Həqiqət və Rəzalət
(Əvvəli ötən şənbə
sayımızda)
Yazıçı Əli İldırımoğlunun
“Daş yağan gün” romanındakı bir epizodun bu
günümüz üçün də çox aktual
olduğunu nəzərə alıb oxuculara təqdim edirik.
Eduard
Çeburdanidze sözünə fasilə verib nəyi isə
deməyə tərəddüd edirmiş kimi fikrə getdi və
bir siqaret yandırıb kinayə ilə:
– Qəribədir,
– dedi, – siz də bəd əməlləri ilə millətini
gözdən salanlara bəzəklidüzəkli vətən
fədaisi donu biçirsiniz. Azərbaycanda isə
bəzən öz xeyriyyəçilərinə, milli təəssübkeşlərinə
şəbədə qoşurlar. Bakıda
çox olmuşam. Zeynalabdin Tağıyevin, bayaq
adını çəkdiyim laçınlı Sultan bəyin...
adları qara siyahıdadır. Şaumyanların,
mikoyanların şəkillərini isə başlarının
üstündən asırlar. Məni təəccübləndirən
odur ki, mövzu qıtlığından əzab çəkən
bəzi qələm adamları da sanki millətinə qənim
kəsilib. Onların aynasında öz
xalqının bir çox təpərli adamları başayaq
görünür.
Eduard
Çeburdanidzenin baxışlarında acı istehza
dolaşdı və Andranikin tər basmış sifətinə
nəzər salaraq:
– O barədə bəxtiniz gətirib,
– dedi. – Erməni hiyləgərliyi qonşu müsəlman
ölkələrində yaxşıca karınıza gəlir.
Məkrli niyyətinizi altdanaltdan həyata
keçirməkdə bir cansınız. Məzlum
qiyafəsinə bürünüb fövqəldövlətlərin
qoltuğuna qısılmaqda mahirsiniz. Güclülərin
qucağında oturub, qonşulara dirsək göstərib
daş atmaq köhnə adətinizdir. Amma
anlaya bilmirsiniz ki, bu, sizə heç də əbədi
uğur gətirə bilməz. Belə bir
yanlış yolun sonunda üzləşəcəkləriniz
sizi çətin ki, sevindirsin. Onda siz
andraniklər, şaumyanlar, hamazaslar... dəsmal
götürüb ağlamalı olacaqsınız. Həmin məqamda çətin ki, göz
yaşlarınızı silən tapılsın.
Çünki heç harda üz yeri
qoymamısınız. Onu da deyim ki, sizin dənizdəndənizə
xülyanız da mənə çox miskin görünür.
Çünki bu cəfəng yolda itirəcəklərinizin
qazanacaqlarınızdan qatqat çox olacağına əsla
şübhə etmirəm. Bax belə, mənim kupe
yoldaşım, xaç qardaşım, Andranik Vazgenoviç!!
Eduard
Çeburdanidze müsahibinin pərt olduğunu hiss edib
çiyinlərini qaldıraraq:
– Əlbəttə, – dedi, – bu barədə münəccimlik
etmək fikrində deyiləm. Ona görə də
danışdıqlarım sizin üçün
inandırıcı olmaya da bilər. Mən
buna təbii baxıram. Lakin onu da nəzərə
alın ki, bu sözləri sizə uzaq keçmişlərə,
yaxın gələcəyə ekskursiya edən və
başı daşdan-daşa dəyən tarixçialim deyir.
Düz danışdığına görə
aldığı ağır cəzaları qiymətli
mükafat kimi qəbul edən bir alim. Başqa
bir misal. Elə götürək
Yerevanı.
