Azərbaycan nümayəndələri Rusiyada folklor simpoziumunda
Rusiya Federasiyasının
Rostov-Don şəhərində “MİRAS”
Mədəni İrsin
Öyrənilməsinə Kömək
İctimai Birliyi, Türkiyənin Səlcuq Universiteti və Rusiyanın Cənubi
Federal Universitetinin birgə
təşkilatçılığı ilə beynəlxalq mədəniyyət, incəsənət
və folklor simpoziumu keçirilib.
Simpoziumun
açılışında Cənubi Federal Universitetinin
dosenti Anton İvaneşko,
təşkilat komitəsinin
sədri Əhməd Aytaç çıxış
edərək tədbirin
üç ölkə
- Azərbaycan, Türkiyə
və Rusiyadan olan institutların təşkilatçılığı ilə keçirilməsinin
onların iqtisadi və mədəni əlaqələrinə mühüm
töhfə verəcəyini
nəzərə çatdırıblar.
Simpoziumda
Azərbaycan, Türkiyə
və Rusiyadan 50 məruzə, 12 poster təqdim
olunub.
Tədbirdə Azərbaycan alimlərinin
“Azərbaycan ərazisində
qədim türk incəsənəti”, “Türkdilli
xalqların mədəniyyət
və folkloruna dair”, “Şəki şəhəri və ətraf kəndlərdəki
pir və ziyarətgahlar”, “Azərbaycanın
Şəki şəhərində
ənənəvi sənətkarlıq
irsinin qədim izləri və müasir durumu”, “İncəsənət tarixi:
maddi və mənəvi mədəniyyətin
daşlaşmış şahidi
- başdaşları” mövzularında
poster-məruzələri təqdim
olunub.
Azərbaycan və Rusiya alimlərinin birgə tədqiqatı olan “İlk orta əsr
Mehrəvan şəhər
yerində metal detektorların
istifadəsi ilə aparılan araşdırmaların
ilkin nəticələri”
məruzəsi maraqla qarşılanıb.
Sonda simpozium
iştirakçılarına sertifikatlar, simpozium komitəsinin rəhbərlərinə
fəxri diplomlar təqdim edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 may.- S.17.