Bakı 2015 Avropa
Oyunları: Nüfuz və etimadın ifadəsi
I Avropa Oyunlarının
start götürməsinə təxminən bir ay qalır. Gələn ay Azərbaycan tarixdə ilk dəfə keçirilən
Avropa Oyunlarına ev sahibliyi
edəcək.
Bu, ölkəmizin dostlarını
sevindirən, düşmənlərini qıcıqlandıran bir hadisədir. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Hollandiya kimi inkişaf etmiş ölkələr varkən
Avropanın idman ictimaiyyəti bu möhtəşəm tədbirə
ev sahibliyi hüququnu məhz Azərbaycana verdi. Nəzərə alsaq ki, belə mötəbər
beynəlxalq yarışlar
bir qayda olarar güclü, sabit, ictimai-siyasi dayanaqlığa malik ölkələrdə təşkil
edilir, onda Azərbaycanın dünyada,
o cümlədə, Avropa
məkanında hansı
nüfuza və etimada sahib olduğunu aydın təsəvvür
edə bilərik.
Artıq
xeyli müddətdir
anti-Azərbaycan mövqeyi
sərgiləyən bir
qrup yerli və xarici qüvvələr ölkəmizin
Avropa Oyunlarına ev sahibliyi
etməsi faktı ilə ilə barışmaq istəmir, əsl niyyətlərini gizlətməyə çalışaraq
müxtəlif bəhanələrlə
qarayaxma kampaniyası aparırlar. Məgər bu qüvvələr
böyük beynəlxalq
yarışların dünyanın
ən nüfuzlu, söz sahibi olan ölkələri tərəfindən təşkil
edildiyini görmürlərmi?
İdman
müasir dövrdə
dünya gündəmində,
kütlələrin diqqətində
olan bir sahədir. Bu gün idmana maraq o həddədir ki, idmançılar dünyanın ən məşhur insanlarıdır.
Ölkələr idmançılarının sayəsində daha çox tanınır.
Bu gün Braziliya,
Argentina kimi ölkələr
yetişdirdikləri futbolçulara
görə dünyada
məşhurdurlar. Bu ölkələr məhz həmin futbolçulara görə sevilirlər.
Sevindirici haldır ki, ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan qısa müddətdə idmanda böyük uğurlar qazandı. Ümummilli lider, ulu öndər Heydər Əliyevin birbaşa dəstəyi sayəsində
idmana və idmançılara dövlət
dəstəyi artdı,
xüsusi qayğı
göstərilməyə başladı.
Ulu öndərin başladığı bu iş ənənə halını aldı və bu gün
ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla davam etdirilir. Bu diqqətin nəticəsidir
ki, ölkəmiz Olimpiya oyunlarında dünyanın diqqətini
çəkən ciddi
nəticələr göstərir.
Mötəbər beynəlxalq yarışlarda
xəritədə kiçik
bir ölkə olan Azərbaycanın bayrağı qaldırılır,
himni səsləndirilir.
Neft ölkəsi kimi tanınan Azərbaycan artıq həm də peşəkar idmançıların vətəni
kimi məşhurdur.
İlk Avropa Oyunlarının Bakıda
keçirilməsi deyəsən,
düşmənlərimizin kürkünə birə salıb. Qəribədir, 20 ildən artıqdır
torpaqlarımızın işğalına,
1 milyondan artıq soydaşımızın ən
təbii hüquq və azadlıqlarının
pozulmasına biganə
münasibət sərgiləyən
bəzi qruplar nədənsə yenidən
fəallaşıblar. Milyondan artıq insanın hüquqlarının
pozulmasını görməzdən
gələn bu qruplar müxtəlif cinayətlərdə (qanunsuz
sahibkarlıq, dövlətə
xəyanət və.s)
ittiham olunaraq həbs edilmiş əlaltılarını xilas
etmək üçün
meydana atılıblar.
Məsələnin digər
maraqlı cəhəti
isə belə şouların nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi
ərəfəsində baş
verməsidir.
Belə tədbirlər ərəfəsində
sanki, hansısa “gözəgörünməz” qüvvə
bu insanlara şou hazırlamaq göstərişi verir.
Bizim üçün
arzuolunmaz hal isə bu insanların
bir hissəsinin həmvətənlərimiz olmasıdır. Azərbaycanı
geridə qalmış
müsəlman ölkəsi
kimi təqdim edənlər və onların əlaltıları
Bakının Avropa Oyunlarına ev sahibliyi etməsini qəbul edə bilmir, əslində, dünyanın bir daha Azərbaycanın inkişafını, müasir
və güclü dövlət olduğunu görməsini qısqanırlar.
Erməni lobbisi, onların dəstəklədiyi quvvələr
və onların ölkəmizdəki əlaltıları
belə mötəbər
tədbir ərəfəsində
bütün güclərini
işə salaraq Azərbaycanın nüfuzuna
xələl salmağa
çalışırlar. Avropa Oyunlarının
keçiriləcəyi tarix
yaxınlaşdıqca sanki
“Avrovizion” mahnı müsabiqəsi ərəfəsində
baş verən hadisələr yenidən təkrarlanır. O zaman
da bir qrup
dırnaqarası hüquq
müdafiəçisi xarici
sponsorları ilə birləşib qarayaxma kampaniyasına başlamışdılar.