Orada neçə türk ailəsi yaşayır?! Lakin Türkiyədə,
İranda və başqa müsəlman ölkələrində
məskunlaşan minlərlə erməni kefə baxır. Bunu necə anlamaq olar?! Cənab Andranik
Vazgenoviç! O ki qaldı qurubquraşdırıb
ortalığa atdığınız genosid
nağılına, o vaxt Türkiyədəki ermənilər
milli mənsubiyyətlərinə görə yox, milli xəyanətlərinə,
satqın hərəkətlərinə görə
qırğına məruz qalıblar. Daha
doğrusu, qurduqları tələyə özləri
düşüblər. Bir də ki kənar dövlətlərin
köməyi, havadarlığı, fitvasıynan siz
özünüz də az türk
qırmamısınız. Tarixi gerçəkliyi
nəzərə alıb, qəti bir inamla deyərdim ki,
andraniklərin, hamazasların, şaumyanların
başçılığı ilə siz ermənilər tərəfindən
müsəlmanlara qarşı əsl genosid Azərbaycanda həyata
keçirilib. Bütün bunları ikimiz
üçün deyirəm. Bu
danışdıqlarım kupedə də qalmalıdır.
Dərinə getsək, alacaqlı yox, verəcəkli
çıxarsınız. Ona görə də
gəl bu cür məsələləri çox da qurdalamayaq.
Bir də ki, siz elə hesab etməyin ki, nəyinsə
xatirinə türklərin və azərbaycanlıların tərəfini
saxlayıram. Bunu ağlınıza belə
gətirməyin. Anlamalısınız ki,
mən də sizin kimi xristianam və ibadət
üçün məscidə yox, kilsəyə üz tuturam.
Ona görə də din qardaşlarımı
başqalarının ayağına vermərəm. Ancaq dinindən,
dilindən, kimliyindən asılı olmayaraq, hər bir məsələyə
vicdanımın qanunları ilə yanaşıb düz
danışmalıyam. Ağı ağ,
qaranı qara. Düzü düz, əyrini əyri.
Xəmirim belə yoğrulub. Mən nə edim ki, həqiqəti danışmaq
sizin xeyrinizə deyil. Çünki sizin
başbilənləriniz Tanrının nəzərindən
uzaq olan başqa bir yolu seçib. Özü
də qorxulu, xatalı, qanlıqadalı bir yol.
Eduard Çeburdanidzenin nəfəsi tıncıxdı. O, havasını dəyişmək
üçün kupenin qapısını açıb koridor
boyu o başbu başa bir neçə dəfə var-gəl
etdikdən sonra geri döndü. Və sakitcə yerində əyləşib
çənəsini ovuşdura-ovuşdura Andranikə müəmmalı
nəzər yetirdi:
– Xətrinizə
dəyməsin, yaman fəndgirsiniz haa, – dedi. – Mələk
qiyafəsinə bürünüb, hər yerdə
özünüzü başıbəlalı, yazıq, həm
də hər şeyə qadir xalqın nümayəndəsi
kimi göstərməkdə mahirsiniz. Ona görə
də yaxın, uzaq ölkələrin, xüsusilə Amerika və
Fransanın bir çox sözükeçən, nüfuzlu
şəxslərini asanlıqla ovsunlayıb öz tərəfinizə
çəkməyi, məkrli niyyətlərinizi həyata
keçirmək üçün onlardan istifadə etməyi
bacarırsınız. Bu barədə ermənilərə
qibtə etmək olar. Erməni lobbisi
Fransada, Amerikada senatorları, qubernatorları, dövlət məmurlarını
belə barmaqlarında oynadırlar. Ermənilərdən
ötəri canfəşanlıq edib, dəridən-dırnaqdan
çıxan Amerika, Fransa, İngiltərə başbilənləri
Azərbaycan kəndlərinin, şəhərlərinin
xarabalıqlarını gözləri ilə görə bilsəydilər,
yəqin ki, hansı yuvanın quşu olduğunuzu anlayıb
başa düşərdilər. Və sizdən
ötəri etdikləri canfəşanlığa görə
xəcalət çəkib, vicdanları qarşısında
özləriözlərinə nifrət edərdilər.
Andranik
dillənmədi, hesabı içəri verdi.
