Qəlbi geniş, nurla dolu!
("Adlı, ünvanlı misralar" silsiləsindən)
Filizçaya göndərilib cavan
ikən,
Alqışlayıb onu Katex, Qax, Balakən
Deyib burda yataq zəngin,
çoxlaylıdır,
Misli, sinkli, qurğuşunlu, qalaylıdır.
"Vətən" deyir gur səsiylə Ağamahmud,
"Yer və insan"
dərgisiylə Ağamahmud!
Min-min ilin əvvəlindən soraqlıdır,
Ya dastan, ya nağıl
qədər maraqlıdır,
Həyatının Qazaxıstan səhifəsi,
...Arxada çöl, öndə qarlı dağ zirvəsi,
Naxçıvandan Ərdəbilə, Qarsa
gedib,
Ağamahmud Türkiyədə çıxış
edib.
Təbiəti sevənlərin carçısıtək
Ekoloji haraylara hay verir O,
Təbəqəni ustalıqla "dindirərək",
Fərziyyəni gerçəkliyə çevirir
O.
Nüfuzludur, hörmətlidir, şöhrətlidir,
Az danışan, amma şirin söhbətlidir.
Yaddaşında unudulmaz sənətkarlar,
Üzeyir
bəy, Bülbül,
Şopen, Paqanini...
Sinəsində əlvan şeir
çələngi var,
Şairlərin şahı sayır Xaqanini.
...Çuxanlı dost-doğma
məkan, abad, ulu,
Şamaxının özüsayaq - xoş
duyğulu;
Lalələrdən don geyinər yazda yolu,
Övladının qəlbi geniş, nurla dolu.
Milli ruhlu, dəst-xətslidir qəhrəmanım,
Ağamahmud Səmədlidir, qəhrəmanım!
Oqtay Rza,
əməkdar müəllim
525-ci qəzet.- 2015.- 30 mart.- S.8.