Fərdi uçot əsaslı
sosial sığorta-gələcəyin təminatı
kimi
Bazar iqtisadiyyatına
keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin
yaranması sosial müdafiə sistemində
zəruri islahatların
aparılmasını, müasir
dövrün tələblərinə
cavab verən çevik, işlək mexanizmləri təmin edən tam əlaqəli hüquqi və iqtisadi sosial təminatlar sisteminin yaradılmasını tələb
edir.
Bununla əlaqədar
son illərdə sosial
müdafiə sahəsindəki
qanunvericiliyin təkmilləşdirilməsi
və yeni qanunların yaradılması
istiqamətində zəruri
işlər görülərək,
beynəlxalq normalara uyğun yeni qəbul olunan hüquqi sənədlər
ölkədə sosial
müdafiə sisteminin
keyfiyyətcə yenidən
qurulmasına şərait
yaradır. Ölkədə sosial yönümlü
bazar iqtisadiyyatının
yaradılması məqsədilə
və əhalinin, xüsusilə aztəminatlı
təbəqənin sosial
müdafiəsinin yaxşılaşdırılması
ilə əlaqədar
1993-cü ilin iyun ayından etibarən əhalinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı
30-dan artıq qanun qəbul olunaraq, müvafiq fərman və sərəncamlar imzalanıb.
Pensiya təminatı sistemi - sosial müdafiə siyasətinin ən mühüm istiqamətlərindən
biri
Dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən
biri pensiya təminatı sistemidir. Müstəqilliyin əldə edildiyi ilk illərdə ölkə iqtisadiyyatının zəif
inkişafı, maliyyə
vəsaitlərinin çatışmazlığı
səbəbindən pensiya
təminatı sistemində
çətinliklər meydana
çıxmışdı.
Bununla yanaşı,
Sovet dönəmindən
qalmış sosial sığortaya əsaslanmayan
pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu Azərbaycan üçün
əsas və ümumi bir problem idi. 1993-cü ildən başlayaraq Azərbaycanda
siyasi sabitlik bərqərar edilməklə
əldə olunan dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinin əsas
amilinə çevrildi.
Məhz bu dövrdə ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun
yenidən qurulması
sosial siyasətin strateji istiqamətlərindən
biri kimi müəyyənləşdirildi.
Ötən illər ərzində
həyata keçirilən
islahatlarla Azərbaycanda
müasir və sosial baxımdan yüksək səmərəyə
malik pensiya təminatı sisteminin yaradılmasına nail olundu.
Bunun nəticəsində pensiya
yaşında olan əhali təbəqəsinin
sosial rifah durumu əhəmiyyətli
şəkildə yaxşılaşaraq
bu təbəqədə
yoxsulluq, demək olar ki, tam olaraq
aradan qaldırıldı.
Əhalinin sosial müdafiəsi
sahəsində məqsədyönlü
tədbirlər 2006-2013-cü illərdə əmək pensiyalarının orta aylıq məbləğinin
5,7 dəfə yüksəldilməsinə və
beləliklə də
bu göstərici üzrə ölkəmizin
postsovet coğrafi məkanında öncül
mövqelərdə qərarlaşmasına
imkan verdi. "Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasında
qarşıya qoyulmuş
hədəflər bütövlükdə
sosial sahədə, o cümlədən, vətəndaşların
pensiya təminatı sahəsində ölkəmizin
əldə olunmuş
nailiyyətlərə söykənməklə
yeni perspektivlərin çizilməsinə və
qabaqcıl beynəlxalq
təcrübəyə uyğun
dəyişikliklər strategiyasının
həyata keçirilməsinə
əlverişli zəmin
yaradır.
Sosial sığorta barəsində
yanlış təsəvvürlər
Hazırda əksər insan sosial sığortanın mahiyyətini tam dərk edə bilmir və onu vergilə
qarışdırır. Əslində isə sosial sığorta iqtisadi mahiyyətinə görə
vergi deyil, işçinin əməyinin
dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə
atılan addımdır.
Məhz ödənilmiş məcburi
dövlət sosial sığorta haqlarının
fərdi uçotu qurulmaqla, vətəndaşların
pensiya hüquqları
həmin uçotun məlumatları əsasında
müəyyənləşdirilir.
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimovun fikrincə, bir sıra hallarda
bəzi ekspertlər sosial sığortanı vergi ilə qarışıq salaraq sığorta-pensiya sistemi
iştirakçılarında yanlış təsəvvür
formalaşdırır.
Onun sözlərinə görə,
həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri
barədə bir az tanışlıq
kifayətdir. Şöbə
müdiri bildirir ki, ölkəmizin sığorta-pensiya sistemi
vasitəsilə iqtisadiyyatının
ayrı-ayrı sahələrinin
inkişafına uyğun
əməkhaqqı fondu,
bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə
sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı
pensiya artımlarını
da şərtləndirir:
"Sosial sığorta
iqtisadi mahiyyətinə
görə vergi deyil, işçinin əməyinin dəyərinin
bir hissəsidir və sosial risklərdən sığortalanma
məqsədilə fondlaşdırılır.
İşçinin əməyinin dəyəri
təkcə əmək
haqqı kimi verilən məbləğlə
deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün
lazım olan bütün xərclərlə,
o cümlədən, xəstəlik,
əlillik, qocalma, ailə başçısını
itirmə hallarında
təminatla ölçülür. Sosial sığorta
haqları beynəlxalq
təcrübədə, eləcə
də ölkəmizdə
əmək haqqına
üstəlik adlandırılır
və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya
hüquqları həmin
uçotun məlumatları
əsasında müəyyənləşdirilir".
