“Azərbaycan” jurnalının aprel sayı
Bu yaxınlarda “Azərbaycan”
jurnalının aprel sayı nəşr olunub.
Jurnal Nizami Cəfərovun “Ayrılarımı
könül candan” yazısı ilə açılır. Yazıda azərbaycançılıq ideologiyası və Səməd Vurğunun azərbaycançılıq idealları
haqqında fikirlər
öz əksini tapıb.
Məmməd İsmayıl, Ramiz
Qusarçaylı, Saleh
Qurbanov, Rübail, Yusif Nəğməkar, Rafiq Yusifoğlu, Nazir Rüstəm, Faiq Hüseynbəyli və Pərviz Axundun şeirləri jurnalın ənənəvi
“Poeziya” bölməsində
təqdim edilib.
“Nəsr” rubrikasında Seyran Səxavətin “Qaçaqaç” roman-memuarının
ardı, Kamil Əfsəroğlunun “İştah”,
“Kuklalar güləndə”,
Əlövsət Bəşirlinin
“Etiraf”, Məmməd Namazın “Qərib axşamlar”, Zemfira Məhərrəmlinin “Beş
saniyənin hökmü”,
Tahir Möhlətin “Uşaq qəlbi”, Mənsurə Eldarqızının
“Qanlı kəmər”,
“Ad gününün sevinci”
hekayələri öz
əksini tapıb.
Teyyub Qurbanın
“Sənədlərin dili
ilə” yazısı dərginin “Publisistika” bölümündə yer
alıb.
Mikayıl Rəfilinin 110 illiyi münasibətilə Nizaməddin
Şəmsizadənin “Ədəbi
tənqidimizin Rəfili
ştatı” və Nazim Hikmətin M. Rəfiliyə yazdığı
şeir jurnalda işıq üzü görüb.
Qəşəm Nəcəfzadə “Şəkillər
- “Altı qızın
biri Pəri” yazısında Məmməd
Araz yaradıcılığından
ətraflı söz açıb.
Seyran Süleymanın
şeirləri “Bizim türk dünyamız” bölümündə verilib.
“Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında Qəzənfər
Paşayevin “Hüseyn
Kürdoğlunun poetik
dünyası” və Eşqanə Babayevanın “İztirab çəkən ruhun dramı” yazıları dərc edilib.
Paşa Əlioğlunun təqdimatında
“Əlyazmalar İnstitutunun
yeni nəşrləri”
haqqında məlumat verilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 may.- S.16.