Yarat Müasir İncəsənət Mərkəzində
"Şirin Neşat: Gözlərimin evi" sərgisi təqdim olundu
YARAT təşkilatı böyük
məmnuniyyətlə 24 mart 2015-ci il tarixində
Bakıda YARAT Müasir
İncəsənət Mərkəzinin
açılış mərasimində
"Şirin Neşat:
Gözlərimin evi"
sərgisinin təqdim
ediləcəyi barədə
xəbər verir. Sərginin diqqət mərkəzində
- Azərbaycan səfəri
zamanı rəssamın
ərsəyə gətirdiyi
yeni əsərlərdir.
Sərgidə Şirin Neşatın
əvvəlki işlərindən
də ikisi nümayiş etdiriləcək.
Bunlar sənətkarın yaradıcılıq
yolunu köklü surətdə müəyyən
etmiş "Monoloq"
(1999) və "Keçid"
(2001) video-installyasiyalarıdır. Sərgininin Bakıya gətirilməsini
kurator Dina Nasser-Xadivi təmin etmişdir.
Açılışda YARAT-ın daimi kolleksiyasını
təşkil edən əsərlərdən ibarət
ekspozisiya da sərgiləndiriləcək. Bu sərgidə işləri
ilə Azərbaycanda rezonans doğuran dünya şöhrətli
rəssamlarla yanaşı,
Qafqaz, Orta Asiya və qonşu
ölkələri təmsil
edən rəssamların
da əsərlərini
görmək olacaq.
YARAT-ın kolleksiyasına
gəlincə isə,
o, son üç il ərzində toplanmışdı və
bundan sonra da artırılacaq - ələlxüsus, YARAT Müasir
İncəsənət Mərkəzində
kurator Suad Qarayevanın təşkilatçılığı
ilə keçiriləcək
yeni-yeni sərgilərin
özəl sifarişləri
sayəsində.
Şirin Neşatın işlərində
insanın mədəni
kimliyi və gender problemləri araşdırılaraq,
"şəxsiyyət" anlayışına dair həm müasir konsepsiyalara, həm də İrana xas olan ənənəvi
təsəvvürlərə müstəqil münasibət
bildirilir. Son vaxtlar
Şirin Neşat özünün fotoqrafiya
yaradıcılığında daha çox portret janrına üstünlük verir.
Şirin
Neşat portretdən süzgəc kimi istifadə edərək şəkildəki adamın
daxili dünyasının
dəyişilməsini, həyat
hekayətlərini araşdırıb
üzə çıxarır
- sanki əsər qəhrəmanının üzünə
baxınca onun tarixçəsini "oxumaq"
olur.
Şirin Neşatın "Gözlərimin
evi" (2015) adlı fotosilsiləsinin yaranması
elə məhz müəllifin portret janrına artan marağından irəli gəlmişdir. 2014-cü ildə Azərbaycanda olarkən Şirin Neşat 50-dən çox
adamın fotoportretini çəkmişdi. Ölkəmizin müxtəlif bölgələrini
təmsil edən bu adamların yaşı ikidən səksənə qədər
olmuşdu. Çəkiliş zamanı Şirin Neşat həmin adamlara onların doğma ocaq və mədəni kimlik anlayışlarına
dair bir sıra suallar verirdi. Cavablar xəttatlıq üsuluyla
hərənin öz portreti üzərinə yazıldı.
Şirin Neşat öz fikrini belə anladır: "Bu yeni portretlər silsiləsini əsrlər boyu ən müxtəlif millətlər, dinlər və dillər üçün qarşılıqlı
ünsiyyət meydanı
olmuş ölkənin
portreti kimi qiymətləndirirəm. Müxtəlif nəsilləri təmsil edən 55 kişi və qadın portretindən ibarət olan bu silsilə
Azərbaycanın zəngin
tarixinə və müxtəlifliyinə həsr
etdiyim insan palitrasıdır".
"Gözlərimin evi" silsiləsi elə
monumental bir installyasiya
olmuşdur ki, onu təşkil edən əsərlər
YARAT Müasir İncəsənət
Mərkəzinin zallarından
birində hündürlüyü
11 metr olan divarlarının ikisini tamam tutmuşdur.
