"Üzeyir
Hacıbəylinin milli
lad sistemi gənc musiqiçilərin tədris
repertuarında"
Aprelin
6-dan 10-dək Bakı Musiqi
Akademiyasında (BMA) Üzeyir
Hacıbəylinin anadan
olmasının 130, Musiqi
Akademiyasının 95 və
BMA-nın Orta ixtisaslaşdırılmış musiqi məktəb-studiyasının
35 illiyinə həsr olunmuş "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris
repertuarında" birinci
respublika festivalı keçiriləcək.
Bakı
Musiqi Akademiyasında rektor SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi
ilə təşkil olunacaq festivalın ideya müəllifi və layihənin rəhbəri BMA-nın Orta ixtisaslaşdırılmış
musiqi məktəb-studiyasının
bədii rəhbəri
və direktoru, əməkdar incəsənət
xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor Tərlan Seyidovdur.
Bəstəkarlıq, xor, fortepiano, vokal, orkestr alətləri, xalq çalğı alətləri
nominasiyaları üzrə
iştirakçıların ifalarını Azərbaycan
musiqi mədəniyyətinin
görkəmli nümayəndələri
Arif Məlikov, Fidan və Xuraman
Qasımovalar, Ramiz Quliyev, Sevda İbrahimova, Gülbacı
İmanova, Zəhra Quliyeva, Yusif Axundov, Nəzmiyyə Abbaszadə, Tofiq Aslanov və başqaları qiymətləndirəcəklər.
Festivala Bakı və Azərbaycanın müxtəlif
bölgələrindən gələn
200-dən artıq musiqiçi
qatılacaq.
Bakı Musiqi Akademiyasının məktəb-studiyasında işlənilmiş
və respublikanın bütün musiqi məktəblərinin I-XI siniflərinin
proqramına daxil edilən Azərbaycan ladları şagirdlər tərəfindən xalq musiqisinin mənimsənilməsi
üçün böyük
təkandır.
Festival ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan
milli lad sisteminin eyni dərəcədə
mənimsənilməsi üçün
zəmin yaradır.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 31 mart.- S.7.