O, alnına qonan milçəyi qovub, dərin fikrə getdi.
Eduard Çeburdanidze gözlərini qıyıb müsahibindən
soruşdu:
– Deyəsən,
sizi yordum, yəqin yatmaq istəyirsiniz?
Andranik
müsahibinin dediklərindən bezikmiş kimi narazı halda:
– Xeyr!
Yorulmamışam! Sizin erməni xalqı barədə dedikləriniz
yuxumu da qaçırtdı, – cavab verdi.
–
Xahiş edirəm, sözlərimi təhrif etməyəsiniz,
mənim erməni xalqına hörmətim var. Burada söhbət
murdar hərəkətləri ilə öz xalqına
qarşı xoşagəlməz fikir yaradan qatı millətçilərdən,
nanəciblərdən gedir. Ona görə də
rica edirəm, millətlə millətçiləri
qarışdırmayın. Mən milliyyətindən
asılı olmayaraq bədxah, riyakar, hiyləgər, əməlləri
insanlığa sığmayan hər kəsə, hətta
doğma qardaşım olsa belə nifrət edirəm. Etiraz etməsəydiniz, bu barədə başqa bir
maraqlı hadisə də danışardım.
– O nə
hadisədir?! – Andranik hövsələdən
çıxdı:
–
Görürəm, sinəniz doludur. – Əsəbi
halda dilləndi. – Yəqin yenə də bizim əleyhimizə
nə isə uydurmaq istəyirsiniz. Açığını
deyim ki, qonşu kupelərin birində yer olsaydı, buradan rədd
olub gedərdim. Cəfəng sözləriniz
məni lap təngə gətirdi. Qınayan
olmasaydı, siz Eduard Çeburdanidzenin mənsub olduğu dindən
üz döndərib, gəzdirdiyim xaçdan imtina edərdim.
Eduard
Çeburdanidze təmkinlə:
– Nahaq qəzəblənirsiniz,
əzizim. Əsəbiləşməyin, – dedi. – Sizi
yaxşı başa düşürəm. Doğru
söz həmişə acı olur. Görürəm,
dediklərimi cəfəng hesab edirsiniz. Ancaq
yanılırsınız. Bayaqdan bəri
danışdıqlarımın hamısı uydurma yox, təkzibolunmaz
tarixi faktlardır. Hərçənd ki,
siz andraniklər iftira danışmağa, uydurma fikirlər
yürütməyə adət etmisiniz. Lakin
bu cür qeyriinsani keyfiyyətlər mənə yaddır.
Bir halda ki, vadar edirsiniz, bircə faktı da deyim, bununla da
söhbətimizi bitirək...
Eduard
Çeburdanidze baxışlarına təmkinli ifadə verib
müsahibindən soruşdu:
– Yəqin Üzeyir Hacıbəyov barədə eşitməmiş
deyilsiniz. Azərbaycanın dahi bəstəkarını deyirəm.
Onu bütün dünya tanıyır.
–
Eşitmişəm! Eləbelə. Ancaq onun barəsində dərin məlumatım
yoxdur. Bir də ki türk olandan sonra
Üzeyir Hacıbəyov nəyimə lazımdır? Bəstəkar olmasın, lap Allahın bacısı
oğlu olsun. – Andranik Poqosyan dodağını əyib
ikrahla cavab verdi. – Türkün
yaxşısına da lənət, pisinə də, – əlavə
etdi.
Eduard
Çeburdanidze kinayə ilə:
–
Yanlış yoldasınız, dostum. Üzeyir
Hacıbəyov sizə lazım olmasa da, mağalyanlara,
manukyanlara lazımdır. Heç bilirsənmi
ki, Mağalyan onun hesabına Amerikada məşhur incəsənət
xadimi kimi adsan qazanıb, vardövlət sahibi olub?!
–
Mağalyan kimdir? Onun bura nə dəxli var?!