YARAT Müasir İncəsənət
Mərkəzi YARAT qeyri-kommersiya
təşkilatına məxsus
ilk daimi sərgiləmə
yeridir, hərçənd,
təsisçisi və
bədii rəhbəri
Aida Mahmudova ilə bir qrup rəssam
tərəfindən 2011-ci ildə
təsis olunduğu vaxtdan bəri bu təşkilat artıq 80-dən çox
layihə həyata keçirib. Üzü Xəzər dənizinə
açılan, sahəsi
2000 m2 təşkil edən,
vaxtilə sovetlər dövrünün möhtəşəm
hərbi donanma obyekti olmuş bu tikilidə müvafiq yenidənqurma işləri tamamlandıqdan
sonra, indi o, YARAT-a məxsusdur və müasir incəsənətin,
eləcə də incəsənət tədrisinin
regional miqyaslı mərkəzi
olmaq iqtidarındadır.
Tədris-təlim işi, ümumiyyətlə,
YARAT-ın fəaliyyətində
əsas mahiyyət kəsb edən sahədir. Təşkilatın xüsusi tədris
proqramı görüşlərdən,
müsabiqələrdən, praktiki məşğələlərdən
ibarətdir və ən müxtəlif dinləyici qruplarını
hədəfə alır
- tələbə rəssamlardan
tutmuş ailələrə
kimi. Bu proqramın
ehtiyaclarını təmin
etmək üçün
yeni mərkəzdə
kitabxana və toplantı salonu olan tədris bazasına da yer ayırılmışdır.
YARAT haqqında
YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya
təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam
tərəfindən 2011-ci ildə
təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət
tərəfindən dərk
olunması sahəsində
fəaliyyət göstərir,
ölkə daxilində
və beynəlxalq səviyyədə Azərbaycan
incəsənətinin təbliğ
və təmsil olunması ilə məşğuldur.
YARAT (azərbaycanca "yaratmaq" sözünün
mənasında) tərəfindən
indiyə qədər,
əksəriyyəti Bakıda
təşkil olunaraq,
80-dən artıq layihə
həyata keçirilib. YARAT-ın fəaliyyətində
əsas mahiyyət kəsb edən tədris-təlim işi
art-rezident səfərlərindən,
praktiki məşğələlərdən,
müsabiqələrdən ibarətdir, 2014-cü ildə
isə yay məktəbi də təşkil olunmuşdu.
Təşkilatın ARTIM proqramı (azərbaycanca
"artmaq" sözünün
mənasında) sənətə
meyl göstərən
gəncləri dəstəkləyir,
onların işlərini
kuratorların diqqətinə
çəkib sərgiləndirməyə
imkan yaradır. 2012-ci ildə YARAT tərəfindən kommersiya
əsaslı YAY qalereyası
təsis edilmişdir.
Hər bir əsərin satışından burada əldə edilən qazanc müəlliflə
YARAT arasında bölüşdürülür.
YARAT Bakıda, iki Pablik Art festivalı keçirib, şəhərin
muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə 55-ci Venesiya Biennalesində sənətkarlarımızın
iştirakını təmin
edən tədbirlərinin
həyata keçirməsini
və beynəlxalq Art
Dubai incəsənət yarmarkasında
qeyri-kommersiya təşkilatı
kimi iştirak etməyini qeyd etmək kifayətdir.
Təşkilat böyüməkdə davam
edir. 2014-cü ildə
YARAT-ın yeni bir binası istifadəyə verilmişdi.
Bu binada rəssam
emalatxanaları, eləcə
də "art-rezident"
proqramı üçün
mənzillər yerləşir.
2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi
də açılır.
YARAT-ın ilk daimi sərgiləmə yeri olan bu
yeni mərkəz Qafqaz, Orta Asiya
və qonşu ölkələri əhatə
etməklə müasir
incəsənətə və
incəsənətin tədrisinə
xidmət edən
regional miqyaslı bir qovşaq olacaq. YARAT-ın proqramları
təşkilatın təsisçisi
və bədii rəhbəri Aida Mahmudova,
icraçı direktoru
Fərid Abdullayev və mərkəzin kurator-direktoru Suad Qarayeva tərəfindən
tərtib və təşkil olunurlar.
Şirin
Neşat haqqında
İran əsilli rəssam Şirin Neşat təsirli foto və video instalyasiyaların
müəllifi kimi şöhrət qazanmış
sənətkardır. O, tez-tez
öz əsərlərində
cəmiyyətin sosial,
mədəni vədini
kodlarına, müəyyən
qarşıdurmaların necə
dəyişilməsinə müraciət
edir - açıq ilə tünd, ağ ilə
qara, kişi ilə qadın motivlərinin bir-birinin gözəçarpan əksini
təşkil etdiklərini
nümayiş etdirir.
