Daha bir “Ulduz”
Bugünlərdə “Ulduz” jurnalının aprel sayı işıq üzü görüb.
Dərgi
şair Həyat Şəminin “Ulduz”a baxışlar dəyişir”
adlı ekspert yazısı ilə açılır:
“Ulduz” jurnalının
mart nömrəsi qarşımdadır,
inkişaf və yenilənmə isə göz önündə. İstənilən ədəbi orqanın inkişaf və yenilənməsinin bazasında
isə mütləq dəyişən məzmun
və forma, kreativ kollektivin daxili potensialı, yaradıcı
gücü, işlək
qüvvəsi durur.
Maraqlı və axtarışlı
hər bir oxucunun gözü daim daha maraqlı
və təəccüb
doğuracaq yazı axtarışındadır. Mətbu orqan üçün oxucu sərhədi yoxdur, amma sərhədsiz
oxucu qarşısına
çıxmağın da
böyük məsuliyyəti
var”.
Ekspert
yazısını gənc
yazar Səxavət Sahilin şeirləri izləyir.
Qulu Ağsəsin
“Görsən üşüyürsən,
yandır özünü”
essesi də jurnalın bu sayında dərc edilib.
“Ulduz”un aprel sayında İlkin Xaliq, İltimas Səmimi, Hikmət Məlikzadə, Esmira Məhiqızı, Leyla Faiqqızı, Faiq Hüseynbəylinin şeirləri
təqdim edilib.
“Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan “Variasiya”da Orxan Kamalın “İki buçuk” hekayəsinin tərcüməsi
ilə bağlı müsabiqə elan olunmuşdu. Ədəbiyyatşünas alim və tərcüməçi Məti
Osmanoğlu Nilufər
Şıxlını tərcümə
müsabiqəsinin qalibi
seçib. Layihəyə,
onunla yanaşı, Nazilə Gültac, Xanım Mehdixanlı, Gülnar Axundova, Turan Bayramqızı, Pərvanə Rəhimli, Şəfiqə
Şəfa, Nigar An qatılmışdı.
Professor Vaqif Yusifli “Ədəbi gənclik:
2014” məqaləsində ilin
poetik mənzərəsini
təsvir edib.
Jurnalın “Tərcümə saatı”nda
Zəka Vilayətoğlunun
tərcüməsində modern türk yazıçısı
Yalçın Tosunun
“Damdakı”, Məlahət Qənbərovanın
tərcüməsində Mar Bayciyevin “Dost axtarıram” hekayələri işıq
üzü görüb.
Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimlinin “Anarın “Gözmuncuğu” povesti əsrin nəsri kontekstində” yazısı jurnalın “Tribuna”sında verilib.
Jurnalın bu sayına Vahid Qazi “Yaddaş ləpirləri” silsiləsindən “Sonalar “gölü”nün sahili” barəsində İsveçdən yazıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Alıqızının “Uğur gedilən yoldur” yazısı da “Ulduz”u aprel sayında oxuculara təqdim edilib.
Zaur Qəriboğlu “Sükutun səsi”ndə “Fikir cizgiləri”ni qələmə alıb.
Nəsrsevərlər jurnalda Aydın Canıyevin “Yesenya”, Ayişə Nəbinin “Qucağımdaymış ölüm” hekayələri ilə tanış ola bilərlər.
Məti Osmanoğlunun təqdimatında Yohan Höyzinqanın “Gənc yazarlar üçün nəzəriyyə dərsi” verilib.
Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın “Mələklər apardı səni” yazısı dəyərli şairə Nurəngiz Günün əziz xatirəsinə ithaf olunub.
“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsində bu dəfə şair Xəyal Rza “Qırmızı” ilə çıxış edir.
Jurnalı alanlar hədiyyə olaraq şairə Sona Vəliyevanın “Arazbarı” kitabını və Zülfiyyə Eldarqızının “Turan ellərinə salam söyləyin” adlı diskini əldə edə bilərlər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 2 may.- S.19.