Aziyadə kimdir?

 

 

 

Qurban Səid adıyla yazılmış iki kitabdan biri olanİstanbullu qız ya tam almancadakı adıyla desək  “Das Madchen vom Goldenen Horn” (Altın buynuz Haliçdən gələn qız) romanının baş qəhrəmanı olan Aziyadə haqqında daƏli Nino” romanı kimi müxtəlif mübahisələr olub bir çox iddialar irəli sürülüb.

 

  1938-ci ildə Vyanada çap olunmuş romanın baş qəhrəmanı Aziyadə 18-19 yaşlarında gənc bir qızdır eynilə Əsəd Bəy kimi 1928-ci ildə Berlində yaşamaqdadır. Onu fərqləndirən  Osmanlı paşası Ahmed Amberinin qızı olması bir Osmanlı şahzadəsiylə nişanlanmasıdır. Eyni zamanda o, Berlində şərqşünaslıq oxumaqdadır məşhur türkoloq Prof.Banqın tələbəsidir.

 

  Aziyadənin romandakı həsrəti, xəyalları, inancı, eşqi, öyrəndiyi dillər, türklərin qədim tarixi ilə bilgilər gəzdiyi yerlər Əsəd Bəyi tanıyanlar tədqiqatçılar üçün tanış məlumatdır. Bu mövzuya məqalənin sonrakı bölümlərində yer verəcəyik. Amma öncə Aziyadənin kim olduğu haqqında 2011-ci ildə Hadi Şenol tərəfindən  ortaya atılan iddiaya baxmaqda fayda var.

 

  Hadi Şenolun 2011-ci ildə Ankara Universiteti Dil Tarix - Coğrafiya fakültəsinin  Türkologiyajurnalında (18, 2 (2011) 1-22) “Səadət xanımbaşlıqlı bir məqaləsi çap olundu. O məqalədə prof. Səadət Çağatay haqqında məlumat verilərkən, onun 1927-1933-cü illər arasında Berlin həyatı ilə bağlı məlumatın az olduğu sadəcəHaliçdən gələn qızromanında məlumatın tapıldığı yazılıb. (“Türkologiya” jurnalı,18-ci sayı, Hadi Şenol 2011,s.1-22) Yenə məqalənin sonrakı bölümlərində Səadət xanımın da Aziyadə kimiyuxusuzluq xəstəliyinətutulduğu bildirilib.

 

  Romanın həm almanca orijinalında, həm Türkiyədə Everest Yayınlarının 2005-ci ildə  İstanbullu qızismiylə çap olunmuş türkcə nüsxəsində Aziyadəninyuxusuzluq xəstəliyinərast gəlmədik. Hətta bu iddianı pozacaq şəkildə demək olar ki, hər bölümün sonunda Aziyadə rahat yatmaqdadır. Hadi Şenolun bu iddiası doğru deyildir. Ayrıca olaraq, Səadət xanım fotoşəkillərdə qara saçlı, Aziyadə isə sarı saçlıdır (“İstanbullu qız”, s.7).

 

Prof. Səadət Çağatay məşhur Kazan tatarlarından Ayaz İshakinin qızıdır. Ayaz İshaki 1878-ci ildə Kazanda dünyaya gəlib 1954-cü ildə Türkiyədə vəfat edib. O, Kazanda 1905-ci ildə qurulmuş Tanqçlar təşkilatının qurucularından biri olub illərlə həbsxanalarda yatıb. Sovetlər İttifaqından qaçaraq Türkiyəyə yerləşərkən ilk həyat yoldaşından olan qızı Səadət xanımı Berlinə təhsil almaq üçün göndərib. Səadət xanım Berlində Türkologiya fakültəsində oxuyub, yenə orada doktorluq dissertasiyası müdafiə edib 1939-cu ildə türküstanlı prof. dr. Tahir Çağatay ilə evlənərək Türkiyəyə yerləşib. Türk ləhcələri, qazax mətnləri mövzusunda işləri var. 1989-cu ildə Ankarada vəfat edib.