Şirin
Neşat xaricdə təhsil almaq üçün 1974-cü ildə
İranı tərk edib, bir də
vətəninə 1990-cı ildə səfər etmişdi. Onun bu səfəri bütün gələcək
yaradıcılığına güclü təsir göstərdi, sənətində
novator olmağı üçün ona ilham verdi.
1993-1997-ci illərdə ərsəyə
gətirdiyi "Allahın
qadınları" ağ-qara
fotolar silsiləsinində
Şirin Neşat əsərlərindəki qəhrəmanların
əl-üzünə xəttalıq
üslubunda fars
yazılarını düzərək
öz novatorluğunu nümayiş etdirmişdi.
1999-cu ildə "Coşqun" (Turbulent) adlı
filminə görə
Venesiya Biennalesinin beynəlxalq mükafatını
qazandıqdan sonra ona dünya şöhrəti gəldi.
2000-ci ildə Londondakı Serpentine qalereyasında
Şirin Neşatın
fərdi sərgisi keçirildi. Şirin
Neşat bir çox mükafatlara layiq görülmüşdü,
o cümlədən 2014-cü ildə Davosda Dünya Biznes Forumunun Büllur prizi, 2000-ci ildə Koreya Biennalesində Qran-pri, 2008-ci ildə
"Kişilərsiz qadınlar"
adlı filminə görə Venesiya Beynəlxalq Kino Festivalının
"Ən yaxşı
rejissor işi" nominasiyasında Gümüş
Şir mükafatı
ona təqdim edilmişdi.
Şirin Neşatın fərdi və qrup içində
sərgiləri dünyanın
ən nüfuzlu sənət ocaqlarında nümayiş etdirilib, o cümlədən: Detroytdakı
Institute of Arts (2013), Tokiodakı Mori Art
Museum (2013), Yorkshire Sculpture Park (2011), Amsterdamdakı
Stedelijk Museum (2006), Minneapolisdəki
Walker Art Center (2002), Afinadakı Milli Müasir İncəsənət Muzeyində
(2001), Vyanadakı Kunsthalle
Wien (2000) və Nyu-Yorkdakı
Whitney Amerika İncəsənəti
Muzeyində (1998). Şirin Neşat nüfuzlu
biennalelərin iştirakçısıdır,
bunlardan Venesiya, Sidney,
Yohannesburq, İstanbul,
Whitney biennale sərgilərinin adını çəkmək
lazımdır. Bunlardan əlavə,
o, Çikaqo Beynəlxalq
Kino Festivalı, San-Fransisko
Kino Festivalı və
Tribeca kimi məşhur kino festivallarında da iştirak etmişdir.
Şirin Neşat Nyu-Yorkda yaşayıb çalışır.
Dina Nasser-Xadivi haqqında
Dina Nasser-Xadivi
sənətşünas olaraq, Orta Asiya, İran
və bəzi Qafqaz bölgələrinin müasir incəsənəti üzrə ixtisaslaşan müstəqil kurator
və məsləhətçidir. Peşəsinə
Christie's-də, ÕIX-XX əsrlərin Şərq
incəsənəti üzrə mütəxəssis kimi qədəm qoyub,
2006-cı ildə Yaxın Şərq və İranın müasir incəsənəti sahəsində
çalışmağa başladı - həmin ölkələrin
sənətkarları üçün qlobal səhnəyə çıxmaq
imkanı yaradan təşkili
platformanı qurmaqla məşğul oldu. Bu məqsədlə Dina müxtəlif informasiya
təşəbbüsləri ilə çıxış etdi. Məsəlçün, onun hazırladığı "İranın
aktual və müasir
incəsənəti aləminə giriş"
mövzusunda təqdimat simpoziumu
2010-cu ildə Nyu-Yorkun Guggenheim
muzeyində, Hyuston İncəsənət
Muzeyində və Los-Anceles Müasir İncəsənət Muzeyində keçirilmişdi. 2013-cü ildə o, Azərbaycan, İran, Gürcüstan, Türkiyə və
Rusiyanı təmsil edən 17 rəssamın iştirakı ilə
hazırlanaraq 55-ci Venesiya Biennalesində təqdim
olunan "Sevir - Sevmir" (Love Me, Love Me
Not) sərgisinin kuratoru
olmuşdu. Sonra həmin
sərgi 2014-cü ildə Bakıya gətirilərək, memarı
Zaha Hadid olan Heydər Əliyev Mərkəzində nümayiş etdirilmişdi.
525-ci qəzet.- 2015.-30 mart.- S.2.