"Bölgələrdən paytaxta" adlı layihə bu dəfə Qubaya həsr edilib

 

Mədəniyyət Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.

Layihə çərçivəsində Qubaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət Turizm İdarəsi (BŞMTİ), Quba rayon mədəniyyət turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixini, müasir zənginliklərini regionların adət-ənənələrini əks etdirən dekorativ-tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş təqdim olunacaq.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 31 mart.- S.7.