Mətbuat Mükafatı"na layiq görülən media nümayəndələri onlar üçün hazırlanmış bir həftəlik xüsusi proqramda iştirak üçün Türkiyəyə dəvət olunur bütün xərclər TÜRKSOY təşkilatı tərəfindən ödənilir.

 

Bakıdan qarlı-boranlı bir gündə çıxsaq da, İstanbul bizi təkcə mənəvi istiliyi ilə yox, həm ilıq ab-havası ilə qarşıladı. Bəzi yerlərdə təmizlik işlərindən sonra qalan diqqəti cəlb edən qar yığnaqları bir-iki gün öncə televizor ekranlarında gördüyümüz qarlı-çovğunlu İstanbulu yenidən xatırlatdı. Amma qış günəşinin o qədər isti olmayan hərarətində belə qorxan qar-boran sanki canını qurtarmaq üçün son mübarizəsini aparmaqda idi.  Ankarada isə hələ sazaqlar vardı. Bütün hallarda bu soyuqlar da Bakıda hərdənbir gördüyümüz, amma bu dəfə bizi Heydər Əliyev adına Beynəlxalq Hava limanından az qala doğmalarımız qədər isti, amma "qarla yola salan" havadan sonra heç eynimizə deyildi.

 

Ankaranın "İlci" otelində bizi qonaqpərvərliklə qarşılayan insanlarla ilk tanışlıqlarımız başladı. Qarşılanma mərasiminə TÜRKSOY-un  Azərbaycan nümayəndəsi Elçin Qafarlı xanımı ilə gəlmişdi. Türkiyə Cümhuriyyəti  Baş nazirlik Mətbuat, Nəşr   İnformasiya İdarəsi rəisinin müavini, məsul əməkdaşı Mahmut Buğra Doğan TÜRKSOY-un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səlim bəy jurnalist heyətini qarşılayanlar sırasında idilər. Elə ilk tanışlıqdanca onların yaratdığı diqqət qayğı hər kəsdə səmimi bir fikir yaratdı: sanki bu adamları illərdir tanıyırsan, illərlə tanıdığımız doğmalardan biridir onlar...  yaxşı ki, tədbirlərin sonuna kimi bu qənaət bizi tərk etmədi, əksinə bir az da möhkəmləndi artdı.

 

Bu sıraya dağıstanlı həmkarımız, "Yoldaş kumuk" milli qəzetinin redaktoru Kamil Əliyevin, Başqırt Dövlət Televiziyasının "Başinform" Xəbər Agentliyinin əməkdaşları Gülnaz Yaqubovanın Leyla İsmuratovanın, Kipr Türk Cümhuriyyətindən qəzetci dostlarımız Məhəmməd Moreket Əhməd Tolgayın, Türkiyədən  "360 TV"-nin yayın rəhbəri Çingiz Özdemirin, Trabzonun "Taka"  bölgə qəzetinin baş redaktor müavini  Yusuf  Turgutun, Qırğızıstan  televiziyasının redaktoru  Aynura Aldaşevanın, Tatarıstandan "TATMEDIA" Dövlət Xəbər "Tatar-Inform" Agentliklərinin əməkdaşları  Rimzil Valeevin, Liutciia Kamalovanın, Hakasiyadan (RF) "Şəms" qəzetinin köşə yazarı Olga Zernakovanın başqalarının da  adları əlavə olundu. Beləliklə, 10 türkdilli ölkədən seçilmış 18 media mənsubunu böyük Türkiyə qayğı məhəbbətlə bağrına basdı. Proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Makedoniya, Başqırdıstan, Dağıstan, Hakasya Tatarıstandan gələn mətbuat mənsubları 22-28 fevral 2015 tarixləri arasında Ankara, İstanbul Kapadokyanı ziyarət etdilər.

 

Jurnalist heyəti ilk olaraq Ankarada görüşlərə qatıldı. Ankara proqramı çərçivəsində TÜRKSOY-da, Türkiyə Cümhuriyyəti Baş Nazirliyi Mətbuat, Nəşr İnformasiya Müdirliyi, Baş nazirlik Yurtdışı Türklər Qohum Topluluklar Nazirliyi, Baş Nazirlik Türk Əməkdaşlıq Koordinasiya Agentliyi Nazirliyi (TİKA), Türkiyə Radio Televiziya Təşkilatı (TRT), Baş Nazirlik Afet Təcili Yardım Rəhbərliyi Başçılığı Xarici İşlər Nazirliyində keçirilən görüşlər təkcə informasiyalılıq baxımından deyil, həm böyük türk dünyasını daha yaxından tanımaq üçün hər birimizə böyük bir şans vermiş oldu.  Jurnalist heyətinin üzvlərinin görüşlər  çərçivəsində səlahiyyətlilərlə qazandıqları təmaslar bir daha sübut etdi ki, Türkiyənin bölgə ilə bağlı daxili xarici siyasəti bu yönümdəki layihələri türk dünyasının böyük gələcəyinə möhkəm təməldir. Heç şübhəsiz ki, böyük tarixi keçmişin üzərində bərqərər olan bu təməl gələcəyə baxanda da hər bir türk övladında böyük ümidlər yaradır.

