III Ümumrespublika Teatr Festivalı həlledici mərhələdə

 

Milli Məclisin deputatı Jalə Əliyevanın təşəbbüsü ilə keçirilən gənclərin üçüncü Ümumrespublika Teatr Festivalı final mərhələsinə çatıb.

Bakı, Ucar, Naxçıvan, Şamaxı İmişlini təmsil edən 120-yə yaxın gənc yaradıcı kampda, təlimlərdə, fikir laboratoriyasında məşqlərdə iştirak etmək üçün Gənclər İdman Nazirliyinin Şüvəlanda yerləşən düşərgəsinə toplaşıb. Art-kampın keçirilməsində məqsəd gənclər arasında həm ünsiyyətin, həm yaradıcı münasibətlərin formalaşmasına yardımçı olmaqdır.

Tanınmış sənət adamları - A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov, əməkdar artistlər Firdovsi Atakişiyev, Nofəl Vəliyev, rejissor Cavid Təvəkkül, Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Tərlan Rəsulov 3 gün ərzində gənclərə teatr sənəti ilə bağlı bir çox incəlikləri açıqlayıblar. Mükəmməl teatr sənəti ilə məşğul olmaq üçün məktəb peşəkarlığın vacib olduğunu diqqətə çatdıran sənətçilər ustad dərslərini əvvəlcə gənclərlə dialoq üzərində qurublar. Bir fikir xüsusi vurğulanıb ki, əsl aktyor olmaq üçün 3 şərt vacibdir: Allah vergisi olan istedad, onu cilalamaq üçün çəkilən zəhmət şans. Müxtəlif sualları cavablandıran sənətçilərin köməyi ilə gənc aktyor rejissorlar improvizə olunmuş səhnəciklər - etüdlər quraraq, tərəf-müqabili anlamaq, hiss etmək üçün hansı texnikaların daha təsirli olduğunu sınayıblar. Ustad dərslərində əsas fabula - "Sənətdə bəzən söz o qədər önəmli olmur. Baxışlar, hisslər, gözlər daha çox şey ifadə edir" fikri olub.

Martın 30-dan etibarən Bakıdan 8 peşəkar həvəskar teatr nümayəndələri, həmçinin Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa " ölüm" adlandırılan bəlanı cəmiyyətdən, xüsusilə gənclərimizdən uzaq tutmağın yollarını göstərən 12 tamaşa ilə 3 gün ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcəklər. Hazırlanan tamaşaların mövzusu da sırf narkomaniya düşkünlüyünə, qanunsuz preparatların satışına etiraz ruhunda köklənib. Təsadüfi deyil ki, festivalın sloqanı olaraq, məhz "NARKOSTOP" seçilib.

Layihənin icraçı direktoru Sənan Əlləz, reallaşdıran təşkilat "BİZ - Biz inkişaf zamanındayıq", dəstəkçiləri Gənclər İdman, Mədəniyyət Turizm nazirlikləri, ASSİTEJ bir sıra qurumlardır.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 31 mart.- S.7.