Avropa Oyunlarının məşəli
Ağdamda alovlanacaq
Sultanbud təpəsi bu gün Ağdamın ən hündür zirvəsi hesab olunur. Bir neçə
il əvvəl
burada inşa edilən "Bayraq meydanı" təpənin
əzəmətini daha
da artırıb. Bu gün Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub
Məmmədovun təşəbbüsü
və dəstəyi ilə ərazidə görülən abadlıq işləri, habelə saysız-hesabsız
"Eldar şamı"
və "Xan çinar" ağaclarının
səliqəli şəkildə
əkilməsi, o cümlədən,
ərazidə quraşdırılan
damcı suvarma sistemi salınan bağın tez bir zamanda əhalinin mədəni istirahət zonasına çevriləcəyinə
inamı artırıb.
Bu günlərdə isə təpənın aşağı
hissəsində magistral
yolun üstündə
təmizlik və
budama işləri həyata keçirildi. Ağdam Rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə keçirilən iməcilikdə yüzlərlə
rayon sakini iştirak edirdi. Məqsəd isə on may tarixində ilk Avropa Oyunlarının məşəlinin
Sultanbud təpəsində
yandırılmasına hazırlıqların
görülməsidir. Məhz bu
addımın atılması
Azərbaycan dövləti
üçün Qarabağın
nə qədər mühüm əhəmiyyət
daşıdığını bir daha göstərməkdir.
Simvolikdə olsa məşəlin Avropa Oyunları başa çatanadək
istifadəyə hazır
olan "Çay evin"də mühafizə olunacağı Ağdama olan diqqətdən xəbər verir.
Beləliklə, Sultanbud möhtəşəm
bir tədbirə ev sahibliyi
edəcək.
Bəs Sultanbud
haqqında nəyi bilirik?
Sultanbud
təpəsi əslində
kurqan tipli təpə
hesab olunur. Bu tipli təpələrin
XIII əsrdə Teymurləngin
Qafqaza hücumları
zamanı salındığı
ehtimal olunur. Ağdam şəhərinə yaxın
olan Üzərlik təpədən başlayaraq
Əfətli, Boyat, Hindarxı, Quzanlı, Şahvəllər və Tərtər istiqamətində
onlarca bu tipli təpələr vardır. Onların bir qismində
Teymurləngin sərkərdələrinin
dəfn edildiyi deyilsə də, əslində bu təpələrin bir çoxu düşmən
ordusunun gəlişini
xəbərdar etmək
üçün istifadə
edilirdi. Zəngilan
rayonu ərazisində
olan "Ağ oyuq" deyilən
təpə məhz buna xidmət edirdi. Belə ehtimal etmək
olar ki, Zəngilan ərazisindən
başlanan təpələr
sırası, o cümlədən,
Sultanbud məhz düşmən hücumlarını
xəbərdar etmək
məqsədiylə salınmışdı.
Lakin bir məqamı da əlavə etməliyik ki,
bu təpədə
kurqan olması reallığı
əks etdirir. Yaxşı yadımdadı ki, müharibənin ağır
günlərində təpədə
səngər qazılarkən
magistral yolun üstündə ağır
sal daşlardan olan hörgü üzə çıxmışdı.
Məhz el arasında Soltanbud adlandırdığımız
təpədə hansısa sərkərdənin dəfn
edilməsi şübhəsizdir...
1812-ci ildə Napoleonun Rusiyaya hücumları ərəfəsində İranla
Rusiya arasında Azərbaycan uğrunda mübarizə başlayır. Və həmin ilin fevralında İran və Rusiya qoşunlarının qarşılaşdığı
məkanlardan biri də Sultanbud olur.
Bu barədə Abbasqulu ağa Bakıxanov özünün
"Gülüstani - İrəm"
əsərində belə
bir faktı yazır: "1812-ci ilin
əvvəllərində 20 minlik İran ordusu Qarabağa yürüş etdi. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya
malik olan şah qoşunların ingilis zabitlərinin komandanlığı altında
azsaylı rus qarnizonunu mühasirəyə
aldılar və asan qələbə çaldılar.
"Həmin ilin axırında, İrana tərəfdar olması qəti zənn edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər çayından keçərkən, Cəfərqulu ağa atının cilovunu saldatın əlindən qapdı, özü ilə bərabər atın sağrısında oturan o biri saldatı suya salaraq, Cəbrayıllı elinin arasına qaçdı. Bu xəbər Naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə məmur etdi. Özü isə, topxana və sərbazla Sultanbud səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı..."
Bu faktdan belə qənaətə gələ bilərik ki, Sultanbud həm də taixi bir savaşın mərkəzində olub. Və həmin illərdə Xaçın çayın daimi axması, üstəlik sıx saqqız meşəsi ordugahların döyüş taktikasının hazırlanmasına yardımçı olub.
XX əsrin əllinci illərinədək bu meşə Quzanlı kəndinə qədər uzanırdı. Şahidlərin söylədiklərinə görə Çullu və Quzanlı kəndlərini sıx meşə zolağı birləşdirirdi.
Sultanbud meşəsində nadir saqqız ağacının olması bu meşəyə Sovet dövründə diqqəti artırmışdı. Qeyd edim ki, meşə zolağı Ağdam rayonunun ərazisi olsa da, ərazi Bərdə Meşə Təsərrüfatı idarəsinin balansındadır. Meşə zolağında kı, saqqız ağacının Azərbaycanın çox az yerlərində qaldığından 1930- cu ildə Azərbaycan Nazirlər Sovetinin qərarıyla ərazidə "Dövlət qoruğu"nun yaradılması qərara alınmışdı. Bununla yanaşı o illərdə bu sahəyə dövlət nəzarətini həyata keçirən Dövlət Təbiəti Mühafizə Komitəsi də xeyli müddətdən sonra əraziylə bağlı layihə hazırlamışdı. Təəsüflər olsun ki, sonralar bu layihənin icrası həyata keçirilməmiş qaldı.
Etiraf edilməlidir ki, kifayət qədər böyük bir ərazini əhatə edən meşə zolağı münaqişə zamanı ciddi itkilərlə üz-üzə qaldı. Və həmin illərdə Quzanlı kəndində formalaşan "26 Bakı komissarları" kolxozunun balansında olan 100 ha yaxın meşə zolağı sıradan çıxarıldı.
Unutmaq olmaz ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan Xaçınçay Su Anbarında suyun qarşısının kəsilməsi ərazidə təbii proseslərin inkişafına ciddi şəkildə təsir edir.
Bu gün təpənin daxil olduğu meşə zolağına dövlət qoruğu statusunun verilməsi mühüm bir addım hesab olunur.
Bir çox siyasi hadisələrlə şahidlik etmiş Sultanbud təpəsinin ətəyində həm də Xurşud banu Natəvanın yadigarı Mir Cabbar ağanın mülkü var idi. Əlavə edim ki, kənd Mir Cabbar ağanın mülkü idi və ağalıq adlanırdı.
Beləliklə, Sultanbud uzun illərdən sonra, bu dəfə sülhməramlı məqsəd
daşıyan, möhtəşəm
bir tədbirin başlanmasına şahidlik edəcək.
Vüqar Tofiqli
525-ci qəzet.- 2015.- 5 may.- S.4.