– Andranik sifətini turşutdu. Və onun şübhəli
baxışları Eduard Çeburdanidzeyə zilləndi:
– Onda diqqətlə
qulaq as, o barədə ətraflı danışım.
Mağalyanın kim olduğunu bil.
– Eduard Çeburdanidze sözünə davam etdi. – Üzeyir
Hacıbəyov Azərbaycan peşəkar musiqisinin banisidir.
Təkcə Azərbaycanda deyil, bütün müsəlman
Şərqində ilk operanı Üzeyir Hacıbəyov
yaradıb. “Leyli və Məcnun”, “Koroğlu”
operaları, “Arşın mal alan”, “O
olmasın, bu olmasın” komediyaları dünya miqyasında məşhur
olan neçəneçə musiqi əsəri Üzeyir
Hacıbəyovun adı ilə bağlıdır.
Dəfələrlə Stalin dövlət
mükafatlarına layiq görülüb. Vaxtilə
Mağalyan ona yol tapmışdı. Üzeyir Hacıbəyovun
qılığına girib bir musiqiçi kimi onunla əlaqə
yaratmışdı... Ancaq sonradan Üzeyir
Hacıbəyova xəyanət etdi. Mağalyan
yaşadığımız on doqquzuncu yüz illiyin birinci
yarısında Amerikaya mühacirət etdikdən sonra orada
Üzeyir Hacıbəyovun “Arşın mal alan”
operettasını öz adına çıxıb. Əsəri erməni operasının şah əsəri
kimi təqdim edib və onun müəllifi şəxsən
Mağalyanın özü olduğu barədə Amerikaya car
çəkib. Utanıbqızarmadan erməni
artistlərindən ibarət truppa yaradıb. Üzeyir
Hacıbəyovun “Arşın mal alan”
operası Mağalyanın adı ilə Amerikanın bir
çox səhnələrində tamaşaya qoyulub. Həmin
illərdə erməni incəsənətinin incisi kimi
NyuYorkda “Arşın mal alan”ın not
kitabı nəşr edilib.
Kitabın üz qabığında Üzeyir Hacıbəyov
yox, Mağalyanın adı yazılıb. Bəli, bu, danılmaz bir həqiqətdir.Onda
az qala bütün Amerika əl
çalırdı ki, ermənilərin Mağalyan kimi dahi, əlçatmaz
musiqiçisi zühur olub. Əhsən belə musiqi xadiminə!!
Bu minvalla Mağalyan “Arşın mal alan”
operettasından əldə etdiyi gəlir hesabına külli
vardövlət sahibi olur. Özünə təmtəraqlı
ev alır. Binanın fasadında
“Arşın mal alan” yazdırır. Mağalyan bu cür əyri yolla varlandıqdan sonra
komediyanı ekranlaşdırmaq hüququnu kinorejissor Ruben
Manukyan adlı başqa bir erməniyə satır. Beləliklə,
erməniləşmiş “Arşın mal alan”
filmi Manukyanın adı ilə ekranlara buraxılır. Amerika və İran şəhərlərinin
divarlarını bəzəyən afişalarda musiqi müəllifi
Kuşnerev, ssenari müəllifi Manukyan, rejissor Tiqranov
yazılır. Qısası, Üzeyir Hacıbəyovun
“Arşın mal alan”ı bir qrup erməni
fırıldaqçısının girovuna çevrilir.
Eduard
Çeburdanidze sərt baxışları ilə Andranik
Poqosyanı təqib edərək:
–
Axırı da, bilirsən də necə qurtardı?! –
Müsahibinə yoxlayıcı sual verdi.
