Əbülfəs Qarayev eradan əvvəl VI minilliyə aid yaşayış məskənini ziyarət edib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz rayonuna səfəri zamanı eradan əvvəl VI minilliyə aid olan Göytəpə qədim yaşayış yerini ziyarət edib.

Ziyarət zamanı abidənin tədqiqatçısı Fərhad Quliyev Göytəpə qədim yaşayış məskənində aparılan əsaslı arxeoloji araşdırmalarının ilkin nəticələri haqqında geniş məlumat verib və bu tip abidələrin ölkəmizin ictimai həyatında əhəmiyyətli rol oynamasından danışıb.

Nazir  Ə.Qarayev Göytəpə qədim yaşayış məskənində aparılan araşdırmaları müsbət qiymətləndirdiyini ,  "Arxeoloji Park"ın onun ətrafında "Neolit kəndi"nin yaradılması ideyasının maraqlı olduğunu qeyd edib.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 31 mart.- S.7.