Mübariz Əhmədoğlu:
“Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsində
monopoliya güclənib”
“ATƏT-in Minsk qrupunun vasitəçiliyində son vaxtlar diqqət çəkən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində monopoliyaçılığı gücləndirmələridir”.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə,
hər hansı qurum və ya
dövlət Dağlıq
Qarabağ tənzimlənməsi
məsələsində aktivlik
göstərən kimi
ATƏT Minsk qrupu vasitəçiləri
və onların havadarları birbaşa və ya dolayısı
yolla yeni peyda olan aktivliyi
neytrallaşdırmağa çalışırlar:
“Geniş yayılmış
vasitələrindən biri
də ATƏT-ə üzv
dövlətlər və
Aİ təmsilçilərinin Dağlıq Qarabağ tənzimlənməsində ATƏT MQ-yə dəstək vermələrini tez-tez təkrarlamalarıdır.
Əslində, ATƏT MQ bununla Dağlıq Qarabağ tənzimlənməsini
daha da yubadır. Bunlar ümumi
və ya şablon fikirlər deyil. ATƏT MQ-nin fəaliyyətini öyrənən hər kəs özü də bunu çox
asanlıqla başa düşə bilər. Əvvəla,
vasitəçilər Yenilənmiş
Madrid Prinsiplərini sıradan
çıxarmaq istəyirlər.
Yenilənmiş Madrid Prinsipləri
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
bütün spektrlərini
əhatə edir. Madrid Prinsipinin yenilənmiş
variantındakı tənzimlənmə
prinsipləri, 6 maddə
və rezume bir-birini qarşılıqlı
surətdə tamamlayır.
6 maddə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
tənzimlənməsinə dair yol xəritəsi
funksiyasını da yerinə yetirə bilər”.
M. Əhmədoğlu deyib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
ilə həqiqətən
məşğul olmaq
istəsələr, Dağlıq
Qarabağın həm
özündə, həm
işğal olunmuş
ətraf rayonlarda, həm də Ermənistan-Azərbaycan münasibətlərində
istənilən istiqamətlərdən
tənzimlənmə prosesini
başlaya bilərlər:
“Madrid prinsipinin yenilənmiş
variantı Dağlıq
Qarabağ münaqişəsi
və onun ətrafında yaranmış
bütün problemləri
həll etmək qüdrətindədir. Əgər bu
gün Ermənistan tərəfi Dağlıq
Qarabağın daxilində
hər hansı tənzimlənmə məsələsi
ilə məşğul
olmaq gücündə
deyilsə, Ermənistandan
qovulmuş azərbaycanlıların
və Azərbaycanı
tərk etmiş ermənilərin öz əvvəlki məskənlərinə
qayıtması məsələsini
aktuallaşdıra bilərlər.
Bu məsələni reallaşdırmaqla Dağlıq
Qarabağ münaqişəsinin
tənzimlənməsində böyük inam potensialı yarada bilərlər. Azərbaycanı tərk etmiş ermənilər Ermənistan
ərazisində strukturlaşıblar
və təşkilatları
var.
Vaxtaşırı mətbuatda həyəcan təbili çalırlar. ATƏT-in
Minsk qrupu həmsədrləri
nəzərə alsınlar
ki, erməni təkcə S. Sərkisyan
və S. Ohanyan deyil. Öz problemlərinin həllini
tələb edən Azərbaycandan köçmüş
ermənilər də
xristian və ermənidirlər. İkincisi, həmsədrlər
ortalığa qoyduqları
təklifləri dəyişməklə
və hər dəfə dəyişərkən
əhəmiyyətini və
statusunu azaltmaqla məqsədlərini nümayiş
etdirirlər. Məqsəd, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini
yubatmaqdır. Həmsədrlərin son 5 ildə ortalığa qoyduğu təklifləri
və bu təkliflərin taleyini tədqiq etməklə bunu başa düşmək olar.
Üçüncüsü, vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərini
öz xalqlarının
sülhə hazırlamağa
çağırırlar. Amma bu işi vasitəçilər
özləri çox
asanlıqla yerinə yetirə bilərlər.
Tərəflərin razılaşmadığı məsələlərin izahını
verməklə ictimai rəyi asanlıqla formalaşdırmaq mümkündür”.
M. Əhmədoğlu qeyd edib ki, prezidentlərdən
siyasi iradə tələb edən həmsədrlər ilk növbədə
özləri məhz bu məsələdə siyasi iradə nümayiş etdirməlidirlər
və Yenilənmiş
Madrid Prinsiplərinin rəsmi
izahını verməlidirlər:
“Yenilənmiş Madrid Prinsiplərində
olan tənzimlənmə
prinsiplərinin və
maddələrin hər
birinin ayrı-ayrılıqda
izahını verməklə
Azərbaycan və Ermənistan ictimaiyyətini
sülhə daha yaxşı hazırlamaq olar.
Bunları etməyi ATƏT-in Minsk qrupu
həmsədrlərinə heç
mandat, qurum və ya şəxs
qadağan etməyib.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
hazırdır. Bunu onun fəaliyyəti
sübut edir.
Yenilənmiş Madrid Prinsiplərini Azərbaycan
tənzimləmək üçün
əsas kimi qəbul edib. Hər imkan
düşəndə Böyük
Sülh Sazişinin hazırlanmasının başlanmasını
tələb edir.
Ermənistan Yenilənmiş Madrid Prinsiplərini qəbul etməyib. Ona görə də bu prinsipləri yalnız preambulası üzrə sənəd imzalamağa tələb edir və “bu
sənədi də hökmən Dağlıq
Qarabağ erməniləri
tanımalıdır” şərtini
irəli sürür”.
M. Əhmədoğlu vurğulayıb
ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc
yolla tənzimlənməsini
arzuladığı və
buna hazır olduğu üçün
ötən ilin avqustunda Soçidə Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsində Rusiyanın xüsusi statusunu qəbul etdi: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
hazır olmadığı
üçün Soçidə
V.Putinin Dağlıq Qarabağ tənzimlənməsində
Rusiyanın xüsusi statusu ilə bağlı təklifini rədd etdi. Dağlıq
Qarabağ münaqişəsinin
Minsk qrupu vasitəsilə
tənzimlənəcəyini bildirdi.
Minsk qrupunun ortalığa qoyduğu ən sanballı sənəd olan Yenilənmiş Madrid Prinsiplərini isə Ermənistan rədd edir. Prezident Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində əsas ümidi Minsk qrupunun həmsədrləridir. Pul və ya digər faktordan asılı olan, islamafobiyaya meyilli olan həmsədrlər dinc tənzimlənməyə mövqeyini dəyişməyənə kimi Ermənistan mövqeyini dəyişməyəcək. Yeri gəlmişkən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi variantlarla da tənzimlənməsinə hazırdır. İndi Ermənistan hərbi baxımdan da acizdir”.
PƏRVANƏ
525-ci qəzet.- 2015.- 20 mart.- S. 11.