Qeyd edək ki, hazırda
ölkəmizdə pensiyaçıların
sayı 1,28 milyon nəfər, sığortaolunanların sayı
isə 2,7 milyon nəfərdir. Bir pensiyaçıya təxminən
2,1 nəfər sığortaolunan düşür.
Dövlətin xüsusi diqqəti
Dövlət Sosial Müdafiə
Fondunun Pensiya və müavinətlər
şöbəsinin müdiri
Elşən Məmmədəliyevin
fikrincə, pensiyaçıların
sosial müdafiəsinin
xüsusi diqqət mərkəzində saxlanılmasının
nəticəsidir ki, pensiyaların orta aylıq məbləği
hər il
yüksələn dinamika
ilə artırılır:
"Belə ki, ölkə
üzrə pensiyaların
orta aylıq məbləği 1 yanvar
2006-cı il tarixə
29,8 manat olduğu halda, hazırda isə bu rəqəm 175,1 manata, o cümlədən,
yaşa görə əmək pensiyasının
orta aylıq məbləği 194,6 manata
çatıb. Yeni sistemin fəaliyyətə
başladığı dövrdən
indiyədək əmək
pensiyalarının baza
məbləği 4 dəfə
artıb. Həmçinin
dövlət başçısının
əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi barədə
sərəncamlarına əsasən,
müvafiq şəxslərin
əmək pensiyalarının
sığorta hissəsinə
ölkədə baş
vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3
faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik,
2009-cu ilin yanvarın
1-dən 20,8 faizlik, 2010-cu il
yanvarın 1-dən 1,5 faizlik,
2011-ci il yanvarın
1-dən 5,7 faizlik, 2012-ci il
yanvarın 1-dən 7,9 faizlik,
2013-cü il yanvarın
1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik, 2015-ci il yanvarın 1-dən 1,4 faizlik artım tətbiq edilib. 2007-ci ildən başlayaraq
Azərbaycan Prezidenti tərəfindən əmək
pensiyalarının sığorta
hissəsinin indeksləşdirilməsi
ilə bağlı verilmiş belə sərəncamların sayı
artıq 9-a çatıb".
Onun sözlərinə görə,
işləyən əmək
pensiyaçılarına yaşa
görə əmək
pensiyası baza və pensiya təyin olunan günədək qazanılmış
sığorta hissəsi
tam məbləğdə olmaqla
ödənilir:
"Əmək pensiyaları haqqında" Qanununa əsasən pensiyaların məbləği baza, sığorta və yığım hissələrindən ibarət olmaqla müəyyən edilir. Əmək pensiyalarının baza hissəsi pensiyaçıların sosial müdafiəsinin dövlət təminatı sayılır və bu hissəyə aid olan məbləğ dövlət tərəfindən müəyyənləşdirilir. Sığorta hissəsi fərdi hesabda şərti uçota alınan və real pul kütləsi olmayan pensiya kapitalına əsasən hesablanır. Yığım hissəsi isə fərdi hesabda real olaraq toplanan kapitala görə təyin olunur".
Mənbə rolunu oynayan fərdi hesab
Şöbə müdirinin dediyinə görə, bəzi hallarda vətəndaşlar pensiyanın sığorta hissəsi ilə yığım hissəsinin anlamını dəyişik salır:
"Bilmək lazımdır ki, pensiyanın sığorta hissəsində yığılan vəsait real pul kütləsi deyil, amma gələcəkdə yığım hissəsi aktivləşdirildikdən sonra yığım hesablarında toplanacaq vəsait real pul kütləsi olacaq. Hazırda sığortaolunanın fərdi hesabında toplanan vəsait şərti olduğundan sığortaolunana yalnız yaşa, əlilliyə və yaxud, vəfat etdikdə ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasında nəzərə alınır. Yığım hissəsi aktivləşdirildikdən sonra sığortaolunana pensiyası təyin edildikdə, yaxud o vəfat etdikdə onun vərəsələri fərdi hesabının yığım hissəsində toplanan vəsaitləri, həmin vəsaitlərin dövriyyəsindən əldə olunan gəlirləri istər birdəfəlik, istərsə də hissə-hissə əldə etmək imkanını qazanacaq. Yığım sisteminin tətbiqinin əsas özəlliyi ondadır ki, pensiyaların maliyyələşdirilməsi üçün mənbə rolunu vətəndaşın fərdi hesabında toplanan vəsaitlə yanaşı, həm də pensiya aktivlərindən əldə olunan gəlirlər də təşkil edəcək.
Yəni, yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır və müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Hazırda pensiyalar baza və sığorta hissəsindən ibarət olmaqla təyin olunur və artırılır. Yığım hissəsi isə hazırda aktiv deyil, onun növbəti mərhələdə islahatlar çərçivəsində fəallaşdırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir".
Qeyd edək ki, son illər pensiya və müavinətlər sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artıb. Sığorta-pensiya sistemində əhaliyə göstərilən xidmətlərin elektron formada təşkili sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır.
Sığortaolunanların elektron məlumatlandırılması sistemi istənilən sığortaolunana Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılan fərdi şəxsi hesabında illər üzrə toplanan pensiya kapitalına nəzarət etmək imkanı yaradır. Bu da sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, həm işə götürənlər üzərində ictimai nəzarətin təşkilinə yardım edir, həm də avtomatlaşdırılmış pensiya təminatının reallaşdırılmasını təmin edir. Onu da bildirək ki, fərdi uçot sisteminin tətbiqi ilə bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən kifayət qədər maarifləndirmə işi aparılır.
İsgəndər
HƏSƏNOV
525-ci qəzet.- 2015.- 1 may.- S.4.