Andranik Poqosyan dillənmədi. Eduard Çeburdanidze söhbətinə
davam etdi:
–
Axırda da vaxtilə Üzeyir Hacıbəyovun orkestrində
violonçel çalan Okorkov Amerikaya köçəndə,
bütün bu həngamələrdən xəbər tutur və
məktub vasitəsilə əhvalatı olduğu kimi
Üzeyir Hacıbəyova çatdırır. Belə
bir ağlasığmaz xəbər operettanın əsl müəllifi
olan Üzeyir Hacıbəyovu bərk sarsıdır. O, məsələni
Azərbaycan hökumətinin başçılarına
bildirir. Və SSRİ xarici işlər naziri
Molotova ərizə ilə müraciət edir. Molotovun köməkçisindən cavab gəlir ki,
Sovet İttifaqı müəlliflik hüquqlarının
müdafiəsi üzrə beynəlxalq sazişi
imzalamamışdır. Üzeyir Hacıbəyovun
müəlliflik hüququ barədəki tələbinin həlli
imkanımız xaricindədir.
Nəhayət,
Üzeyir Hacıbəyovun “Arşın mal alan”
operettasının xaricdə bir qrup fırıldaqçı
tərəfindən erməniləşdirilməsi əhvalatı
Stalinə çatdırılır. Sən demə, Stalin hələ
1938ci ildə Azərbaycan incəsənəti
ongünlüyündə “Arşın mal alan”
tamaşasına baxıb və bu əsərə heyran olub. Hətta
Stalin deyib ki, “Arşın mal alan”a
inqilabdan əvvəl də baxmışam. Yaxşı
xatirimdədir, onda operettanın ürəyəyatan
mahnıları Gürcüstanda dildəndilə
düşmüşdü. Stalin
düşünür ki, okeanın o tayında fəaliyyət
göstərən şirkətlərə nəyi isə
qadağan etmək bir qədər müşkül məsələdir.
Odur ki, öz əsərimizi özümüz
kinolaşdırıb dünya ekranlarına buraxaq. Qoy
bütün kürreyiərzə əyan olsun ki,
“Arşın mal alan”ın əsl
yaradıcısı kimdir? Belə də edilir.
Böyük Vətən müharibəsinin qanlıqadalı
illərində SSRİ Kinematoqrafiya Komitəsinin sədri
Bolşakova göstəriş verilir ki, “Arşın mal alan” filmi yüksək səviyyədə
çəkilib bütün dünya ekranlarında
nümayiş etdirilsin. Ağır döyüş getdiyi bir
dövrdə “Arşın mal alan” filminin
çəkilişi üçün dövlət büdcəsindən
beş milyon manatdan artıq vəsait ayrılır. Əsər 1945ci ildə ekranlara buraxılır.
Beləliklə, mağalyanların, manukyanların iç
üzü açılır...
Eduard
Çeburdanidze nəfəsini dərib özünü cəmləşdirərək:
– Bax, mənim
kupe yoldaşım, dediyim haqq sözlərə görə
xaçından imtina etmək istəyən din qardaşım,
– dedi. – Bu cür rüsvayçı faktlar məgər birdir,
beşdir?! Hansını deyim?!
Sözümün canı odur ki, adam eybinə
kor olar... Amma sizlər... Erməni faşizmini
darmadağın eləyib, Hitlerin kürəyini yerə qoyan
Sovet hökuməti kimi nəhəng bir dövlət
üçdörd nəfər fitnəkar erməninin öhdəsindən
gələ bilmirdi. Az qalıb ki,
ayı və ulduzları da öz adınıza
çıxıb erməniləşdirəsiniz. Düzünü deyəndə niyə
acığınız gəlir?! Deyilənlərə
görə, bəzi erməni cızmaqaraçıları
iddia edir ki, guya Amerikanı ilk dəfə ermənilər kəşf
eləyib... Eşidəndə bişmiş
toyuğun gülməyi gəlir.
Eduard
Çeburdanidzenin qaşları çatıldı:
– Məni
qınama, dostum, din qardaşım, nə etməli, xislətim belədir. Düz
söz gələndə saxlaya bilmirəm. Yeri düşəndə deməliyəm. Həmişə də dilimin bəlasını
çəkirəm. Ona görə də rica edirəm, məni
bağışla, hörmətli Andranik Poqosyan! – Eduard
Çeburdanidze axırıncı kəlmələri kinayə
ilə dedi.