O zaman inşa edilən “Kristal Zal”ın xərcləri həddindən
artıq şişirdilir,
cəmiyyətə yanlış
informasiyalar çatdırılmağa
çalışılırdı. Nəticə
isə göz qabağında oldu. Artıq “Avrovizion” mahnı müsabiqəsinə
ev sahibi
edən ölkələr
Azərbaycanın təcrübəsindən
istifadə edirlər.
Eyni proseslər
I Avropa Oyunları ərəfəsində də
baş verməkdədir. Bildiyimiz kimi,
ilk dəfə keçiriləcək
Avropa Oyunlarına evsahibliyi edən Azərbaycan bu yarışa ciddi hazırlaşıb. Yeni idman
qurğuları tikilib,
şəhərin abadlaşdırılması
işləri daha da sürətlənir.
Avropa Olimpiya Komitəsi başda olmaqla beynəlxalq idman təşkilatları Azərbaycanın
ilk Avropa Oyunlarına hazırlığını yüksək
qiymətləndirirlər. Beynəlxalq idman qurumları etiraf edirlər ki, Azərbaycanın Avropa Oyunlarına belə yüksək səviyyədə hazırlaşmasını
gözləmirdilər. Avropa Oyunları ilə bağlı inşa edilmiş idman qurğuları öz unikallığı, memarlıq
xüsusiyyətləri ilə
fərqlənir.
Qısa müddətdə tikilib başa çatdırılan
Olimpiya stadionu Bakının ən möhtəşəm idman
qurğularından biridir.
Təxminən 50 hektar ərazidə tikilmiş Olimpiya stadionu 68 min 195 tamaşaçı
tutumuna malikdir. 6 mərtəbədən ibarət
stadionun hündürlüyü
62 metrdir. Olimpiya
stadionunun təməlqoyma
mərasimi 2011-ci ilin iyunun 6-da Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev,
FİFA prezidenti Yozef Blatter,
UEFA prezidenti Mişel Platininin iştirakı ilə keçirildi.
Mərasimdə çıxış edən prezident İlham Əliyev ölkəmizdə idmanın,
o cümlədən, futbolun
inkişafına ciddi dəstək verildiyini bildirdi:
“Bundan sonra da çalışacağıq
ki, biz addımlarımızla
futbolun inkişafına
töhfə verək. Ancaq əlbəttə
ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı
nəticələr, gözəl
qollar və qələbələr gözləyirlər.
Bu, bizim haqlı
istəyimizdir. Ümid edirəm ki,
görülən və
bundan sonra görüləcək işlər,
xüsusilə gənc
futbolçularımızın yetişdirilməsi, seleksiya
işinin düzgün
təşkili nəticəsində
futbolçularımız bizə
futbol sevincini bəxş edəcəklər”.
Qeyd edək ki, Avropa
Oyunlarının açılış
və bağlanış
mərasimləri bu stadionda baş tutacaq.
Bundan əlavə, Avropa Oyunlarına hazırlıq çərçivəsində Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Mərkəzi kimi idman qurğuları inşa edildi. Artıq ölkəmiz Avropa Oyunlarına tam hazırdır və bunu beynəlxalq idman qurumları da təsdiqləyir. Təəssüfləndirici haldır ki, bəzi xarici havadarların tapşırığı ilə müxtəlif dövrlərdə ölkəmizin nüfuzuna və dövlətçiliyimizə qarşı qaralama kampaniyasına qoşulan “5-ci kolon” bu dəfə də öz xislətinə sadiq qaldı. Avropa Oyunlarının həyəcanı yaxınlaşdıqca daha da iyrəncləşən bu kampaniyaya qoşulanlar ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün dəridən qabıqdan çıxır, özlərindən müxtəlif problemlər “kəşf edir”lər. Sanki bu qüvvələrin həyatda yeganə arzusu Azərbaycanı zəif, gücsüz görməkdir.
Ölkə rəhbərliyinin apardığı qətiyyətli və uğurlu siyasət isə bu insanların arzusunu gözündə qoyur. Onlar isə öz səhvlərini dərk etməkdənsə daha da aqressivləşirlər.
Söz var, sirkə nə qədər tünd olsa, öz qabını sındırar. Azərbaycanın bugünəcən əldə etdiyi böyük uğurlardan əndişəyə düşən bu qüvvələr nə qədər dəridən-qabıqdan çıxsalar da, onların arzuları yenə də gözünə qalacaq, ölkəmiz təkcə I Avropa Oyunlarına yox, gələcəkdə digər mötəbər yarışlarda da ev sahibliyi edəcək, saysız-hesabsız tədbirlərin təşkilatçısı olacaq.
Digər tərəfdən, bu tədbirlərə sadəcə, yarış kimi baxmaq da doğru deyil. Belə beynəlxalq miqyaslı tədbirlər həm də ölkəmizin piarı deməkdir. Milyonlarla insan, bütün Avropa və eləcə də dünya tamaşaçıları yarışları izləyərkən Azərbaycan, onun təbiəti, tarixi, mədəniyyəti haqqında ətraflı məlumat alacaqlar. Onların böyük bir hissəsi Azərbaycan haqqında məhz bu ərəfədə öyrənəcək və əminliklə deyə bilərik ki, bütün bunlar ölkəmizə marağın artmasına ciddi təkan verəcək.
Təsadüfi deyildi ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimindəki çıxışı ilə həm Azərbaycan tərəfinin gördüyü işləri qiymətləndirdi, həm də Bakıda keçiriləcək Avropa Oyunlarına qarşı qara piar aparanlara cavab verdi:
“Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik, əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Emin HƏSƏNLİ
525-ci qəzet.- 2015.- 2 may.- S.11.