İbrahim Əbilov "Səlahiyyətli səfir" kimi

 

GÖRKƏMLİ DİPLOMATIN HƏYAT VƏ FƏALİYYƏT YOLUNDAN SÖZ AÇILAN YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

 

 

Azərbaycanın dövlətçilik tarixində özünəməxsus parlaq iz qoymuş dövlət xadimləri sırasında İbrahim Əbilovun da adı var. Azərbaycan Sovet Respublikasının Türkiyədə ilk səfiri olmuş İbrahim Əbilov 1881-ci ildə Ordubadda dünyaya gəlib.

 

Məmməd Tağı Sidqinin Ordubadda "Əxtər" məktəbində oxuyub, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoyub. 1903-cü ildən Petrovsk- Portda (indiki Mahaçkala) Bakıda fəhləlik edib, inqilabi hərəkata qoşulub, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in üzvü kimi fəaliyyət göstərib. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub.

 

1908-ci ildə Güney Qafqazda Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi aparan "İctimaiyyun- Amiyyun" ("Mücahid") sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilib. 1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləyib. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərib.

 

1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilib onun sosialist fraksiyasına başçılıq edib. 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR daxili işlər nazirinin müavini təyin olunub, Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayında Şərq Xalqları Təbliğat Təşviqat Şurasının katibi seçilib. 1921-ci ilin iyununda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının üçüncü konqresində iştirak edib. 1921-ci ildə Nəriman Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə ZSFSR-in Türkiyədə səlahiyyətli səfiri olub, Sovet-Türkiyə, o cümlədən, Azərbaycan-Türkiyə dostluq münasibətlərinin təşəkkül tapmasında möhkəmləndirilməsində böyük rol oynayıb. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılıb.

İbrahim Əbilovun səmərəli diplomatik fəaliyyəti bilavasitə iştirakı sayəsində Sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli çoxtərəfli müqavilələr imzalanıb. Naxçıvan muxtariyyətinin təməlini qoymuş 1921-ci il Moskva Qars müqavilələrini digər naxçıvanlı diplomat, Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şahtaxtinski ilə birlikdə Əbilov da imzalayıb. Türkiyə Respublikasının banisi ilk prezidenti olan Mustafa Kamal Atatürk ilə Əbilov arasında dostluq münasibətləri var idi. Əbilov Azərbaycan hökuməti adından dostluq qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyə verib, Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak edib.

 

İbrahim Əbilov 1923-cü ildə fevralın 23-də Türkiyənin İzmir şəhərində dünyasını dəyişib, Bakıda dəfn olunub.

 

Tarixçi-publisist Təranə Cəbiyevanın bu yaxınlarda nəşr olunmuş  "Səlahiyyətli səfir" kitabında İbrahim Əbilovun həyat fəaliyyəti geniş işıqlandırılıb.

 

Kitaba AMEA-nın həqiqi üzvü Teymur Kərimli "Azərbaycan diplomatiyasının parlaq səhifəsi" adlı ön söz yazıb: "Keşməkeşli XX əsrin əvvəllərində Azərbaycanda bütün sadaladığımız sifətləri özündə birləşdirən böyük bir şəxsiyyət-ölkəmizin müasir mənada ilk fövqəladə səlahiyyətli səfiri olan İbrahim Əbilov diplomatik fəaliyyəti ilə tariximizin parlaq səhifəsini yazıb. Tarix boyu savadlı, gözüaçıq, vətənpərvər insanları ilə tanınan bu ənənəni yüksək səviyyədə indi davam etdirən qədim Naxçıvan torpağında dünyaya göz açmış İbrahim Əbilovun, pedaqogika tariximizdə özünəmxsus parlaq iz qoymuş Məhəmməd Tağı Sidqinin "Əxtər" məktəbində yazıçı Məmməd Səid Ordubadi ilə bir sinifdə aldığı yüksək savad onun gələcək fəaliyyətinin möhkəm təməl daşlarından sayılmalıdır.

