Rəşad Nuriyevin
İstanbuldakı sərgisi maraqla
qarşılanıb
İstanbulun nüfuzlu "NİŞ ART" qalereyasında azərbaycanlı
rəssam Rəşad
Nuriyevin "İthaf"
adlı fərdi sərgisi açılıb.
Açılış mərasimində Azərbaycan
və Türkiyədən
olan görkəmli rəssamlar, elm və mədəniyyət xadimləri,
İstanbulda fəaliyyət
göstərən dərnəklərin
nümayəndələri, şəhərdəki ayrı-ayrı
qalereyaların təmsilçiləri,
jurnalistlər, rəsmsevərlər
iştirak ediblər.
Ziyarətçilərə Rəşad Nuriyevin əsərlərinə dair
"NİŞ ART" tərəfindən
hazırlanmış kataloq-albom
paylanıb. Kataloq-albomda türkdilli oxuculara
rəssamın bioqrafiyası
və 47 əsəri barədə məlumat verilir.
"İthaf" sərgisində
rəssamın 21 əsəri
nümayiş olunur. Onların hamısı
kətan üzərində
yağlı boya ilə işlənilib.
Nümayiş olunan əsərlərdə
köhnə Bakının
maraqlı görüntüləri,
paytaxtımızın müxtəlif
tarixi abidələri,
dastan və rəvayətlərimizi tərənnüm
edən obrazlar, rəngarəng təbiət
mənzərələri, ölkəmizdə
daha çox sevilən meyvə, ağac, çiçəklər
və digər mövzular əksini tapıb.
Sərgilənən əsərlər ziyarətçilər
tərəfindən böyük
maraqla qarşılanır. Görkəmli rəssam Timur Taştekin "Azərtac"a
müsahibəsində bildirib
ki, Rəşad Nuriyevin əsərləri
Azərbaycandakı yüksək
rəssamlıq düşüncəsinin
tərənnümüdür. Əsərlərindəki mövzuların müxtəlifliyi,
eləcə də rənglərin seçimi,
boyalardan məharətlə
istifadə edilməsi
Rəşad Nuriyevin yaradıcılığına özünəməxsus
uğur qazandırır.
Mayın 12-dək davam edəcək sərgidə nümayiş
olunan əsərlər
sonda satışa çıxarılacaq.
525-ci qəzet.- 2015.- 5 may.- S.7.