 

Aziyadə həqiqətən də 1928-ci ildə Berlində yaşamaqdadır (s.4). Məşhur türkoloq prof. dr. Willy Banqın tələbəsidir. Prof.Banq uzun tağlı burnunun üstündə əlini gəzdirdi”. (“İstanbullu qız”, s.1) Əsəd Bəy kimi Berlində Uhland küçəsində yaşamaqdadır. Əslində Berlini tanıyan romanı diqqətlə oxuyan bir oxuyucu romanda Aziyadənin gəzdiyi yerlərdə Əsəd Bəyin yaşadığını, gəzdiyini asanlıqla anlaya bilər. Əsəd Bəyin atasıyla birlikdə Berlinə gəliş tarixi 1921-ci ildir. 16 yaşında Berlindəki qarışıq rus liseyində təhsilə başlar. Daha lisey təhsili davam edərkən 1922-ci ildə Berlindəki Friedrich Wilhelm Univeristetinin (İndiki Humbold Universiteti) Şərq Dilləri Seminarına qatılır. Bu təhsilin müddəti dörd il davam etmiş olmalıdır. Çünki onun “Ədəbiyyat dünyası” qəzetindəki “Şərqdən “ başlıqlı yazıları 1926-cı ildə başlayıb. O universitet mühiti Aziyadənin romandakı mühitinə çox bənzəməkdədir. Hətta Aziyadənin prof. Banqdan aldığı dərslər də eynidir.

 

Əsəd Bəyin Berlində yaşadığı yerlər (Kurfürstendam, Fassanen küçəsi, Uhland prospekti, Unter der Linden) “İstanbullu qız” romanında Aziyadənin gəzdiyi yerlərdir. Aziyadə Universitetə gedərkən Dorothen küçəsindən içəri girər (s.2). Dorothen küçəsi indi Humbolt Universitetinin kitabxanasının olduğu prospektdir.

 

 Ayrıca olaraq, Aziyadə də eynilə Əsəd Bəy kimi davamlı Berlin Şərq cəmiyyətinə gedər. İçərisi tütün dumanıyla göz-gözü görməməkdədir. Salonda Qacar şahzadələrindən ərəb şahzadələrinə qədər hər kəs var. İçəridə müxtəlif şərq dillərində söhbətlər aparılır, dualar oxunur, zikirlər olunur, şərqilər söylənir və hindistanlı bir professorun imamlığı ilə namazlar qılınır (s.32,33). Burada adı keçən hindistanlı professor həqiqətən də Əsəd Bəyin tanıdığı Prof.Abdül Cabbar Hayridir.

 

  Əsəd Bəy 1931-ci il yanvarın 31-də, yəni “İstanbullu qız” romanı çap olunmadan 7 il öncə “Ədəbiyyat dünyası” qəzetinə yazdığı “Həyat Hekayəm” adlı məqaləsində Berlin Hannover küçəsindəki Şərq cəmiyyətini belə təsvir edir: “Berlinin qaranlıq, duman dolu bir kafesində bir neçə islamistlə bir araya gəlirdik. Sayımız artdıqca dumana boğulmuş otaqda bəhsi keçən Şərq dillərinin sayı da artırdı.Təbii ki, arada bir də mübahisələr almanca aparılırdı. Aramıza qatılanların yarısı ingilisya rus agentləri idi. Rəhbərimiz sonradan İngiltərədə xidmətə gedəcək hindli bir hərəm ağası idi.

 

  Hamımızı müharibə eyni məkana toplamışdı və guya siyasi mövzuda fikir yürüdür,  düşmənlərimizə qarşı şüarlar, bildirişlər, hətta sui-qəsdlər hazırlayırdıq. Xəlifəlik haqqında söhbətlər qələmə alır, şeirlər yazır, eyni zamanda da bir universitetə qəbul olunmanın yollarını axtarırdım. Mövsümlər iz buraxmadan keçib gedirdi”.

 

Görüldüyü kimi Aziyadənin gördüyü hər şeyi Əsəd Bəy də görmüş və yazıb.

 

 Əsəd Bəyin həm özünün getdiyi, həm də “İstanbullu qız” romanında Aziyadəni gəzdirdiyi bu cür məkan və küçələrdə Səadət xanımı tanıması ehtimal daxilindədir. Çünki o dönəmlər Şərqdən gələn köçkünlərin gəzdikləri, yaşadıqları və toplandıqları yerlər Əsəd Bəyin davamlı  gəzdiyi yerlərdir. Orada Səadət xanımla qarşılaşmaları və tanış olmaları mümkündür. Amma əldə heç bir sübut olmadan Aziyadə Prof. Səadət Çağataydır demək, elmi olaraq doğru deyil.

 

 

 

Orxan ARAS

525-ci qəzet.- 2015.- 2 may.- S.19.