Ağdamda kitab
bayramı
Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü
münasibətilə kitab
bayramı keçirilib.
525.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai
Birliyinin Ağdam Rayon
İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə
respublikanın tanınmış
yazıçı və
şairləri, nəşriyyat
rəhbərləri iştirak
ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər
düzülüb.
Ağdam
Dövlət Dram Teatrının
qarşısında keçirilən
kitab bayramında rayon
icra hakimiyyətinin başçısı Raqub
Məmmədov, Naşirlər
və Poliqrafçılar
İctimai Birliyinin sədri Bəhruz Axundov, İctimai Yayım Şurasının
sədri, professor Cahangir
Məmmədli, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, yazıçı-publisist, Milli
Məclisin deputatı
Aqil Abbas və başqaları çıxış edərək,
bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ulu
öndər Heydər
Əliyevin Azərbaycan
mədəniyyətinin, ədəbiyyatımızın
inkişafındakı misilsiz
xidmətlərindən danışıb,
ölkəmizdə kitabxana
sahəsinin inkişafına
dövlət tərəfindən
göstərilən diqqət
və qayğını
yüksək qiymətləndiriblər.
Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində
ölkədə kitabxanaçılığın
inkişaf etdirildiyi, kitabxanaların maddi-texniki
bazasının yaxşılaşdırıldığı,
kitab fondunun latın qrafikası
ilə çap olunmuş ədəbiyyatlarla
zənginləşdirildiyi bildirilib.
Ədəbi-bədii musiqili proqramla davam edən kitab bayramında müxtəlif nəşriyyat
və poliqrafiya müəssisələrinin nəşrləri
sərgilənib. Şair və yazıçılar
gətirdikləri kitabları
ağdamlı kitabsevərlərə
hədiyyə ediblər.
Kitab bayramı
sakinlərin marağına
səbəb olub və razılıqla qarşılanıb.
525-ci qəzet.- 6
may.- S.7.