Azərbaycan "Xalqlar dostluğu" festivalında
təmsil olunub
"Belarus-Rusiya Universiteti" (BRU) təhsil müəssisəsinin
və Rusiya Federasiyasının "Russki
dom" ictimai təşkilatının dəstəyi
ilə Mogilyovda əcnəbi tələbələrin
"Xalqlar dostluğu"
VIII yaradıcılıq festivalı
keçirilib.
Festivalın şərtlərinə görə, burada Belarusun təhsil sistemi müxtəlif olan bütün ali məktəblərinin
tələbələri iştirak
edə bilərdi. Müsabiqədə müxtəlif
ölkələrin, o cümlədən,
Azərbaycan, Qana, Gürcüstan, Qazaxıstan,
Çin, Nepal, Nigeriya,
Rusiya Federasiyası, Suriya, Tacikistan, Türkmənistan və Şri-Lankanın nümayəndələri
təmsil olunublar.
Belarus Dövlət İqtisad
Universitetinin (BDİU) tələbələri,
ölkədə fəaliyyət
göstərən Azərbaycan
İcmaları Konqresinin
gənclər bölməsinin
üzvləri Süzanna
Ağayeva və Fuad Məmmədov Azərbaycan rəqsi ifa ediblər. Rəqs zamanı
monitorda Azərbaycanın
əsas görməli
yerləri nümayiş
etdirilib. Bu barədə
AZƏRTAC-a Azərbaycan
İcmaları Konqresi
gənclər təşkilatından
məlumat veriblər.
Festival iki mərhələdə
keçirilib. Münsiflər heyəti müsabiqənin
ilk günü iştirakçıların
təqdim etdikləri yaradıcılıq nömrələri
ilə tanış
olublar və ən yaxşı çıxışları seçiblər.
Seçim mərhələsi başa çatandan sonra gənclər tamaşaçı qismində
Mogilyov Dövlət Universitetində istedadların
müsabiqəsinə dəvət
ediliblər. Tədbir festival gecəsi və şirniyyat masası ilə başa çatıb. Gözəl vaxt
keçirən iştirakçılar
özlərinə yeni
dostlar tapıblar.
Festivalın ikinci günü qala-konsertlə yadda qalıb. Konsertdə bir gün əvvəl seçilmiş
nömrələr nümayiş
etdirilib, qaliblər mükafatlandırılıb. Azərbaycan rəqsinin ifaçıları
I dərəcəli diplom
ilə mükafatlandırılıblar.
Onlara diplomu Belarus-Rusiya Universitetinin dekanı İqor Sazonov təqdim edib.
BDİU-nun nümayəndə heyətini Azərbaycandan olan gənclərlə bərabər, Türkmənistan
nümayəndələri də
təmsil ediblər. Onlar da müxtəlif nominasiyalarda
yüksək mükafatlara
layiq görülüblər.
BDİU-nun
nümayəndələrinin festivaldakı uğurları
doğma ali
məktəbdə qeyd
edilib.
Gənclər bu səfərdə gözəl təcrübə
qazanıblar. Onlar çıxış etməklə yanaşı,
yeni dostlar qazanıblar, Belarusda gəzib-dolaşıblar, Mogilyovda
unudulmaz günlər keçiriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 31 mart.- S.7.