Andraniki tər götürmüşdü. O, müsahibinin dediyi
sözlərin təsirindən, rinqdə ağır nokaut alan özündən müştəbeh
boksçunun vəziyyətinə düşdü və
ağzını açıb Eduarda qarşı
narazılığını bildirmək istəyəndə,
kupenin qapısı açıldı. Vaqon bələdçisi
başını içəri salıb, tələsik və həm
də tələbkar bir səslə:
– Vətəndaşlar!
Vətəndaşlar! Şəhərə
çatmışıq! Artıq vağzaldayıq!
Hazırlaşın! Hazırlaşın! – deyib
qarşı-qarşıya oturmuş sərnişinlərdən
cavab gözləmədən yan kupelərə keçib, eyni
sözləri dönədönə təkrar etməyə
başladı.
Andranik nə demək istəyirdisə, sözü
ağzında qaldı. Onlar tələmtələsik
yıryığış eləyib ağızucu xudahafizləşdilər
və birbirinin üzünə baxmadan yumşaq kupeni tərk
etdilər.
lll
Andranik sevimli qızı Silvanı tapanda xeyli sevindi. Silva
atasının bir neçə ay bundan əvvəl
gördüyündən də gümrahdı. Heç bir azarbezarı yox idi. Atasına
teleqram vurmaqda məqsədi başqa idi. Nərmənazik
bədəni, cazibədar görkəmi ilə məktəbdə
hamını hayılmayıl edən, utanıb çəkinmədən
oğlanlarla açıqsaçıq danışıb min
oyundan çıxan Silva, valideynlərinin xəbəri olmadan,
kafedra müdiri və texnika sahəsində nadir
ixtiraçı olan Solomon Betker adlı bir yəhudini,
tovlayıb yoldan çıxardıb və Yelena adlı
arvadını boşadıb ona ərə gedib, özüdə
Yelena iki uşağın anası ola-ola. Sən
demə Solomon Betker özündən iyirmi yaş kiçik tələbəsi
Silva ilə hələ üçüncü kursdan ərarvad
kimi yaşayırmış. Silva sonuncu
kursda boynuna uşaq düşəndə hansı yolla olursa
olsun, Yelenanı boşatdırıb Betkerə ərə getmək
qərarına gəlir. Və fikrini müəlliminə
açıb deyəndə, Betker sarsılıb
çıxılmaz vəziyyətə düşür.
Solomon Betker Silvanın xarici gözəlliyinə
bənd olub, onunla eyşişrətə
qurşanmasının nə kimi acı nəticələr verə
biləcəyini anlayıb başa düşəndə dəhşətə
gəlir. Silvanın qarşısında
kiçilib diz çökür, günahlarını etiraf
edir və yalvarıb yaxarır ki, məşuqəsi bu fikirdən
dönsün və uşağı tələf etdirsin. Silva isə dediyindən dönmür. Müəllimini, məsələni
açıbağardacağı, onu zorla bədbəxt
etdiyini aləmə car çəkəcəyi, partiyadan, vəzifədən
qovduracağı, həm də məhkəmə qarşısında
oturdacağı ilə hədələyir. Arvadını boşayıb onunla evlənməyəcəyi
təqdirdə özünü intihar edəcəyinə and
içir.
Betker vəziyyətdən çıxmaq
üçün Silva ilə evlənmək məcburiyyətində
qalır. Beləliklə, fizika elmləri doktoru Solomon Betker ərə
getməli qızını, evlənməli oğlunu, orta məktəblərin
birində riyaziyyat müəllimi işləyən arvadı
Yelenanı atıb Silva ilə ailə həyatı qurmalı
olur.
Andranik Poqosyan bunu biləndə əvvəlcə hirslənib
özündən çıxdı və qızının bu
özbaşına əxlaqsız hərəkətinə
görə pərt oldu. Hətta Silvaya əl qaldırmaq istədi.
