"Qırım" qəzeti Fikrət
Qocanın yaradıcılığından yazıb
Azərbaycanın Xalq şairi Fikrət Qocanın 80 illiyi münasibətilə
Krım Muxtar Respublikasının "Qırım"
qəzetinin 2015-ci il,
18 mart sayında ədibin
yaradıcılığına geniş yer verilib.
"Xalqını tükənməkdən
qorumasan, gec-tez tarixin səhnəsindən
silinə bilər"
başlıqlı təqdimatda
Xalq şairinin tərcümeyi-halı verilib.
Altmışıncılar ədəbi nəslinin ən önəmli nümayəndələrindən biri kimi səciyyələndirilən Fikrət Qocanın qəzetdə "Krıma qar yağır", "Qara dəniz", "Xalq", "Qaplanın arzusu", "Canbazlar", "Xatın kəndi", "Keçdi getdi" şeirləri yer alıb. Şeirləri Krım tatarcaya İlqar Qasımov tərcümə edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 30 mart.- S. 7.