 

Ankaradakı  üçüncü, həm sonuncu günümüz daha əlamətdar oldu. Ankara Opera Teatrının tarixi binasında jurnalist heyətimiz  türk yazıçı dramaturqu Haldun Tanerin şərəfinə TÜRKSOY-un "Haldun Taner ili"nin açılış mərasiminə  "TÜRKSOY-un Mətbuat Mükafatı"nın təqdimat mərasiminə qatılmağımız həm səfərimizin zirvəsi idi. Türkiyənin mədəniyyət naziri Ömər Çelik, Azərbaycanın millət vəkillərinin, bir sıra dövlət ictimaiyyətin nümayəndələrinin, TÜRKSOY rəhbərliyinin qatıldığı mərasim böyük bir qələbəliklə yekunlaşdı. Mərasimdə, türk mədəniyyətinin tanıdılması zənginləşdirilməsində fəaliyyətinə töhfələrinə görə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Türkmənistan, Makedoniya, Başkurtıstan, Dağıstan, Hakasya Tatarıstandan gəlmiş 18 jurnalistlə birlikdə, qardaş Türkiyədən 5 jurnalistə mükafatlar təntənə ilə təqdim edildi.

 

Ertəsi gün jurnalist heyəti  Kapadokya ziyarətinə yollandılar. Bu tarixi yerin ziyarəti, gördüklərimizdən yaranan təəccüb heyranlıq hər birimizin qəlbinə hakim kəsilmişdi. Nevşehir ziyarətinin ardından isə yenidən İstanbula gəldik. Türk Dili Danışan Ölkələr Əməkdaşlıq Şurası (Türk Keneşi), Türkiyə Dövlət Arxivləri Müdirliyi Osmanlı Arxivi Dairə Başkanlığı Türk Dünyası Bələdiyyələr Birliyində keçirilən  görüşlər hər birimiz üçün maraqlı  olduğu qədər , həm məlumat almaq bilgilərimizi artırmaq baxımından, həyata keçirilən işlərin miqyaslılığının qədər sanballı bir təəssürat yaratdığı hər birimizin diqqətində idi. Şübhəsiz ki, bu görüşlərin hər biri ayrı-ayrılıqda daha genış danışıla biləcək olduqca böyük təəssüratlar yarada bilən mövzulardır.

 

İstanbulun tarixi və mədəni məkanlarına etdiyimiz səfərlərlə proqramımıza nöqtə qoydu. Amma böyük əminlik hissləri ilə deməliyəm ki, hələ uzun illər bu xoş təəssüratlar hər birimizin xatirində əbədi yer tutacaqyaddan çıxmayan çox dəyərli bir ərmağan kimi bizi heç zaman tərk etməyəcək. Bütün bunlara görə isə "Çox sağ ol!" deyəcəyimiz məsul qurumlar, onların başında və sırasında duran duyğusal insanlar var. Amma mən onlardan birinin adını böyük ürək və məhəbbətlə dilə gətirmək istərdim: türk dünyasının YUNESKO-su adlandırılan TÜRKSOY  onun  baş katibi Düsen Kaseinov! İkinci dəfə də TÜRKSOY rəhbəri seçilən, uzun müddət Qazaxıstan Respublikasında çox məsul vəzifələrdə çalışan, bu respublikanın mədəniyyət naziri olmuş Düsen Kaseinovun səmərəli və işgüzar fəaliyyəti TÜRKSOY-un həyatında önəmli bir hadisə kimi diqqətəlayiqdir.

 

Mən də olduqca yığcam olan təəssüratlarımı  ölkəmizin həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən və onun həyata keçirilməsini məqsədli dövlət proqramları vasitəsi ilə gerçəkləşdirən  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərilən  "Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, təsviri, dekorativminiatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların Azərbaycana aid olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda təsviri sənətimizin təbliği və tanıdılması istiqamətində zəruri işlər görüləcəkdir" fikri ilə tamamlayıram. Göründüyü kimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin, o cümlədən, TÜRKSOY təşkilatına verdiyi yüksək qiymət hələ uzun illər də dəyərini və aktuallığını saxlayacaq.

 

Namiq ƏHMƏDOV,

TÜRKSOY-un Media Mükafatçısı

P.S. Azərbaycandan AzTV "Turan" proqramının müəllifi Zərnişan Turan və "Mədəniyyət" qəzetinin müxbiri Mehparə Sultanova da mükafata layiq görülənlər arasındadırlar. Həmkarlarımı ürəkdən təbrik edirəm.

525-ci qəzet.- 2015.- 18 mart.- S .4