 

Bu savada Tanrının bəxş etdiyi fitri istedad da qoşulanda böyük şəxsiyyətin yetişməsi labüd olur. Bir tarixi şəraitin özü, Vətənin, millətin üzləşdiyi problemin çözülməsinin vacibliyi böyük şəxsiyyətin yetişməsi üçün zəmin yaradır. Təranə Cəbiyevanın "Səlahiyyətli səfir" kitabı ilk baxışdan İbrahim Əbilova həsr edilsə , əslində Azərbaycanın bu cür övladlarından üçü haqqında, üç qeyrətli vətənpərvər, üç dönməz mübariz, üç millət qəhrəmanı, üç şəhid haqqında - İbrahim Əbilov, Behbud ağa Şahtaxtinski Nəriman Nərimanov haqqındadır.

 

Əlbəttə, bəri başdan deyək ki, "Səlahiyyətli səfir" kitabı bizim adət etdiyimiz akademik üslubda aparılmış elmi-tədqiqat əsəri deyil, bəlkə bir qədər mozaik xarakter daşıyır, hətta tarixçilər bəlkə onu müəyyən qədər sistemsizlikdə günahlandırarlar. Ancaq buna baxmayaraq, kitabda verilən çoxsaylı tarixi sənədlər, bu sənədlərə yanaşma tərzi maraq doğurur ona qarşı hörmət hissi oyadır. Doğrudur, Ulu Öndərimizin dediyi kimi, İbrahim Əbilov, onun ilk Azərbaycan səfiri kimi fəaliyyəti haqqında "çox böyük kitablar yazılıbdır", ancaq böyük şəxsiyyətlər xalqın tarixində onların oynadığı taleyüklü rollar barədə qədər çox yazılsa, onların nəsillərə örnək olan əməlləri haqqında xüsusən gənclər daha çox məlumat əldə edə vətənpərvər ruhda böyüyə bilərlər".

 

Kitabda Azərbaycanın Türkiyədəki səfirliyi  ilə bağlı məlumatlar öz əksini tapıb. Nəşrdə İbrahim Əbilovla Atatürkün dostluğu haqqında da məlumat verilib:

 

"Türkiyənin apardığı istiqlaliyyət müharibəsində İbrahim Əbilov Mustafa Kamal Atatürkün dərin hörmətini qazanır.

 

Təsadüfi deyil ki, onun XX əsrin əvvəllərində Türkiyə ilə dostluq münasibətlərini yenidən möhkəmləndirilməsində xidmətləri böyük olub. Diplomatik fəaliyyəti dövründə Azərbaycan və Türkiyə arasında ticarət və mədəni əlaqələrin yaradılması məqsədilə Türkiyənin Trabzon,  Samsun şəhərlərində Azərbaycan konsulluqları açılır, bir sıra müqavilələr imzalanır.

 

Məhz ermənilərin Naxçıvana olan iddialarının dəf olunmasında o zaman Türkiyə dövləti çox böyük rol oynadı. Bu mühüm missiyada İbrahim Əbilov Azərbaycanın, doğma Naxçıvanın gələcək təhlükəsizliyi naminə əlindən gələni etmişdi".

 

Kitabdakı materialları "Xatirələr işığında", "Naxçıvan həqiqətləri", "Türkün tarixində əbədiləşənlər", "Gümrü, MoskvaQars müqavilələri" başlığında verilib. Nəşrdə yazı materialları ilə yanaşı, qiymətli sənədlərin və fotoların surətləri də oxuculara təqdim olunub.

 

"Səlahiyyətli səfir"in redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Məsaim Abdullayev "Tarixlə ünsiyyət" yazısında kitabı fədakar qələm sahibinin gərgin əməyinin növbəti bəhrəsi kimi dəyərləndirib:

 

"Ola bilər ki, kitabdakı hansısa fakt və hadisə, yaxud müəllifin fikir və mülahizələri sizə müəyyən qədər mübahisəli görünsün. Çünki kitabda bir çox mənbə və məxəzlərdən istifadə olunub. Bütün hallarda müəllif tariximizlə yaxından tanış olmaq, o dövrdə baş verən hadisələrdən ibrət götürmək, Azərbaycanı həyatı qədər sevən Nəriman Nərimanov, İbrahim Əbilov, Behbud ağa Şahtaxtinskibaşqa görkəmli şəxsiyyətlərin xidmətlərini bir daha yada salmaqla, çox xeyirxaholduqca faydalı görüb".

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 6 may.- S.6.