Lakin biləndə ki, Betker Silvadan yaşlı
olsa da, fizika sahəsində tanınmış alimdir, o dəqiqə
hirsi soyudu. Ona görə də, ata daha da
şad oldu və qızına güldən ağır bir
söz demədi. Əksinə, belə bir
nikahdan məmnun olub, Silvanın saçlarını
sığallayıb onun alnından öpdü.
Çünki Andraniki düşündürən
qızının uğursuz ailə həyatı yox, hər
yerdə sözü ötən ixtiraçı alimlə qohum
olması idi.
Aydın məsələdir ki, böyük
nüfuz sahibi olan Betker, istəristəməz hər yerdə
gənc arvadının mənsub olduğu millətin tərəfini
saxlayıb, təəssübünü çəkəcəkdir.
Andraniki də cavan qızının gələcək
taleyi yox, yaşlı yeznəsinin nüfuzlu alim olması
maraqlandırırdı.
Odur ki, Andranik bu sevdanı eşidəndə qanadı
olsaydı, uçardı. O düşünürdü ki, Silva
xanımın xatiri xoş olsun deyə, qoca kürəkən
neçəneçə ermənini qanadına alıb onlara
himayədarlıq edəcək. Solomon Betkerin təkcə
institutda deyil, Kremlin özündə belə bir sözü
iki deyildi. Andranik qızının dərrakəsinə
heyran qalmışdı. Bir də ki,
axı, Solomon Betker yaşlı adamdır. Bu günsabah başını yastığa qoyandan
sonra ixtiralarından əldə etdiyi küllivaridatın yeganə
sahibi Silva xanım olacaqdır. Varlı bir
xanım üçün sinov gedən cavancavan oğlanlara nə
gəlib?! Bir sözlə, Andranikin də,
Silva xanımın da bəxti hərtərəfli gətirmişdi.
Uzaqgörənliklə onu yaxşı anlayan
Andranik, Solomon Betkerlə yeganə qızı Silva Poqosyanı
ürəkdən təbrik etdi. Gec də olsa,
yaxınuzaq qohumların, dosttanışların
iştirakı ilə çox da geniş olmayan mənzilin nisbətən
iri zalında on beşiyirmi nəfərlik xudmani məclis
qurub yaşca birbirindən xeyli fərqli olan Solomon Betkerlə
Silva Poqosyanın yeni ailə həyatı qurmaları
münasibətilə təbrik edib, bəylə gəlinə
xoş gələcək arzuladılar. Məclisə
dəvət olunanların əksəriyyəti erməni idi.
Onların arasında Solomon Betkerin
qohumlarından demək olar ki, heç kəs gözə dəymirdi.
Solomon Betkerin təkidli xahişi ilə onun cəmi
üç nəfər iş yoldaşı mərasimə təşrif
gətirmişdi.
Andranik Poqosyan sevindiyindən qanadı olsaydı,
uçardı. Onun və qızı Silvanın
yaxınları şən davranışları ilə Solomon
Betkerlə yaranan belə bir qohumluqdan son dərəcə məmnun
olduqlarını və bununla fəxr etdiklərini aydınca
büruzə verirdilər. Silva ərinə
olan ehtiramını nümayiş etdirirmiş kimi nəvazişlə
onun qabağındakı qabqacağı teztez dəyişdirir,
qədəhinə konyak süzür, hərdən
özünün bəzəkli ipək dəsmalını
çıxarıb onun yağlaçov dodaqlarını,
alnında puçurlanan təri silirdi. Andranik
içkinin təsirindən qızarmış sərxoş
baxışlarını məchul bir nöqtəyə zilləmişdi.
Hiss olunurdu ki, qızının süfrə başında ərinə
göstərdiyi bu cür həzin nəvazişdən məmnundur.
