Dillər Universitetində Bəxtiyar Vahabzadə yad edilib

 

Azərbaycan Dillər Universitetində (ADU) Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbir Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamına əsasən təşkil olunub.

 

Yubiley mərasimində universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov B.Vahabzadənin həyat yaradıcılığından, onun XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Xalq şairi haqqında fikir söyləməyin şərəfli olduğunu deyən S.Seyidov Azərbaycan poeziyasının zirvəsində dayanan dahi insanların hər bir ali təhsil ocağında anıldığını qeyd edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, professor Şirməmməd Hüseynov, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, ADU-nun Azərbaycan dili ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva B.Vahabzadə ilə bağlı xatirələrini bölüşüb, şairin yaratdığı obrazlardan, şeirlərindən, Azərbaycan dramaturgiyasına gətirdiyi yeniliklərdən bəhs ediblər.

 

Sonra Azərbaycan incəsənətinin nümayəndələri xalq şairinin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər.

 

Tələbələr B.Vahabzadənin "Bir salama dəymədi", "Anamın ölümünə", "Ana dili" şeirlərini səsləndiriblər.

 

ADU-nun ingilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, ingilis dilinin tərcüməsi kafedrasının dosenti Sabir Mustafa alman dilinin tərcüməsi kafedrasının dosenti Yusif Savalan xalq şairinin yaradıcılığında yer alan şeirlərindən tərcümələrini söyləyiblər.

 

Sonda Xalq şairi Bəxtiyar Vahabzadənin həyat yoldaşı Dilarə Vahabzadə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 1 may.- S.7.