Xaqan Bayramovun əsərləri
"NİŞ ART" qalereyasında
Azərbaycanlı rəssam Xaqan Bayramovun İstanbulun nüfuzlu "NİŞ ART" qalereyasında sərgisi təşkil olunub.
Sərginin açılış mərasimində
Azərbaycandan və Türkiyədən görkəmli
rəssamlar, elm və
mədəniyyət xadimləri,
İstanbuldakı digər
qalereyaların təmsilçiləri,
media mənsubları iştirak
ediblər.
Sərgidə İ.E.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının
3-cü kurs tələbəsi
olan həmyerlimizin 40 əsəri nümayiş
etdirilir. "Köhnə
Bakı", "Naxçıvan",
"Quba" və digər adlarla təqdim edilən əsərlərdə Azərbaycanın
yüksək arxitektura
mədəniyyəti və
həyat tərzi təsvir olunur. Bundan başqa, rəssamın yaratdığı "Köç"
və "Vida" tablolarında
Sovet dövründə
və ondan əvvəlki vaxtlarda xalqımızın düçar
olduğu haqsızlıqların
ümumiləşmiş forması
təsvir edilib.
O, həmçinin xalqımızın
zəngin adət-ənənələrini
tərənnüm etməklə
bərabər, dünya
şöhrətli şəxsiyyətlərin
portretlərini yaratmaqla
bəşəri dəyərlərə
olan xoş münasibətini ortaya qoya bilib.
Sərgilənən əsərlər ziyarətçilər
tərəfindən böyük
maraqla qarşılanır. Görkəmli rəssam Sevda Yıldırım AZƏRTAC-a müsahibəsində
bildirib ki, X.Bayramov gənc olmasına baxmayaraq, real həyatdan götürülmüş
mövzuları böyük
peşəkarlıqla kətan
üzərində yağlı
boya ilə təsvir etməyi bacaran istedadlı rəssamdır. Onun yaradıcılığında
heç bir sünilik yoxdur. Azərbaycandakı rəssamlıq ənənələri
qədim olmaqla yanaşı, həm də hərtərəflidir.
Xaqanın rəsmlərinə baxaraq qürurla deyə bilərik ki, keçmişdə olduğu kimi, bundan sonra da
Azərbaycan xalqı dünya rəssamlıq sənətinə böyük
töhfələr verəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 6 may.- S.7.