Və daxilən düşünürdü ki,
“Afərin Silva! Solomon Betkeri seçib-sevməkdə
necə də məharətlisən. İndən
sonra Solomon Betker bizim dediyimizlə oturubduracaq,
çaldığımızla oynayacaq, hər yerdə millətimin
təəssübünü çəkəcək, andraniklər
nəslinin sözünü deyəcək. Böyük nüfuz sahibi olan belə bir yəhudi
aliminin türkün düşmənləri tərəfinə
keçməsi bilirsən nə deməkdir?!
Anandan əmdiyin
süd, mənim verdiyim çörək sənə halal
olsun, Silva!! Mənim ağıllı, dərrakəli qızım!
Bizim Silvanın hesabına Solomon Betkerlərin
sayını artırıb, nəinki Ağ evdə, Kremldə,
Yelisey sarayında əyləşənləri, bütün
dünyanı ayağa qaldırıb hamını
inandırarıq ki, doğrudan da türklər erməniləri
qırıb genosid eləyib. Nə olsun ki,
sən cavansan, mənim Silvam?! Düzdür,
Solomon Betker yaşca atan yerindədir. Yaxşı bilirəm
ki, ondan sənə ər çıxmaz. Ancaq sən məndən
ağıllısan, düz yol seçmisən, Silva!
Solomon Betker kimilərin hesabına Amerikada, Fransada
türklərə qarşı nifrət yaradıb yüzlərlə,
minlərlə sözükeçən adamı
inandırmışıq ki, türklər bizi genosid eləyib. Amerikanın, Fransanın bir
çox iqtidar, ixtiyar sahibləri az
qalıb ki, bizdən ötəri göz yaşı
töksünlər və genosid qurbanlarına yas tutub
ağlasınlar. Mənim ağıllı qızım Silva! Solomon Betkeri ovsunlayıb ələ keçirməklə
heç bilirsən bizim andraniklər nəslinə necə
fövqəladə xidmət göstərmisən?! Mənim
kamallı qızım! Məni qınayan
olmasaydı, elə buradaca, hamının gözü
qabağında ayağa qalxıb səni bağrıma
basardım, dönədönə o qırmızı
pamadalı dodaqlarından öpərdim. Atan
olsam da heç vaxt ağlıma gətirməzdim ki, sən bu
qədər uzaqgörən, ağıllı, fəndgirsən,
mənim Silvam!”
Solomon Betker isə özünü heç də təzə
bəy kimi aparmırdı. Onun müəmmalı
davranışından hiss olunurdu ki, Solomon Betkerin daxili aləmində
gizli bir fikir dolaşır. O, teztez məclisdəkilərə
üzrxahlıq edib ayağa qalxır, balkona çıxıb
siqaret tüstülədir və yenə də fikirlifikirli
geriyə dönürdü. Silva xanım onun müəmmalı
davranışını başa düşüb, incə
barmaqlarını Solomon Betkerin boyunboğazında, nazik
qırışlar düş- müş sirsifətində gəzdirirdi
ki, yaşlı sevgilisinin eyni açılsın və ətrafdakılardan
həya eləmədən teztez qolunu Betkerin boynuna salıb, təravətli
yanaqlarını onun təzəcə qırxılıb ətirlənmiş
batıq sifətinə söykəyirdi.
Süfrəni
dövrəyə alan qonaqlar isə öz
aləmindəydi. Onlar növbə ilə
ayağa qalxıb bəlağətli sözlərlə bəylə
gəlinə təriflər deyib, əllərindəki dolu qədəhləri
həvəslə birbirinə toxundurub cingildədirdilər.
Silvanın rəfiqələri yanaşı
oturduqları ərlərinin qulağına nə isə
pıçıldayıb xısınxısın
gülürdülər. Onların
gülüşündə incə bir istehza olduğunu Andranik
Poqosyandan başqa məclisdəkilərin heç biri eyninə
almırdı.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.- 2015.- 20 mart.- S. 22-23.